ŞAHANİ
ŞAHBAZ
OBASTAN VİKİ
Şahbal
“Shahbal” 2006-cı ildən ”Shahbal Group” tərəfindən istehsal olunur. İran istehsalı olan hərbi təyinatlı, çoxməqsədli PUA-dır. “Şahbal” modelinin uzaqdan idarə olunan vasitələri yalnız hərbi məqsədlər üçün istifadə olunur. PUA kəşfiyyat, patrul, döyüş yerlərinin monitorinqi və s. ilə əlaqəli tapşırıqları yerinə yetirmək üçün hazırlanıb. Kifayət qədər dar təyinatı səbəbindən “Şahbal” məhdud tətbiq sahəsinə malikdir, lakin bu dronun aşağı qiyməti onu PUA operatorlarının təlimi ilə əlaqədar digər vəzifələrin icrası üçün istifadə etməyə imkan verir. Hərbi təyinatlı pilotsuz hava vasitəsi üçün “Shahbal” pilotsuz aparatı kifayət qədər yığcam ölçülərə malikdir, bu da ona yüksək uçuş sürətini inkişaf etdirməyə və manevrli olmasına imkan verir. 2 metr 5 santimetr füzelaj uzunluğu olan “Shahbal” PUA-sının qanadları 2 metr 48 santimetr, kütləsi isə cəmi 9,5 kiloqram təşkil edir. Cihazın maksimum uçuş çəkisi 17.5 kiloqramdır. “Shahbal” PUA-sı 180 km/saat yüksək uçuş sürətini inkişaf etdirməyə imkan verən aşağı gücə malik porşenli daxili yanma mühərriki ilə təchiz edilir.
Şahbala Məmmədov
Məmmədov Şahbala Ağqırax oğlu (1 iyun 1936, Qazax) — Azərbaycanın əməkdar iqtisadçısı (1978), Dövlət Statistika Komitəsi sədrinin müavini, Baş Hesablama Mərkəzinin direktoru, "Şərəf nişanı" ordeni (1981). Qazax rayonunun Yuxarı Salahlı kəndində 1936-cı il iyunun 1-də doğulmuş, onillik məktəbi Aşağı Salahlı orta məktəbində başa vurmuşdur. Karl Marks adına Xalq Təsərrüfatı İnstitutunun ticarət-iqtisad fakültəsinə daxil olmuş, bu ali məktəbi statistika ixtisası üzrə bitirmişdir (1958). Moskvada SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyası İxtisasartırma İnstitutunda tam kurslar dinləmişdir (1986). Əmək fəaliyyətinə təyinatla Şəmkir rayonunda başlamış, orada 1959-cu ilin yanvarında əhalinin siyahıyaalınmasını respublika rayonları arasında birinci olaraq, dəqiq və keyfiyyətlə yerinə yetirdiyinə görə respublika Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür. Dərhal mərkəzi idarəyə işə dəvət edilən Ş. A. Məmmədov həyatının 50 ildən çoxunu Dövlət Statistika Komitəsində çalışmış, burada əsaslı tikinti və mənzil-kommunal təsərrüfatı şöbəsinin iqtisadçısı, baş iqtisadçısı və həmin şöbənin rəisi işləmişdir. 1968-ci ilin aprelində İdarənin maşın-hesablama stansiyasının rəis müavini təyin edilmiş, sonra hesablama mərkəzi direktorunun müavini olmuşdur. Ş. A. Məmmədov 1976-cı ilin martından Respublika Hesablama Mərkəzinin direktoru olmaqla, Dövlət Statistika Komitəsi sədrinin müavinidir. Azərbaycanın statistika orqanlarının son 50 ildəki inkişaf yolu, kiçik bir idarədən geniş şəbəkəsi olan dövlət strukturuna çevrilməsi, idarənin elm və texnikanın son nailiyyətləri ilə təchiz olunması bilavasitə Ş. A. Məmmədovun adı, fəliyyəti və şəxsi təşəbbüsləri ilə bağlıdır. Milli statistikamızın dünya standartlarına cavab verən bir struktur olaraq, formalaşmasında bu müstəsna xidmətlərinə görə onu öz xidməti sferasında "statistikamızın patriarxı" da adlandırırlar. Ş. A. Məmmədov respublikada statistika kadrlarının hazırlanmasına öz töhfəsini vermiş, istehsalatdan ayrılmamaqla 8 il Xalq Təsərrüfatı İnstitutunda ixtisas fənnindən dərs demiş, 20 il statistika və iqtisadi kibernetika bölmələrində dövlət imtahan komissiyasının sədri olmuşdur.

Digər lüğətlərdə