Mehmet Akif Ərsoy
Mehmet Akif Ərsoy (türk. Mehmet Akif Ersoy, 20 dekabr 1873, Fateh, İstanbul ili – 27 dekabr 1936, İstanbul) — Türk şairi, baytar, müəllim, vaiz, hafiz, Quran tərcüməçisi, siyasətçisi və İstiqlal Marşının müəllifi.
Mehmet Akif Ərsoy Türkiyə Respublikası və Şimali Kipr Türk Respublikasının(ŞKTR)İstiqlal Marşının müəllifidir. "Vətən şairi" və "Milli şair" ünvanları ilə tanınır. İstiqlal Marşı ilə yanaşı, Çanaqqala dastanı, Bülbül və 1911–1933-cü illər arasında nəşr olunan yeddi şeir kitabındakı şeirləri bir araya gətirən Safahat ən dəyərli əsərlərindəndir. İkinci Məşrutiyyət dönəmindən bəri Sırat-ı Müstakim (sonradan Sebilür-Reşad kimi tanınır) jurnalının baş redaktorudur. Türkiyə İstiqlaliyyət müharibəsi dövründə millət vəkili olaraq Birinci Dövr Böyük Millət Məclisində iştirak etmişdir.
== Həyatı ==
=== Erkən həyatı ===
Mehmet Akif Ərsoy,1873-cü ilin dekabrında İstanbulda, Fatehin Qaragümrük səmtinin, Sarıgözəl məhəlləsində anadan olub. Doğum şəhadətnaməsi, onun doğulmasından sonra, uşaqlığının keçdiyi, atasının imam olduğu Çanaqqalanın Bayramiç ilində verildiyi üçün, sənəddə doğulduğu yer Bayramiç ili göstərilib. Anası Buxaradan Anadoluya köçən bir ailənin qızı Əminə Şərif xanım; Kosovonun Peç şəhərində anadan olan alban mənşəli Fateh məscidinin mədrəsə müəllimlərindən olan Peçli Tahir Əfəndinin qızı idi.