ŞƏBGÜLÜ
ŞƏBNUR
OBASTAN VİKİ
Şəbnəm Cəbrayılova
Şəbnəm Şükür qızı Cəbrayılova (23 mart 1990, Mingəçevir) — İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası. Şəbnəm Cəbrayılova 23 mart 1990-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1997-ci ildə 10 saylı orta məktəbə daxil olmuş və 2008-ci ildə həmin məktəbi bitirmişdir. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr və kino aktyoru" ixtisasına qəbul olmuşdur. Kurs rəhbərləri Ötkəm İsgəndərov və Zenfira Nərimanova olmuşdur. 2013-cü ildə universiteti bitirdikdən sonra 2014-cü ildə C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyətə başlamışdır.
Şəbnəm Fərah
Şəbnəm Fərah – (d. 12 aprel 1972, Yalova), türk musiqiçisi. Şəbnəm Fərah 12 aprel 1972 də Üsküpdən Yalovaya gələn ailənin 3 qızından ən balacası olaraq Yalovada dünyaya gəldi. Balaca yaşda musiqi ilə tanış olmasında ailəsinin rolu böyük olmuşdur. Məktəbdə ikən mandolin və solfecio dərsləri almağa başladı. İlk dəfə məktəb illərindəykən məktəb orkestralarında və balaca topluluqlar qabağında səhnə aldı. Pegasus adlı qrup il əbir müddət işlədikdən sonra 80-ci illərin başında Bursada bir studiyanın köməyi ilə xəyalını qurduğu qız qrupu Volvox u qurdu. 1988-ci ildə Volvox ilə bir çox yerdə səhnə alan sənətçinin instituta girməsi ilə qrup yoldaşlarından bir müddət ayrı qaldı. Qrup üzvləri arasında Özləm Tekin kimi adlarından olduğu Volvox 1994 ilində dağılmasından sonra Şebnem Ferah solo karyerasına üstünlük verdi. Onno Tunc və Sezen Aksunun köməyi ilə ilk albomu "Kadın" çıxdı.
Şəbnəm Tapdıq
Şəbnəm Tapdıq (19 yanvar 1962-ci il) — müğənni, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Əməkdar artisti, Şəbnəm Tapdıqova 1962-ci il yanvarın 19-da Azərbaycan şairi və tərcüməçisi İlyas Tapdıqın ailəsində anadan olub 190 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan Mədəniyyət və İncəsənət universitetinin tələbəsi olub. Elə o vaxt Dövlət Televiziya və Radio verilişləri komitəsinin mahnı müsabiqəsindən başlayıb. Ş.Tapdıqova həmin müsabiqələrin dəfələrlə qalibi olub. Rəşid Behbudov, Şövkət ələkbərova, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa görkəmli sənət adamları onun çıxışlarını təqdir etmişlər. Televiziyanın “Xatirə”, “Dan Ulduzu” ansambllarının müşayiəti ilə oxuduğu bəstəkar xalq, estrada mahnıları və həmçinin fransız, ərəb mahnılarının ifa edib. 7 il Azərbaycan Konsert Birliyində, 5 il R.Behbutov adına Mahnı teatrında solist kimi işləmişdir. Onun ifası bədii film və tamaşalarda istifadə olunmuşdur. Ş.Tapdıqova Dövlət Televiziya və Radionun geniş proqramlı konsertlərində çıxışlar etmişdir. Şəfiqə Axundovanın “Bəyaz Çiçəklər” ansamblı ilə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında anşlaq konsertlər vermişdir. Gəncə, Sumqayıt, Mingəçevir, Şəmkir, Tovuz, Gədəbəy, Balakən, Lənkəran, Saatlı şəhərlərində uğurla solo konsertlər vermişdir.
