CULFA

is. köhn. Əl hanasında pambıq parça toxuyan adam, toxucu. Culfa kəfənsiz ölər. ( Ata. sözü ).
Atam əllaf, babam dülgər idi; Qardaşım culfa, əmim kargər idi. M.Ə.Sabir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CULFA culfa bax toxucu
CUQQULDAMAQ
CULFAÇILIQ
OBASTAN VİKİ
Culfa
Culfa bu cür başa düşülə bilər: Culfa rayonu — Naxçıvan Muxtar Respublikasının tərkibində rayon; Culfa (Azərbaycan) — Naxçıvan Muxtar Respublikasında şəhər, Culfa rayonunun inzibati mərkəzi; Culfa şəhristanı — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının tərkibində şəhristan; Culfa (İran) — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının Culfa şəhristanında şəhər, Culfa şəhristanının inzibati mərkəzi; Culfa (peşə) — Əl hanasında pambıq parça toxuyan şəxs, toxucu.
Ağbulaq (Culfa)
Ağbulaq (fars. اغبلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərənd şəhristanının Culfa bölgəsinin Ələmdar-Gərgər kəndistanında, Mərənd şəhərindən 45 km şimal-qərbdə, Culfa-Təbriz dəmir yol xəttinin 4 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (25 ailə).
Ağdağ (Culfa)
Ağdağ – Culfa rayonu ərazisində dağ (hünd. 1046,3 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin Pilələr qolunun şərqə ayrılan eyniadlı şaxəsində zirvə. Qaradərə çayının sağ sahilində, Dizə kəndindən 1 km şimalda Darıdağ platosunun cənub-şərq ətəyindədir. Üst Paleosenin Tanet mərtəbəsinə aid Ordubad lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş, relyefdə kəskin ayrılan konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili Dizə antiklinalının şimal-şərq qanadında yerləşir.
Culfa karvansarayı
Culfa karvansarası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilin də memarlıq abidəsi. Culfa karvansarayının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzəçıxarılmışdır. 1939–1940-cı illərdə Bakı–Culfa dəmiryolu xətti çəkilərkən karvansarayın təqribən yarısı dağılmışdır. Tədqiqatlar nəticəsində Culfa karvansarayının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 metr olan Culfa karvansarayının eyni tipi Araz çayının sağ sahilində, demək olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü – Ziyaülmülk körpüsü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü XIII əsrin əvvəllərinə aparıb çıxarır. Karvansaralar çay daşından tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Culfa karvansarayının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları vardır. Bəzi otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şərq tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur.
Culfa körpüsü
Culfa körpüsü — orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi. == Ümumi məlumat == Culfa körpüsü Əlincəçayın (Arazın qolu) üzərində salınmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Regional Elmi Mərkəzinin arxeoloji ekspedisiyası bu ərazidə tədqiqat işləri apararkən (1991) körpünün ölçüləri və fotosu götürülmüşdür.Körpü tacvarı formada olub müxtəlif həcmli çay və dağ daşlarından tikilmişdir. Tağı kənarlarda yonulmuş ağ daşdan, ortada isə çaydaşıdan hörülmüşdür. Çayın yatağından 1.5 metr hündürlükdə olan qaya üzərində tikilmiş körpü hər iki tərəfdən hündürlüyü 0.8 metr olan özül üzərində inşa edilmişdir. Körpünün eni aşağı hissədə 7 metr, hündürlüyü daş özülə qədər 5 metr, çaya qədər 6.5 metrdir. Tikinti texnikasına görə körpünün 16-17-ci əsrlərdə salındığı ehtimal edilir. Culfa körpüsü 1998-ci ildə bərpa edilmiş və yenidən qurulmuşdur.
