Kutub-i ərbəə
Dörd kitab (ərəbcə: الكتب الاربعة), İslam dininin Cəfəri məzhəbinin 4 əsas hədis kitablarının ümumi adı. Bu kitablar aşağıdakılardır:
əl-Kafi — müəllifi Əllamə Kuleyni; (الكافي)
Mən la yəhduruhul-fəqih — müəllifi Şeyx Səduq; (من لا يحضره الفقيه)
Təhzibul-Əhkam — müəllifi Şeyx Tusi; (تهذيب الأحكام)
əl-İstibsar — müəllifi Şeyx Tusi. (الاستبصار)
== Haqqında nəql olunan kəlamlar ==
Şeyx Hürr Amili belə deyir :
Dörd kitab sahibləri və onların bənzərləri öz kitablarınin sübut, düzgünlük və üsuluna şahidlik ediblər. Onlar etibarlı olduqları üçün nəql, rəvayət və sözlərinin qəbul olunması vacibdir.
Şərafuddin Əbdulhüseyn Musəvi belə deyir :
“Kütubi-arbaə” indiyə kimi 12 imamlı şiələrin üsuludin və füruid-dində mərcə və mənbəyi sayılır”.
"Kəfi", "İstibsar", "Təhzib", "Mən lə yahduruhul fəqih", mütəvətirdirlər. Tərkibləri şübhəsizdir. "Kəfi" isə onların ən əzəmətlisi, ən qədimi, ən yaxşısı və ən kamilidir”
== İstinadlar ==
== Həmçinin bax ==
Altı kitab: Əhli-Sünnə məzhəbinin 6 əsas hədis kitabı.
== Xarici keçidlər ==
"Kutub-ərbəə — wikishia". az.wikishia.net (az.).