ŞAHİSMAYIL

Şah İsmayıl (XVI əsr məşhur Azərbaycan şairi və dövlət xadimi Şah İsmayılın adındandır).
ŞAHİNƏ
ŞAHKƏRƏM
OBASTAN VİKİ
Şahismayıl Məmmədov
Şahismayıl Məmmədov (azərb. Məmmədov Şahismayıl Şəmmədoğlu‎; 10 aprel 1962, Kosalı, Qardabani rayonu) — Gürcüstan Respublikasının əməkdar jurnalisti, "Şərəf" və "Şöhrət" ordeninə layiq görülmüş azərbaycan əsilli jurnalisti. Məmmədov Şahismayıl Şəmmədoğlu, 1962-ci il 10 apreldə Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur. 1969–1979-cu illərdə Kosalı kənd orta məktəbində təhsil almış və məktəbi fərqlənmə ilə bitirmişdir. 1980-ci ildə SSRİ-nin 50 İlliyi adına Azərbaycan Pedaqoloji Xarici Dillər Universitenin fransız dili fakültəsində təhsil almışdır. 1985-ci ildə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1982-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistka fakültəsində qiyabi təhsil almışdır və 1986-cı ildə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 3 övladı və 3 nəvəsi var. 1986-cı ildən 1989-cu ilə qədər Kosalı rayonu orta məktəbində fransız dili müəllimi kimi fəaliyyət göstərmişdir. 1989-cu ildən 1992-ci ilə qədər o zaman SSRİ Nazirlər Sovetinin mərkəzi komitənin və Ali Sovetin orqanı olan "Sovet Gürcüstanı" qəzetində xüsusi muxbir vəzifəsində və Xəbərlər Departamentinin rəhbəri kimi fəaliyyət göstərmişdir.
Şahismayıl İsmayılov