Culfa kültəpəsi
Kültəpə yaşayış yeri (Gərgərtəpə) — Araz çayından təxminən 10 km cənubda, Hadişəhr şəhərində yerləşən İranın Culfa şəhristanında qədim arxeoloji abidə. Eneolit dövrünə aiddir (e.ə. 5000-e.ə. 4500) və 1968-ci ildə aşkarlanmışdır. Təbəqə son tunc dövrünə qədər davam edir. Tunc və Urartu dövrünə aid dulusçuluq məmulatları da tapılmışdır. Kültəpə 6 hektar genişlikdə və 19 metr yüksəklikdədir. Dəniz səviyyəsindən 967 metr yüksəklikdə yerləşir. Azərbaycandakı I Kültəpə abidəsindən təxminən 50 km məsafədə yerləşir.
Culfa kаrvаnsаrаsı
Culfa karvansarası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilin də memarlıq abidəsi. Culfa karvansarayının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzəçıxarılmışdır. 1939–1940-cı illərdə Bakı–Culfa dəmiryolu xətti çəkilərkən karvansarayın təqribən yarısı dağılmışdır. Tədqiqatlar nəticəsində Culfa karvansarayının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 metr olan Culfa karvansarayının eyni tipi Araz çayının sağ sahilində, demək olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü – Ziyaülmülk körpüsü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü XIII əsrin əvvəllərinə aparıb çıxarır. Karvansaralar çay daşından tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Culfa karvansarayının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları vardır. Bəzi otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şərq tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur.
Culfa kаrvаnsаrаyı

Culfa nekropolu
Culfa nekropolu — Azərbaycan ərazisində arxeoloji abidə. Culfa nekropolu dəmir yolu çəkilərkən, 1939–1940-cı illərdə dağıdılmışdır. Bu nekropolun materialları, hazırda Gürcüstan Dövlət Tarix Muzeyində saxlanılır. V. H. Əliyev tərəfindən nəşr olunan həmin materiallar e.ə. XIII–IX əsrlərə aid edilir. == Mənbə == Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.
Culfa rayonu
Culfa rayonu — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati-ərazi vahididir. İnzibati mərkəzi Culfa şəhəridir. Rayon respublika paytaxtından cənub-qərbdə, muxtar respublika paytaxtından şərqdə yerləşir. Şimal-şərqdə Ermənistan, cənubda İran İslam Respublikası ilə həmsərhəddir. Culfa rayonu, həmçinin qərbdən Babək, şimal-qərbdən Şahbuz, şərqdən isə Ordubad rayonları ilə də həmsərhəddir. == Tarix və etimologiyası == Culfa ərazisində aparılan arxeoloji tədqiqat işləri nəticəsində b.e.ə. III minilliyin ortalarından başlayaraq son orta əsrlərə qədər olan dövrlərə aid xeyli maddi-mədəni nümunələr aşkar edilmişdir. Bu tapıntılar bölgə sakinlərinin əkinçilik, maldarlıq, ovçuluqla məşğul olduqlarını sübut edir. Araşdırmalara görə b.e.ə. bu ərazidə (Ərəfsə, Bənəniyar, Göydərə və s.) boyalı qablar mədəniyyəti, b.e.ə.
