KƏKİL

is. [ fars. ]
1. Bəzi quşların başında topa şəklində tük. Fərənin kəkili. Göyərçin kəkili.
// At və bəzi başqa heyvanların qulaqları arasından sallanan tük topası.
Qara atın kəkili; Tel-tel olub tökülü; Hər yetənə yar desən; Yar bacadan tökülü. (Bayatı).
[İlyas Adiləyə:] Axırda ərk ilə [atın] kəkilindən tutub dartdım. Ə.Məmmədxanlı.

2. Kişilərdə: alına tökülən saç. Kəkilini üzünə tökmək. Papağın altından kəkili görünür.
– Kəkilə bax, kəkilə; Kəkil üzə tökülə; Qiyamət o gün qopar; Yar gözümdən çəkilə. (Bayatı).

// Qırxılmış başın ortasında saxlanan tük topası. Uşağın başında kəkil saxlamaq.
[Cümrü Ağamalının] başının ortasında kəkili olardı. H.Sarabski.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏKİL KƏKİL (saç haqqında) Rəngbərəng geyinmiş qadınlar, uşaqlar, barmaqlan xınalı, saqqalları səliqə ilə vurulmuş kişilər, birçəkləri və kəkilləri daranıb
  • KƏKİL saç — tel
KƏKƏMƏK
KƏKİLBAŞ
OBASTAN VİKİ
Adi kəkilli torağay
Adi kəkilli torağay (lat. Galerida cristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinin kəkilli torağay cinsinə aid heyvan növü. == Təsviri == Kəkilli torağaylar 18 sm uzunluğa, 45 q çəkiyə sahib olurlar. Güclü və bükülü bir dimdiyə, orta uzunluqlu pençəyə, böyük və geniş qanadlara və başında bir kəkilə sahibdir. Ləkəklərinin rəngi tünd boz, qarın nahiyyəsi isə ağ rəngdədir. qanadlarınımn kənarları qırmızımtıldır. Quyruğu qırmızımtıl-qonur rəngə sahibdir. == Səsi == Qarışıq qışqırıqları "tryudritrie" kimi səslənir və mahnının əsas motivini təşkil edir. Mahnını əsasən yerdə, daş üzərində və ya uçarkən oxuyur. Mahnıları olduqca melodikdir və bəzən digər quşların səsslərinmidə yamsılıya bilirlər.
Afrika kəkilli çalağanı
Afrika kəkilli çalağanı (lat. Aviceda cuculoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Böyük kəkilli pinqvin
Böyük kəkilli pinqvin (lat. Eudyptes sclateri) — Kəkilli pinqvinlər cinsinə daxil olan olan növ. Növün elmi adı britaniya zooloqu Filip Latli Skleyterin şərəfinə alandırılmışdır. == Təsviri == Bu orta ölçülü pinqvin 63–65 sm uzunluğa, 4–5 kq çəkiyə malik olur. Dişilər ölçü baxımından erkəklərdən geri qalırlar. Beli, başı və qanadı qara, sinəsi isə ağ rəngdə olur. == Yayılması == Əsasən Avstraliya və Yeni Zelandiyanın sahillərində yamayırlar. Baumti, Antipodov, Kempbel və Oklend adalarında yuva qururlar. Hazırda ümumi sayı 200 min baş olaraq qiymətləndirilir. Artımı stabildir.
Böyük kəkilli susüpürən
Jerdon kəkilli çalağanı
Jerdon kəkilli çalağanı (lat. Aviceda jerdoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Madaqaskar kəkilli çalağanı
Madaqaskar kəkilli çalağanı (lat. Aviceda madagascariensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Qara kəkilli çalağan
Qara kəkilli çalağan (lat. Aviceda leuphotes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Qayalı (Kəkildağ) düşərgəsi
Qayalı (Kəkildağ) düşərgəsi — Azərbaycanda mustye mədəniyyəti dövrünə aid abidə. == Alətlərin xüsusiyyətləri == Qayalı (Kəkildağ) düşərgəsi Kəkildağın 2 km cənubunda sıldırım qayalığın üstünə yaxın yerdə salınmışdır. Qayalının inkişaf etmiş kompleksində daş məmulatının yan və üst tilləri iti, patinası isə zəifdir. Nüvələrin qalınlığı və ölçüləri kiçilir. Qoparmaların izləri, hazırlıqların özləri yastı və düzgün biçimlidir. Hazırlıq növlərinin alınmasında, ikinci işləmədə və tipologiyada müəyyən fərqlər gözə dəyir. Belə ki, materialın ölçüsü qısalır, en kəsiyi nazilir və vurma səthi kiçilir. Bir neçə qədim ikinci işləmə (iri dişli dişək) və bir sıra bəsit alətlər (çoppinq, iri dişli alətlər, massiv kəsərlər, klekton tipli dik gəzlər) aradan çıxır. == Alətlərin tipləri == Nüvələr aşağıdakı növlərə bölünür: şarşəkilli – 5, disk formalı – 8, bir vurma səthli aşel nüvəsi – 4, çaydaşından nüvə — 2, uzunsov oval – 3, düzbucaqlı uzunsov – 7, düzbucaqlı iki üzdən də qabarıq düzbucaqlı bir, iki və üç vurma səthli – 14, üçbucaqlı – 3, prizmaşəkilli – 4 və piramida formalı alət tərkibi bir neçə qrupa bölünür. Qaşovlar: bir yanı qabarıq belli – 7, sadə qabarıq ağızlı – 5, küplü — 2, xırda dişli qaşov – 5, eninə ağızlı – 3, iki ağızlı qabarıq – 4, alt üzdən dişəkli – 2 ədəddir.
