ƏNDƏRMƏK

f.
1. Duru, yaxud səpələnən şeyləri qabdan və s.-dən birdən-birə və bütünlüklə tökmək, boşaltmaq. Vedrənin suyunu əndərmək. Çuvalın ağzını açıb unu təknəyə əndərdi.
– Lakin ansızın bir təsadüf Ağabəyimin düşüncə kasasını əndərdi, sakit və fərəhli həyatına zəhər qarışdırdı. Çəmənzəminli.

2. bax endirmək.
Ceyran çəkib qılıncı endirdi divə, div əl atıb, Ceyranın biləyindən tutub sıxmağa başladı. (Nağıl).

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏNDƏRMƏK tökmək — boşaltmaq
  • ƏNDƏRMƏK əndərmək bax calamaq 2

Antonimlər (əks mənalı sözlər)

  • ƏNDƏRMƏK ƏNDƏRMƏK – DOLDURMAQ Çuvalın ağzını açıb unu təknəyə əndərdi (“İzahlı lüğət”); Maşını doldurub yola saldılar (“Azərbaycan”)

Etimologiya

  • ƏNDƏRMƏK Əsli ağdarmaq olub. Ağ –“yuxarı” deməkdir, əndər –yuxarıdan aşağı tökmək mənasını əks etdirir. Samosval maşınına da əndərici demək olar
ƏNDƏRMƏ
ƏNDƏRUN

Digər lüğətlərdə