Culfa Şəhristanı
Culfa şəhristanı — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanlarından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Culfa şəhəridir. Şəhristan Azərbaycan Respublikası ilə (əsasən Naxçıvan Muxtar Respublikasının Babək, Culfa və Ordubad rayonlarıyla; çox kiçik bir hissəsi Qarabağ bölgəsiylə, Zəngilan rayonuyla), və Ermənistanın Sünik mərzi ilə (Ermənistan-İran sərhədinin tamamı bu bölgədən keçir) həmsərhəddir. == Coğrafi mövqeyi == Culfa bölgəsi Şərqi Azərbaycan ostanının şimal-qərb hissəsində Kəmçi dağının şimalında və Araz çayının güneyində yerləşir. Cənubdan Mərənd və Vərziqan, şərqdən Kəleybər, qərbdən Ərəbçölü bölgələri və şimaldan Azərbaycan (Ordubad, Culfa və Babək rayonları) və Ermənistan (Meğri rayonu) respublikaları ilə həmsərhəddir. Bölgənin gəzməli-dolanmalı kəndlərindən Duzal, Nücəmehir, Kürdəşt,Üştibin və sairə yaşayış yerlərini örnək göstərmək olar. == Tarixi abidələri == Dadaşzadə hamamı Naxırçı kilsəsi Sənt-Stepanus kilsəsi Ziyaülmülk naxçıvanı körpüsü(Azərbaycanın Naxçıvan Muxtar Respublikasıilə sərhəddə yerləşir Duzal kəndində imamzadə şüəyb türbəsi İmamzadə məhəmməd türbəsi Üştibin kəndi Kürdəşt hamamı Kürdəşt qalası Nənə Məryəm kilsəsi Xoca Nəzər karvansarası Əlibəy qalası Müqəddəs Məryəm kilsəsi Xoca Yaqub türbəsi İmamzadə seyid ibrahim türbəsi == Soy və dil == Culfa bölgəsinin milli tərkibi tamamilə azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Əhalisi şiə inanclıdır. Bölgədə yaşayanlar əsasən əkinçilik, davar saxlamaq və Azərbaycan respublikası ilə ticarət etməkdən dolanırlar.
Culfa şəhəri
Culfa — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunda respublika tabeli şəhər, Culfa rayonunun inzibati mərkəzidir. Şəhər respublika paytaxtından 524 km cənub-qərb, muxtar respublika paytaxtından 36 km cənub-şərqdə, Araz çayının sol sahilində, İran İslam Respublikası ilə sərhəddə yerləşir. İran ərazisində, Araz çayının əks sahilində Culfa şəhərinə simmetrik şəkildə eyniadlı şəhər yerləşir. Bu, vaxtilə vahid şəkildə mövcud olmuş Culfa şəhərinin sonradan iki yerə bölündüyünü göstərir. Culfa Naxçıvan Muxtar Respublikasının ikinci ən böyük şəhəridir. == Tarix və etimologiyası == Culfa Azərbaycanın qədim şəhərlərindən biridir. Tarixi mənbələrdə Culfa şəhərinin salınması bizim eranın VI əsrinə aid edilir. Tarixçi Şərafəddin Əli Yəzdi “Zəfərnamə” əsərində yazır ki, Culfa şəhəri Azərbaycanın şimal və cənub torpaqlarının göründüyü yerdə, Araz çayının dağın ətəyindən keçdiyi ərazidə yerləşir. Burada məşhur Ziya-ül-mülk körpüsü də salınmışdır. Culfa şəhəri qədim dövrlərdə onun indi yerləşdiyi ərazidən bir qədər aralıda qərar tutmuşdur.
Culfa (Azərbaycan)

Culfa (peşə)
Culfa — Əl hanasında pambıq parça toxuyan şəxs, toxucu. Culfa peşəsi qədimdən Azərbaycan ərazisində geniş yayılmış peşə olub. Culfa peşəsi ilə bağlı bir neçə atalar sözü mövcuddur: "Culfa kəfənsiz ölər; Culfa olmamış kələf oğurlar; Atıcı culfadan geri qalmaz, bir-birindən haqq almaz.".