Şəbnəm Tapdıqova

Şəbnəm Xeyrulla
Xeyrullayeva Şəbnəm Ceyhun qızı 1987-ci il noyabrın 4-ü Bakının Sabunçu rayonunda anadan olmuşdur. 1994-2005-ci illərdə Balaxanı qəsəbəsində yerləşən M.ƏSabir adına orta məktəbdə təhsil almışdır. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr, 2009-2011-ci illərdə isə həmin fakültənin magistr pilləsində təhsil almışdır. ANS Telekanalında çalışmağa başlamazdan öncə, digər telekanallarda fərqli vəzifələrdə çalışmışdır. 2012-ci ildən ANS TV-nin "Alın Yazısı" verilişinin müəllifi və aparıcısıdır. 2013-cü ildən isə "Keçmişə Salam" verilişində də aparıcı kimi çalışır.
Şəbnəm Paker
Şəbnəm Paker (türk. Şebnem Paker; 4 sentyabr 1977, İstanbul) — türk müğənni, gitaraçı və musiqi müəllimi. 1992–1996-cı illərdə İstanbul Universiteti Konservatoriyasının klassik gitara bölməsində təhsil alıb. Daha sonra Mərmərə Universitetinin musiqi fakültəsində vokal təhsili alıb. Paker 1996 və 1997-ci illərdə Türkiyəni Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və müvafiq olaraq 12-ci və 3-cü yerləri tutmuşdur. 1997-ci ilin avqust ayında "Dinle" adlı ilk və yeganə albomunu buraxıb. Hazırda Türkiyənin İstanbul şəhərində orta məktəb müəllimidir. O, həmçinin hazırda Türkiyənin incəsənət universitetlərində istifadə olunan dərsliyin həmmüəllifidir.
Şəbnəm Həsənli-Qəribova
Şəbnəm Həsənli Azərbaycanlı gənc alim, Filologiya üzrə elmlər doktoru, dosent[mənbə göstərin] Filologiya elmləri doktoru Şəbnəm Rasim qızı Həsənli-Qəribova 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2004-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olmuşdur. Birinci kurs tələbəsi ikən AMEA Nəsimi adına Dilçilik İnstitutu Bakı dilçilik məktəbinin keçirdiyi "Gənc dilçilərin müsabiqəsi"ndə "Türk dünyasının ilk ensiklopediyası" adlı məruzə ilə çıxış edərək birinci dərəcəli Fəxri diploma layiq görülmüşdür. 2008-ci ildə Türk dili və ədəbiyyatı ixtisasının bakalavr pilləsini Mirzə Kazımbəy adına təqaüdlə bitirmişdir. 2008–2010-cu illərdə BDU Şərqşünaslıq fakültəsində Türk dili ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir. Magistr dövründə Bakı Dövlət Universitetində 90 illiyinə həsr olunmuş "50+50" qrant layihəsinin qalibi olmuş və 2 il müddətinə bu layihəni həyata keçirmişdir. 2009-cu ildə "M. Kaşğarinin Divanü-luğat-it-türk" əsərində feilin zamanları" mövzusunda məruzəsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "Ən yaxşı tələbə elmi-tədqiqat işi" müsabiqəsinin qalibi olmuşdur. 2009-cu ildən AMEA Nəsimi adına Dilçilik İnstitutunda elmi fəaliyyətə başlamış, laborant, baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2010–2012-ci illərdə BDU Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2011–2014-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə doktoru pilləsi üzrə doktoranturada təhsili almış, "XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası" mövzusunda müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Şəbnəm Şükür qızı Cəbrayılova
Şəbnəm Şükür qızı Cəbrayılova (23 mart 1990, Mingəçevir) — İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası. Şəbnəm Cəbrayılova 23 mart 1990-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1997-ci ildə 10 saylı orta məktəbə daxil olmuş və 2008-ci ildə həmin məktəbi bitirmişdir. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr və kino aktyoru" ixtisasına qəbul olmuşdur. Kurs rəhbərləri Ötkəm İsgəndərov və Zenfira Nərimanova olmuşdur. 2013-cü ildə universiteti bitirdikdən sonra 2014-cü ildə C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyətə başlamışdır.

Digər lüğətlərdə