ÜRFƏT

yüksək mənsəb, yuxarı rütbə; yüksəklik; ucalan.
ÜRFANƏ
ÜVEYD
OBASTAN VİKİ
Ürfət Ağayev
Ürfət Xanəli oğlu Ağayev (8 dekabr 1927, Bakı – 2000) — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. Ürfət Xanəli oğlu Ağayev 1927-ci il dekabrın 8-də Bakıda anadan olmuşdur. 1935-1947-ci illərdə orta məktəbdə təhsil almışdır. 1941-1947-ci illərdə “Xəzər” donanmasında maşinist vəzifəsində çalışmışdır. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuş və orada 1951-ci ilə qədər oxumuş, sonra isə təhsilini 1951-54-cü illərdə Nijni-Novqorod Dövlət Universitetində davam etdirmişdir. 1954-cü ildə ADU-da laborant işləmişdir. 1955-ci ildən Azərbaycan Elmlər Akademiyasının (EA) Neft İnstitutu, Neft-Kimya Priosesləri İnstitutu, Xlor-üzvi-sintez İnstitutu və Polimer Materialları İnstitutunda laborant, kiçik və böyük elmi işçi, labotratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. Azərbaycan EA PMİ-də “Polimerlərin elektro-fotokimyəvi sintezi” laboratoriyasının müdiri olmuşdur. 1959-cu ildə “Tsikloheksan karbohidrogenlərinin fotokimyəvi xlorlaşması”mövzusunda namizədlik, 1975-ci ildə isə “Tsikloheksan karbohidrogenlərinin elektro-fotokimyəvi hallogen–ləşməsinin stereokimyəvi və onların halogen törəmələrinin konformasiya tarazlığının tədqiqi”mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Ü.X.Ağayev kombinasiyalı elektro-fotokimyəvi halogenləşmə üsulunu işləyib hazırlamış və bu üsulla ilk dəfə olaraq tsikloheksan və asiltsikloheksan törəmələrinin halogenləşmə prosesinin stereokimyasının və alınan halogen törəmələrinin stereokimya və konformasiyasını Nüvə Maqnit Rezonansı, İnfraqırmızı spektroskopiyası və digər fiziki usullarla tədqiq etmiş və mühüm nəzəri nəticələr almışdır.