DABBAĞ

is. [ ər. ] Heyvan dərilərini aşılama vasitəsilə gönə və meşinə çevirmək sənəti ilə məşğul olan usta. Dabbağ sevdiyi dərini yerdən-yerə vurar. ( Ata. sözü ).
□ Dabbağ etmək – dərini aşılama vasitəsilə gön və ya meşinə çevirmək.
◊ Dabbağda gönünə bələd olmaq (gönünü tanımaq) – bir adamın keçmişinə və hər cür gizli işlərinə yaxşı bələd olmaq, keçmişini, iç-üzünü bilmək.
[Əbdül:] Mənim gözüm kor deyil, mən Kərimin dabbağda gönünü tanıyıram. Ə.Haqverdiyev.
[Xanlar:] Mən [Abuzər bəyin] dabbağda gönünə bələdəm. M.Hüseyn.

DABANSIZ
DABBAĞXANA

Digər lüğətlərdə

и́волгин ки́мвры кута́с плаку́н ти́тловый ула́мываться фармакологи́ческий кулёк недога́дливость неутеши́тельность перепи́ска проеци́рование air control Ausländer clock Herrenvolk infarct recuperative sea-based shoetree yellow jessamine влияние догма фарш яловый