ƏLVERİŞLİ

sif.
1. Yararlı, münasib, uyğun, müvafiq. Əlverişli üsul. Əlverişli şərait. Üzümçülük üçün əlverişli iqlim. Muğan pambıq əkini üçün ən əlverişli yerlərdəndir.
– Səba xanım çox lazımi və əlverişli bir zamanda Həmədana gəldiyinə inandı. M.S.Ordubadi.
Hüseyn əlverişli vəziyyətdədir; Bəs atəş açmayır, nə niyyətdədir?! M.Rahim.

2. Gəlirli, xeyirli, faydalı, mənfəətli. Əlverişli iş.
– Şuşa şəhəri [Rəşid üçün] çox əlverişli (z.) oldu, yəni üç ay gəzəndən sonra əməlli-başlı sağaldı və kökəldi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏLVERİŞLİ mənfəətli — gəlirli — xeyirli — faydalı
  • ƏLVERİŞLİ yararlı — münasib — uyğun — müvafiq
  • ƏLVERİŞLİ ƏLVERİŞLİ [Kamil:] ..Məktubda göstərilən sahə üzüm bağı üçün ən əlverişli hesab etdiyim yerdir (Y.Şirvan); MÜNASİB Həmzə öz hərəkətini əsaslandırmaq ü

Antonimlər (əks mənalı sözlər)

  • ƏLVERİŞLİ ƏLVERİŞLİ – FAYDASIZ Əlverişli yerlərdə gizlənmiş düşmən snayperləri bir an belə susmur (S.Vəliyev); Baş qoşmaq da faydasız idi
ƏLVANLIQ
ƏLVERİŞLİLİK
OBASTAN VİKİ
Rahatdır, əlverişlidir, etibarlıdır (film, 1949)
Elmi-kütləvi filmdir. Kinolent əmanət kassalarının fəaliyyətindən bəhs edir.

Digər lüğətlərdə