Culfa (İran)
Culfa — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının Culfa şəhristanının inzibati mərkəzi, şəhərdir. == Əhalisi == 2006-cı ildə aparılmış əhalinin siyahiya alınmasına görə əsasında bu şəhərdə yaşayan əhali 4983 nəfər və 1365 ailədən ibarət idi. == Milli tərkibi == Əhalisi tamamilə azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Culfa (şəhər)
Culfa — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunda respublika tabeli şəhər, Culfa rayonunun inzibati mərkəzidir. Şəhər respublika paytaxtından 524 km cənub-qərb, muxtar respublika paytaxtından 36 km cənub-şərqdə, Araz çayının sol sahilində, İran İslam Respublikası ilə sərhəddə yerləşir. İran ərazisində, Araz çayının əks sahilində Culfa şəhərinə simmetrik şəkildə eyniadlı şəhər yerləşir. Bu, vaxtilə vahid şəkildə mövcud olmuş Culfa şəhərinin sonradan iki yerə bölündüyünü göstərir. Culfa Naxçıvan Muxtar Respublikasının ikinci ən böyük şəhəridir. == Tarix və etimologiyası == Culfa Azərbaycanın qədim şəhərlərindən biridir. Tarixi mənbələrdə Culfa şəhərinin salınması bizim eranın VI əsrinə aid edilir. Tarixçi Şərafəddin Əli Yəzdi “Zəfərnamə” əsərində yazır ki, Culfa şəhəri Azərbaycanın şimal və cənub torpaqlarının göründüyü yerdə, Araz çayının dağın ətəyindən keçdiyi ərazidə yerləşir. Burada məşhur Ziya-ül-mülk körpüsü də salınmışdır. Culfa şəhəri qədim dövrlərdə onun indi yerləşdiyi ərazidən bir qədər aralıda qərar tutmuşdur.
Culfa bələdiyyəsi
Naxçıvan bələdiyyələri — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Naxçıvan şəhəri == == Babək rayonu == == Culfa rayonu == == Kəngərli rayonu == == Ordubad rayonu == == Sədərək rayonu == == Şahbuz rayonu == == Şərur rayonu == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Culfa düzü
Culfa düzü- Culfa rayonunda maili düzənlik. Arazboyu düzənliklərdən biri.
Culfa karvansarası
Culfa karvansarası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilin də memarlıq abidəsi. Culfa karvansarayının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzəçıxarılmışdır. 1939–1940-cı illərdə Bakı–Culfa dəmiryolu xətti çəkilərkən karvansarayın təqribən yarısı dağılmışdır. Tədqiqatlar nəticəsində Culfa karvansarayının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 metr olan Culfa karvansarayının eyni tipi Araz çayının sağ sahilində, demək olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü – Ziyaülmülk körpüsü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü XIII əsrin əvvəllərinə aparıb çıxarır. Karvansaralar çay daşından tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Culfa karvansarayının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları vardır. Bəzi otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şərq tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur.
Dizə (Culfa)
Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponomiyası == Düzənlikdədir. Keçmiş adı Kərimqulu Dizə olmuşdur; Dizə coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş Ģəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərb. dilinə keçərək "kənd" mənasında işlənir. Oykonimə əlavə edilən Kərimqulu komponenti həmin yaşayış məntəqələrini bir-birindən fərqləndirməyə, coğrafi mövqelərini müəyyənləşdirməyəvə vaxtilə kimə mənsub olduğunu göstərməyə xidmət edir. == Əhalisi == Əhalisi 1114 nəfərdir.
Dostaşina (Culfa)
Dostaşina (fars. دوست اشنا‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Duzal (Culfa)
Duzal (fars. دوزال‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ilə olan məlumata görə kənddə 496 nəfər yaşayır (111 ailə).
Dəran (Culfa)
Dəran (fars. داران‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 947 nəfər yaşayır (320 ailə).
Elsevən (Culfa)
Elsevən (fars. ايل سون‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (5 ailə).
Ersi (Culfa)
Ersi (fars. ارسي‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 879 nəfər yaşayır (271 ailə).
6 saylı Culfa-Babək seçki dairəsi
7 saylı Ordubad-Culfa seçki dairəsi
Ağdağ (Culfa rayonu)
Ağdağ – Culfa rayonu ərazisində dağ (hünd. 1046,3 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin Pilələr qolunun şərqə ayrılan eyniadlı şaxəsində zirvə. Qaradərə çayının sağ sahilində, Dizə kəndindən 1 km şimalda Darıdağ platosunun cənub-şərq ətəyindədir. Üst Paleosenin Tanet mərtəbəsinə aid Ordubad lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş, relyefdə kəskin ayrılan konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili Dizə antiklinalının şimal-şərq qanadında yerləşir.
