BABAT

sif.zərf Orta keyfiyyətli, miyanə, orta həddə yaxın, nə çox yaxşı, nə də çox pis. Babat şey.
[Cavad bəy:] Ruzgarım bir növ babat keçir, hacı. N.Vəzirov.
[Pərinin] əlahiddə bir gözəlliyi də yox idi, amma beləcə babat idi. C.Məmmədquluzadə.
Az zamanda babat bir kitabxana yarandı. Ə.Sadıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BABAT BABAT/BABƏT (nə yaxşı, nə pis, ala-babat) [Balağa:] Kimdən narazı deyiləm, qazancım da babatdır (H.Abbaszadə); ALABABAT Tapdıq şəkilləri də alababat ç
  • BABAT miyanə — orta

Antonimlər (əks mənalı sözlər)

  • BABAT BABAT – PİS Ruzigarım bir növ babat keçir, hacı (N.Vəzirov); Niyə, Məşədi, necə bəyəm, pis daşıyıram? (Mir Cəlal)
BABASİLLİ
BABATCA

Digər lüğətlərdə