1. Gözəl iy, rayihə. Çiçəklərin ətri.
– Qərənfil açdı, getdi; Ətrini saçdı, getdi; İstədim qucam yarı; Əlimdən qaçdı, getdi. ( ).
Axşam küləyi qalxar, əsər xeylicə yüngül; Gül ətrini duyduqca ötər şövqlə bülbül.
Sərin-sərin din yelləri əsdikcə dənizin xoş rayihəsini, ucsuzbucaqsız düzlərdəki güllərin-çiçəklərin ətrini yayırdı.
Çöldə hər çiçəyin bir ətri olar; Hər gülün öz yeri, öz xətri olar.
□ Ətir çəkmək – distillə yolu ilə ətirli maddə istehsal etmək.
Bütün aləm çiçək dərsin, ətir çəksin bu gülşəndən; Zamanın, varlığın, hüsnün rübabından yarandım mən!
Çiçəklərdən ətir çək; Quşlardan nəğmə öyrən.
Ətir saçmaq (yaymaq, səpmək) – xoş iy vermək.
Cəh-cəh vurar çəməndə bülbülləri; Meh əsdikcə ətir saçar gülləri.
2. Spirtdə hazırlanmış ətirli cövhərlərin məhlulu. Üzünə ətir vurmaq.
– Onlar saçlarına zinət verməklə bərabər, özlərini Şərqin ən qiymətli ətirləri ilə ətirləmişdilər.
Ətirli qoxu vermək üçün kremlərə bəzən ətir qatırlar.
3. bax ətirşah.