Aşağı Komar (Culfa)
Aşağı Komar (fars. كمارسفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 794 nəfər yaşayır (172 ailə).
Aşağı İri (Culfa)
Aşağı İri (fars. ايري سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.616 nəfər yaşayır (410 ailə).
Culfa-Babək seçki dairəsi
Culfa-Bakı yolu (film, 1924)
Culfa-Ordubad Arazboyu düzənlikləri
Arazboyu düzənlikləri — Culfa -Ordubad Arazboyu düzənliyi Naxçıvan düzənliyindən cənub-qərbdə yerləşib, ondan Nehrəm yaylası ilə (Dərəşam dərəsi) ayrılır. Düzənlik Zəngəzur dağ silsiləsinin cənub ətəyi ilə Araz çayı arasında qalan ensiz zolaq şəklində olan sahə boyunca Muxtar Respublikanın cənub və qərb sərhəddinə, Həsəndağın qərb yamaclarınadək uzanır. Oroqrafik cəhətdən bu zolaq Araz çayının sol qolları olan Qaradərə, Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay və Gənzəçayın Arazboyu sahəsində yaratdıqları kiçik maili düzənliklərdən və gətirmə konuslarından ibarətdir. Bu düzənlik bir qədər yuxarıda bir-biri ilə dağ yolları ilə ayrılır və Araz boyu hissədə birləşərək ümumi düzənlik zolağı əmələ gətirir. Qaradərə çayının mənsəbində yerləşmiş Yaycı, Gilançayın yaratdığı Aza, Düylünçayın gətirmə konusuna təvafiq edən Dəstə, Ordubadçay və Əylisçayın gətirmə konuslarının birləşməsindən yaranan Ordubad düzənliyi o cümlədəndir. Qrunt sularının yatım dərinliyi dağ ətəyi hissədən Araz çayına doğru 10–12 m-dən 1,7–3,5 m-dək azalır. Suçəkmə əməliyyatı zamanı kəşfiyyat quyularının sərfi və xüsusi sərfi Arazboyu düzənlik daxilində müxtəlif qiymətlərə malik olmuşdur. Culfa düzənliyinin şimal-qərb və cənub-şərq hissələrində quyuların sərfi 0,3–10,7 l/san, xüsusi sərfi isə 0,04–0,2 ll/san-dir. Culfa şəhəri yaxınlığında qazılmış quyunun sərfi 20 l/san, xüsusi sərfi isə 15,29 ll/san təşkil edir. Quyunun xüsusi sərfinin yüksək olması Araz çayının yataqaltı suları ilə qidalanmasından irəli gəlir.
Culfa maili düzənliyi
Culfa maili düzənliyi — Arazboyu düzənlikdə Əlincəçayın aşağı axınının sol sahilindən başlayaraq, şərqdə Yaycı düzünədək, şimalda isə Darıdağın ətəklərinədək olan hissələri əhatə edən düzənlik. == Haqqında == Bu düzənlik Araz çayı səviyyəsindən başlayaraq, 1200 m mütləq yüksəkliyə qədər davam edir. Düzənlikdən əkin sahəsi kimi az istifadə olunur. Əsas səbəbi düzənliyin bəzi sahələrinin daşlarla örtülü olmasıdır. Zəif parçalanmış Culfa düzünün şimal və şimal-şərq hissəsində sel çöküntüləri üstünlük təşkil edir, çaqıl daşları geniş yayılmışdır. Bunun başlıca səbəbi Darıdağın cənub ətəklərində əmələ gələn və tez-tez baş verən sellərdir. Culfa düzünün cənub və cənub-qərb hissəsində çay çöküntüləri üstünlük təşkil edir. Bu sahədə Arazın və Əlincəçayın qədim terrasları aşkar müşahidə edilir. Gülüstan kəndi yaxınlığında maili düzənliyin səthi qismən alçalır və bir növ çaybasar landşaftını xatırladır. == Bitki örtüyü == Culfa düzünün əsas bitkisi yovşan, gəvən və şorangədir.
