ŞƏKİLLİ

sif.
1. İçində şəkillər olan; rəsmli. Şəkilli jurnal. Şəkilli məcmuə.
– Qonça şəkilli kitabı istəyir, Aqil vermir, bacısına gözlərini ağardırdı. Ə.Vəliyev.

2. məc. Gözəl, göyçək, qəşəng, gözə xoşgələn, gözəşirin.
Yaylığı kirli balam; Qəlbi fikirli balam; Cahıl-cuhul içində; Mənim şəkilli balam. (Bayatı).
Biri sərtasər ağ, həm siyah telli; Biri buğdayıdır, alma şəkilli. M.P.Vaqif.
[Nəcibə] alagöz, ağbəniz, qırmızıyanaq, qara şəvəsaç, ucaboy, şəkilli … ceyran kimi bir qızdır. Mir Cəlal.

3. Adətən rəqəmlərlə – səhnədə və ya kinoda göstərilən əsərin neçə şəkildən ibarət olduğunu bildirir. 10 şəkilli əsər.
– Səməd Vurğun şerinin yüksək inkişaf nümunəsi, şübhəsiz ki, şairin 1938-ci ildə yazdığı on bir şəkilli “Vaqif” adlı dramatik poemasıdır. M.Arif.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞƏKİLLİ gözəl — göyçək — qəşəng
  • ŞƏKİLLİ formalı — görkəmli
  • ŞƏKİLLİ rəsmli — tablolu — mənzərəli — görünüşlü
ŞƏKİLDƏYİŞMƏ
ŞƏKİLPƏRƏST
OBASTAN VİKİ
Şəkilli kitab
Şəkilli kitab — vizual və şifahi hekayəni birləşdirən kitab növüdür. Əsasən mətn vasitəsilə izah edilən povestlə, bunu ilk növbədə ardıcıl şəkillər vasitəsilə edən komikslərdən fərqlənirlər və əsasən uşaqlara hədəflidirlər. Şəkilli kitablardakı təsvirlər yağlı boyalar, akril, akvarel və karandaş kimi müxtəlif vasitələrdə hazırlana bilər. Şəkilli kitablar çox vaxt uşaqlara dil inkişaf etdirməyə və ya dünyanı anlamağa kömək edən pedaqoji resurslar rolunu oynayır. Şəkilli kitablar gənc uşaqlar üçün nəzərdə tutulub. Çoxları uşağın başa düşə biləcəyi, lakin mütləq oxuya bilməyəcəyi lüğətlə yazılmışdır. Bu səbəbdən, şəkilli kitabların uşaqların həyatında iki funksiyası var: böyüklər onları əvvəlcə kiçik uşaqlara oxuyur, sonra isə oxumağı öyrənməyə başlayan kimi uşaqlar özləri oxuyurlar. Şəkilli kitabları bir sıra xüsusi növləri var: Stol kitabları — kitablarla daha az diqqətli olmağa meyilli olan gənc uşaqlar üçün möhkəm kartonda çap olunmuş şəkilli kitablardır. Həm üzlük, həm də daxili səhifələr üçün kartondan istifadə olunur. Səhifələr xüsusi olaraq qatlanır və bir-birinə bağlanır.
V şəkilli dərələr
V şəkilli dərələr- Erozion mənşəli çay dərələrinin əksəriyyəti bu tip dərələrə aiddir.Dərənin V şəkilli quruluşa malik olması birinci növbədə üfüqi eroziyanın təsiri ilə əlaqədardır.Ona görə də bu dərələrin yamacları yuyularaq bir -birindən bir qədər aralı olur.Qeyd edək ki,tektonik mənşəli dərələrin əksəriyyəti V şəkilli quruluşa malikdir.Buna misal olaraq Reyn çay dərəsinin orta hissəsini göstərmək olar.

Digər lüğətlərdə