ÜZBƏÜZ


1. zərf Üz-üzə, qabaq-qabağa, qarşı-qarşıya. Üzbəüz oturmaq.
[Cavad:] Ana, mənim gözüm axunddan su içməyir, əvvəl deyirdi ki, qız ilə gərək üzbəüz danışam, biz də qızı gətirdik. B.Talıblı.

□ Üzbəüz gəlmək – rast gəlmək, təsadüf etmək, rastlaşmaq, qarşılaşmaq, üz-üzə gəlmək.
Üzbəüz gələn zaman ilk dəfə səhər-səhər; Mən sənə baxdım oğrun, sən mənə saldın nəzər. M.Rahim.

2. sif. Qarşı, müqabil, ön.
Qarayazıda binədə olan kənd camaatı yaylağa qalxmazdan əvvəl Gəmi qaya ilə üzbəüz meşədə dayanardılar. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜZBƏÜZ qarşı-qarşıya
  • ÜZBƏÜZ ÜZBƏÜZ Fikrət qadının qolundan yapışıb, ..dəyirmi stolun arxasında əyləşdirdi, özü də onunla üzbəüz oturdu (H

Antonimlər (əks mənalı sözlər)

  • ÜZBƏÜZ ÜZBƏÜZ – DALDALA Stulu çəkib üzbəüz oturdu (M.İbrahimov); Onlar küsülü idi, daldala durmuşdular (“Azərbaycan”)
ÜZ-ÜZƏ
ÜZDƏ

Digər lüğətlərdə