1. Hərarətin təsiri ilə bərk, yaxud donmuş haldan maye halına keçmək; ərgin hala gəlmək. Qar əriyir. Yağ əriyir.
– Dağ başında qala var; Əriməyib hələ qar. ( ).
Ocağın yaxınlığındakı qar yığınları yavaş-yavaş əriyirdi.
Əridi, töküldü hər tərəfdə qar; Söylədim, xoş gəldin, bahar, ay bahar!
// Yanaraq azalmaq. Şam əriyir.
– Eləmi yağ əridi; Piltədə yağ əridi. ( ).
[Turxan bəy:] Bir şam yanıb, əriyib də sönmək üzrə ikən. Xəyala sığmaz bir şiddət göstərir.
2. Məhlulun içində həll olmaq. Şəkər çayın içində əridi. Duz suyun içində əridi. Toz dərman məhlulun içində əridi.
3. məc. Arıqlamaq, zəifləmək, sınıxmaq. Xəstə gündən-günə əriyir. Yazıq bir həftənin içində əridi. – Qarı baxdı ki, əvvəlki şahzadə Mütalibdən bir ad qalıb.
Elə əriyib ki, lap elə bircə quru nəfəsdi, gedir, gəlir. ( ).
[Böyükxanım:] Dağ kimi qızım yorğan-döşəkdə əriyib qalıb, rənginə baxmaq olmur.
[Çəpəl:] Qız, bu nə gündür, sınıxıb əriyibsən?
□ Əriyib çöpə (muma, şama) dönmək, əriyib mum (çöp) olmaq – son dərəcə arıqlamaq.
Axır bu eşq odundan; Əriyib mum olmuşam. ( ).
[Mirzə Turab:] Mən sizin dərdinizi çəkməkdən əriyib çöpə döndüm.
[Yaqub] burada onsuz da əriyib şama dönmüşdü.
Şam (mum) kimi ərimək – gündən-günə arıqlamaq.
4. məc. Utanmaq, xəcalət çəkmək. Heç ərimirsən? Sənin yerinə mən əriyirəm.
– Böhtanını geriyə ud! Əriyərsən bir sözümdən.
5. məc. Yavaş-yavaş yox olub getmək, çəkilmək, çəkilib-getmək, itib-getmək, duyulmaz olmaq. Zülmət əridi. Qaranlıq əriyir.
– Qanadlar yavaş-yavaş əriyib axırda tamam yox oldular. “ ”.
Hamı sakit durub xortdanın əriyib məhv olmasını gözləyirdi.
Gecənin nə cür əridiyindən xəbər tutmayaraq birdən səhərin soyuq nəfəsini hiss etdik.
6. məc. dan. Ürəyinə yatmaq, ləzzət almaq, həzz almaq, valeh olmaq.
7. məc. dan. Cürbəcür yollarla işə verilmək, satılmaq. Bu yollarla çox mallar əridi.