Sakit okean kəkilli çalağanı
Sakit okean kəkilli çalağanı (lat. Aviceda subcristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Sners kəkilli pinqvin
Sners kəkilli pinqvin (lat. Eudyptes robustus) — Kəkilli pinqvinlər cinsinə daxil olan növ. Sners adalarının endemik canlısıdır. Onun arealı 3,3 km² təşkil edir. Bu isə bütün pinqvin növləri arasında ən kiçik areala malikdir. Bu kiçik ərazində cəmi 30 000 cüt sners kəkilli pinqvini yaşayır. Bu növə daxil yetkin nümayəndələrin uzunluğu 55 sm, çəkisi isə 4 kq-dır. 5–6 yaşında iki yumurta qoyurlar. Yumurtanın inkubasiya dövrü 32–35 gün sürür. 2,5 aydan sonra balalar sərbəst şəkildə dənizə çıxırlar.
Çin kəkilli susüpürəni
Çin kəkilli susüpürəni (lat. Thalasseus bernsteini) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin kəkilli susüpürən cinsinə aid heyvan növü.
Şimal kəkilli pinqvini
Şimal kəkilli pinqvini(lat. Eudyptes moseleyi) — Kəkilli pinqvinlər sinsinə daxil olan növ. Əvvəllər Eudyptes chrysocome növünə daxil edilir. 2009-cu ildə dərc edilmiş məlumata görə 1950-ci illərdə növün sayı 90% azalmışdır. Hazırda isə təhlükə qarşısında olan növ kimi qeydə alınmışdır. == Təsnifat == Eudyptes chrysocome iki növə bölünmüşdür. Mövcud papulyasiya üzərində aparılan araşdırmalar bu canlıların fərqlilikləri nüəyyən edilmişdir. Malekulyar-genetik araşdırmalar bu iki növ arasında fərqin orta pleyston dövründə yaranmışdır. Genetik araşdırmalar bu canlıların ayrı iki növ olmuşdur. == Arelı == Şimal kəkilli pinqvinin 99 % Tristan-da-Kunya və Qof adalarında yuva qururlar.
Adi kəkilli arıquşu
Adi kəkilli arıquşu (lat. Lophophanes cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin kəkilli arıquşu cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Başında qar lələklərdən ibarət ucu sivri və ağ haşiyəli kəkili var. Dimdiyindən göz və qulaq lələklərinə qədər nazik qar zolaq uzanır. Erkək dişiyə nisbətən azca iridir . == Kateqoriyası və statusu == Qismən çoxsaylıdır. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda isə Kiçik və Böyük Qafqaz dağlarının dağətəyi hissəsində və Talışda yayılıb. == Növdaxili müxtəlifliyi == Dünyada 5, Azərbaycanda isə 1 yarımnövü (P.с. cristatus Linn, 1758) yaşayır.
Adi kəkilli ilanyeyən
Adi kəkilli ilanyeyən (lat. Spilornis cheela) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli ilanyeyən cinsinə aid heyvan növü.
Benqal kəkilli susüpürəni
Benqal kəkilli susüpürəni (lat. Thalasseus bengalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin kəkilli susüpürən cinsinə aid heyvan növü.
Berq kəkilli susüpürəni
Berq kəkilli susüpürəni (lat. Thalasseus bergii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin kəkilli susüpürən cinsinə aid heyvan növü.
Kral kəkilli susüpürəni
Kral kəkilli susüpürəni (lat. Thalasseus maximus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin kəkilli susüpürən cinsinə aid heyvan növü.
