ŞAXTAÇI is. Şaxtada işləyən fəhlə, mədən fəhləsi. Şaxtaçı günü. Metro inşaatı şaxtaçıları. – Şaxtaçılar çalarkən zərbəsini dağlara; Radiodan yayıldı bu səda uzaqlara. M.Rahim. Yarışır hər şaxtaçı, metalçı, neftçi fəhlə. Ə.Cəmil.