Culfa rayonunun mineral bulaqları
Rayon ərazisində 85 mineral bulaq (onlardan 42-si mexaniki üsul ilə) qazılmışdır. == Ağsal mineral bulağı == Ərəfsə kəndindən 2 km cənubda, Ağsal dağının ətəyində yerləşir. Okean səviyyəsindən 1890 metr yüksəklikdədir. == Başkənd mineral bulağı == Əlincə kəndindən 1,5 km şimalda, okean səviyyəsindən 2340 metr yüksəklikdə yerləşir. Eyni kimyəvi tərkibli bulaq suyundan yaxın ərazidə, okean səviyyəsindən 2100 metr hündürlükdə yerləşən “Gilənarlıq dərəsi” deyilən yerdə də vardır. Hər iki bulaq suyunun kimyəvi tərkibi Rusiyanın Kislovodsk şəhərindəki (Şimali Qafqaz) Nazran suyunun tərkibi ilə eynilik təşkil edir. Sözügedən mineral sular daxili xəstəliklərin müalicəsində mühüm rola malikdirlər, lakin elmi şəkildə tam öyrənilməmişdirlər. == Darıdağ mineral (termal) bulağı == Culfa şəhərindən 8 km şimal-şərqdə, Darıdağın ətəyində, okean səviyyəsindən 900 m. yüksəklikdə 5 bulaqla 32 sayda mexaniki quyular vardır. Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur.
Culfalar məhəlləsi
Culfalar məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Bəzi mənbələrdə adı Cuhudlar olaraq qeyd olunmuşdur. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur.
Culfalar məscidi
Culfalar məscidi — XIX əsr-əsrdə Şuşanın Culfalar məhəlləsində tikdirilmişdir. Memarı Kərbəlayı Səfixan Qarabağidir. İki mərtəbəlidir. Qarabağlı Rızvan Memar Kərbalayi Səfixan Qarabaği. XIX əsrdə Şuşanın Culfalar məhəlləsində tikilmiş eyni adlı məscid də Kərbalayi Səfixanın yaradıcılıq ideyaları əsasında inşa edilmişdir. Məscidin ikinci mərtəbəsində qadınlar üçün nəzərdə tutulmuş zal və həmin zala qalxmaq üçün ayrıca quraşdırılmış pilləkən və giriş qapısı var. Baş fasadın ümumi giriş qapısı üzərinə qoyulmuş pəncərələr qadınlar bölməsini lazımi qədər işıqlandırmağa kifayət edir. Sütunsuz dörd divarla əhatə olunmuş sadə formalı memarlıq və konstruksiya həllinə malik olan ümumi ibadət zalı baş fasad və mehrab tərəfdən qoyulmuş iki pəncərə vasitəsilə işıqlanır. Məscidin dam örtüyü adi yaşayış binalarında olduğu kimi dördbucaqlıdır. Qarşısında çox da geniş olmayan meydan var.
Culfaçılıq
Culfaçılıq — Azərbaycanda pambıq parça (bez, cecim və s.) toxuculuğu ilə bağlı ənənəvi sənət növü. Keçmişdə pambıq parçanın özünəməxsus istehsal texnologiyası olmuşdur. Toxuma prosesi culfa dəzgahında nişana və məkik vasitəsilə icra olunurdu. Cecim toxumaq üçün iplik əvvəlcədən müxtəlif rənglərə boyanırdı. Culfaçılıqda bez istehsalı əsas yer tutduğundan, o, bəzzazlıq da adlandırılmışdır. Azərbaycanda əsasən, ev peşəsi səciyyəsi daşımışdır. Naxçıvan, Culfa, Gəncə, Ordubad və s. şəhərlərdə culfaçılıq kustar sənət və əmtəə istehsalı səviyyəsinə qalxmışdır. XIX əsrin 30-cu illərində Ordubad əhalisinin yarıya qədəri bəzzazlıqla məşğul olmuşdur.

Digər lüğətlərdə