Kəkilli pir
Kəkilli pir — Zəngəzur mahalının Qafan rayonunun Yuxarı Girətağ kəndi ərazisində yerləşən ziyarətgahdır. == Haqqında == Şərqmeşəyə tərəf uzanan yolun üstündə, təpənin başındakı üç böyük palıd ağacı qədimdən yerli sakinlərin inam yerinə çevrilmişdi. Buradakı meşəliklər əhali tərəfindən qırılıb, tükənsə də, Kəkilli pirin palıdlarına toxunmağa heç kəs cürət etməmişdir. 1930-cu illərdə belə bir rəvayət də yayılmışdır ki, Səlimə adında bir qadın Quranı palıdın koğuşunda gizlətmiş, bir gecənin içində kitab koğuşa qovuşmuşdur. Həmin palıd ağaclarından ən ucasının qəribə bir budağı vardı. Bu budaqdakı yarpaqlar dəfnə ağacı yarpağına oxşayırdı. Görünür, həmin budağı adamlar, nə vaxtsa, ağacın kəkili hesab etmişlər və pirin Kəkilli adı da buradan yaranmışdır. Kəndin sakinləri bura dilək diləməyə gələr, qurbanlar kəsər, palıd ağaclarının koğuşlarında çıraq yandırardılar. Pirin ərazisində Zəngilan bölgəsinin hörmətli din xadimlərindən hesab edilən Seyid Mir Əhməd ağanın, bir neçə qohumlarının məzarları vardı. 1950-ci illərdən sonra ermənilərin Qafanın Pirdavdan kəndində dağıtdıqları sərdabədən Mir Əhməd ağanın qəbrini də bura köçürdülər və oğlu Mir Əli ağa atasının məzarı üstündə sərdabə tikdirdi.
Kəkilli qartal
Kəkilli qartal (lat. Spizaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Kəkilli susüpürən
Kəkilli susüpürən (lat. Thalasseus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Kəkilnohur gölü
Kəkilnohur — Azərbaycanın Şamaxı rayonu ərazisində göl. Şamaxı rayonu ərazisində göl. Astraxanka (Qızmeydanı) kəndindən şimalında yerləşir. Şirinsulu, axarlı kiçik göldür. Keçmişdə ətraf maldar ellərin yaylaq yeri olmuşdur. Nohurun ortasında kəkilə oxşar qamış topası olduğuna görə belə adlandırılmışdır.
Yaraşıqlı kəkilli qartal
Yaraşıqlı kəkilli qartal (lat. Spizaetus ornatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli qartal cinsinə aid heyvan növü.
Zərif kəkilli susüpürən
Zərif kəkilli susüpürən (lat. Thalasseus elegans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin kəkilli susüpürən cinsinə aid heyvan növü.
Əlvanburun kəkilli susüpürən
Əlvanburun kəkilli susüpürən (lat. Thalasseus sandvicensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin kəkilli susüpürən cinsinə aid heyvan növü.
Kəkildağ düşərgəsi
Qayalı (Kəkildağ) düşərgəsi — Azərbaycanda mustye mədəniyyəti dövrünə aid abidə. == Alətlərin xüsusiyyətləri == Qayalı (Kəkildağ) düşərgəsi Kəkildağın 2 km cənubunda sıldırım qayalığın üstünə yaxın yerdə salınmışdır. Qayalının inkişaf etmiş kompleksində daş məmulatının yan və üst tilləri iti, patinası isə zəifdir. Nüvələrin qalınlığı və ölçüləri kiçilir. Qoparmaların izləri, hazırlıqların özləri yastı və düzgün biçimlidir. Hazırlıq növlərinin alınmasında, ikinci işləmədə və tipologiyada müəyyən fərqlər gözə dəyir. Belə ki, materialın ölçüsü qısalır, en kəsiyi nazilir və vurma səthi kiçilir. Bir neçə qədim ikinci işləmə (iri dişli dişək) və bir sıra bəsit alətlər (çoppinq, iri dişli alətlər, massiv kəsərlər, klekton tipli dik gəzlər) aradan çıxır. == Alətlərin tipləri == Nüvələr aşağıdakı növlərə bölünür: şarşəkilli – 5, disk formalı – 8, bir vurma səthli aşel nüvəsi – 4, çaydaşından nüvə — 2, uzunsov oval – 3, düzbucaqlı uzunsov – 7, düzbucaqlı iki üzdən də qabarıq düzbucaqlı bir, iki və üç vurma səthli – 14, üçbucaqlı – 3, prizmaşəkilli – 4 və piramida formalı alət tərkibi bir neçə qrupa bölünür. Qaşovlar: bir yanı qabarıq belli – 7, sadə qabarıq ağızlı – 5, küplü — 2, xırda dişli qaşov – 5, eninə ağızlı – 3, iki ağızlı qabarıq – 4, alt üzdən dişəkli – 2 ədəddir.

Digər lüğətlərdə