ÜZ Bu mənzərəni görən Cahangirin hiddətli üzü birdən şən bir təbəssümlə parladı, dodaqları açılaraq, şaqqırtılı bir qəhqəhə qopdu (Çəmənzəminli); BƏNİZ O zaman bu gözəl çıraq kimi Leyla müəllimənin bütün üzünə işıq salır və solğun bənizində soyuq bir mehribanlıq görürdük (M.İbrahimov); BƏT-BƏNİZ [Tutubəyim:] Özü ikicanlı, zəif, xiffət eləməkdən bət-bənizi qaçıb (Çəmənzəminli); CAMAL Mən səni xoşlayıram ən gözəl şeir kimi; Görürəm camalım, mənə görünməsən də (M.Rahim); ÇÖHRƏ Nurlu yerində sakit otursa da, çöhrəsi gülürdü (H.Abbaszadə); DİDAR (arx.) Tale yan yardan aralı saldı; Öksüz ruhum didarə həsrət qaldı (H.Cavid); QABAQ (arx.) Büllur buxaq, lalə yanaq, ay qabaq; Şahmar zülfü pərişanlar dolanır (Aşıq Ələsgər); LİQA (kl.əd.) Göstərdi mahi-ruzə üfüqdən liqasını; Çəkdi əzançılar da obaşdan səlasını (A.Səhhət); RÜXSAR (kl.əd., şair.) Ta ki, məni gördü ol qəlbi qara; Çəkdi yaşmağını o gül rüxsara (M.P.Vaqif); RÜ(U)X (kl.əd., şair.) Xəti reyhanüdür gər kim, göyərmiş kövsər üstünə; Və ya rüxundən ayətdir oxunmuş bədr ilə ayə (Nəsimi); SİFƏT Qaraşın sifətini çulğayan kədər o qədər qalınlaşdı ki, az qala ata oğlunun sifətim tanımamaq dərəcəsinə gəldi (Ə.Vəliyev); SİMA Əvvəlki şirin xəyallar və xoş ümidlər Fikrətin simasını örtdü (M.İbrahimov); SURƏT O saat Qaraoğlanın vahiməli, pırtlaq gözləri və çapıq surəti gözlərinin önündə dururdu (S.S.Axundov); ÜZAR (arx.) Hala da tülu etmədimi fəsli-baharın?! Ey canlı çiçək, örtülü qalsınmı üzarın?! (M.Hadi); VƏCH (kl.əd., şair.) Leyk hanı səndə bəsirət gözü; Ta görəsən vəchi-dilarasını?! (M.Ə.Sabir).