ƏLİKÖMƏK

Əli köməyi, Əli yardımçısı.
ƏLİKİŞİ
ƏLİKÖVSƏR
OBASTAN VİKİ
Bağırov Məhərrəm Əlikömək oğlu
Əliköməktəpə
Əliköməktəpə — Azərbaycanın Cəlilabad rayonunun Üçtəpə kəndi yaxınlığında yerləşən eneolit dövrünə aid yaşayış yeri. Qazıntılar zamanı aşkarlanmış at sümüklərinə əsasən, güman edilir ki, at əhliləşdirilməsi məhz bu eneolit dövründə (daha dəqiq e.ə. V minillikdə) başlayıb, bununla da Əliköməktəpə abidəsi Qafqaz və Ön Asiyada atın əhliləşdirildiyi yer kimi tanınır. Fərman Mahmudovun araşdırmalarına görə, qazıntılar zamanı tapılmış çoxsaylı gil qablar abidənin ərazisində ikinci ən böyük tapıntıdı. Qazıntılar zamanı rənglə örtülmüş 300-dən artıq gil qab nümunələri aşkar olunmuşdur. Tapıntıların bir çoxu monoxrom rəsmlərlə bəzədilmişdir. Qəhvəyi və qırmızı rəsmlərin böyük hissəsi üçbucaqlar, romblar, düz və əyri xəttlərdən ibarətdilər. Həmçinin yaşayış yerində Enolit dövrünə xas olan dini inanc abidəsi sayılan dairəvi otaq aşkarlanmışdır. Tarix elmləri doktoru Rəşid Göyüşovun fikrinə görə, otağın yerləşdiyi bina ovsun mərasimlərinin keçirilməsi üçün istifadə olunurdu, bunun sübutu bina və otağın memarlıq quruluşundadı: binalar çiy kərpiclə dördkünc formada hörülmüşdür, otağın divarları isə gillə suvanmış, üstündə isə ağ gillə şirələnmişdir, həm də hamar divarda həndəsi xarakterli naxışlar çəkilmişdir. Azərbaycan Sovet Ensiklopediyası, IV cild, B.,1980 Mahmudov F.R. Əliköməktəpəsində arxeoloji qazıntılann ilkin yekunlan // Azərbaycanda daş dövrü və eneolit, Bakı, 1984.
Əliköməktəpə yaşayış yeri