ŞUM₂

is. Şumlanmış torpaq. Yaz şumu. Payız şumu.
– Şumdan qabaq …hər hektara 5 kiloqram fosfor gübrəsi verilmişdi. Ə.Əbülhəsən.

□ Şum eləmək – şumlamaq.
Taxıl yerin şum eyləyib əkin əkər əkinçilər; Əlində dəryaz ot biçər mayis ayı biçinçilər. A.Səhhət.
Hələ öhdəçilikdən əlavə şum eləyənlər də vardı. M.Hüseyn.

◊ Dondurma şumu – bax dondurma1.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞUM I şum bax pərşum II şum bax uğursuz 1
  • ŞUM əkin — sürmə

Etimologiya

  • ŞUM Farscadır, “əkilmiş yer” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ŞUM₁
ŞUMAL

Digər lüğətlərdə