LÜTF

is. [ ər. ] klas. İltifat, mərhəmət: mehribanlıq, yumşaqlıq; xoş, alicənab münasibət.
Vaqif haqdan dilər lütfü kərəmlər; Belə yerdə duran, vallah, vərəmlər. M.P.Vaqif.
[Pərviz xan:] Mərhəmətiniz artıq, lütfünüz ziyad, sayəniz kəm olmasın. M.S.Ordubadi.

□ Lütf etmək (qılmaq)1) mərhəmət etmək, iltifat göstərmək, xeyirxahlıq etmək.
Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim; Lütf edib qıl bir nəzər, bu müxtəsər dəstanə bax. M.V.Vidadi.
Çün yar qılıb lütfünü kəm, hanı o həmdəm; Ta sülh qıla yar ilə Heyran arasında. Heyran xanım;
2) rəhm edib bağışlamaq, vermək.
Ol gün ki, sənə xaliq edər lütf bir övlad; Olsun ürəyin şad! M.Ə.Sabir.

// Köməklik, inayət, mərhəmət.
[Hacı Qara:] Mən Allahın lütfü ilə yalnız onların iyirmisinin öhdəsindən gələrəm. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LÜTF lütf bax mehribanlıq, mərhəmət
LÜTERANLIQ
LÜTFƏN
OBASTAN VİKİ
Lütf Kapellası
Lütf Kapellası (alm. Gnadenkapelle‎) Bavariyada Müqəddəs Məryəmə həsr olunmuş milli ziyarətgahdır. Məryəmin şəklinin yerləşdiyi səkkizguşəli ibadətgah təxminən 660-cı illərə aiddir və Almaniyadakı ən qədim Məryəmə həsr edilmiş ziyarətgahdır. Məryəmin siması cökə ağacından oyulmuş antik dövrə aid Qara Madonnadır (ehtimal ki, təxminən 1330). Ziyarətgah 1489-cu ildə boğulan gənc bir oğlan uşağının anası cəsədini heykəlin qarşısına qoyub Məryəmdən möcüzə üçün dua etdikdən sonra möcüzəvi şəkildə sağalması ilə məşhurlaşıb. Əsrlər boyu ziyarətgaha verilmiş adaqların çoxu kilsəni əhatə edən eyvanda nümayiş etdirilir. Burada müxtəlif alman zadəganlarının, həmçinin Bavariya kralı III Lüdviqin ürəkləri kiçik gümüş qablarda saxlanılır. Kapella əsrlər boyu Kapuçin keşişləri tərəfindən xidmət edilmişdir. Ordenin bir üzvü, Parcamlı Konrad (1818-1894) 40 ildən çox orada xidmət etmişdir. Xidmət etdiyi müddətdə o, müqəddəslik və möcüzəvi şəfaları üçün şöhrət qazanlb və Katolik Kilsəsi tərəfindən müqəddəs elan edilib Kapella 1980-ci ilin noyabrında Papa II İohann Pavel tərəfindən ziyarət edilib.
Bodrumlu Ömər Lütfi Əfəndi
Bodrumlu Ömər Lütfi Əfəndi (1817, Muğla ili – 20 aprel 1897, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Sicill-i Osmânî, IV, 4, 865. İlmiyye Salnâmesi, s. 612–614. İbnülemin, Son Sadrıazamlar, III, 1273, 1365–1366. Karal, Osmanlı Tarihi, VIII, 274, 306–308. Ebül‘ulâ Mardin, Huzur Dersleri (nşr. İsmet Sungurbey), İstanbul 1966, II–III, 135, 824–825. Danişmend, Kronoloji2, V, 158. Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s.
Dərəgəh-i Lütfullah (Sulduz)
Dərəgəh-i Lütfullah (fars. درگه لطف اله‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 461 nəfər yaşayır (76 ailə).
Lütfullah Safi Gülpaygani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpayigani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpayqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Səfi Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (türk. Lütfi Kırdar Kongre ve Sergi Sarayı) — İstanbulun Şişli ilçəsində yerləşən çoxməqsədli konqres mərkəzi. "Rumeli Sərgi Salonu ve Sərgi Merkezi" adlı əlavə binası ilə birlikdə bir çox önəmli sərgilər, konsertlər ilə sosial və mədəni tədbirlərin keçirilməsində istifadə olunur. Əvvəllər "Fənərbağça" kimi bir sıra basketbol klubları oyunlarını bu sarayın idman salonunda oynayırdılar. == Xüsusiyyətləri == 1940-cı illərdə İstanbul valisi olan Lütfü Kırdar tərəfindən "Dünya Güləş Çempionluq oyunu"nda istifadə edilmək üçün tikdirilmişdir. O dövrdə idman və sərgi sarayı adlanmışdır. Çempionluq oyunlarından sonra da bir çox idman ilə əlaqədar tədbirlərə ev sahibliyi etmişdir. Beynəlxalq konqreslərdə istifadə edilə bilməsi üçün bina restovrasiya edimiş və indiki adıyla adlandırılmağa başlanmışdır. 1996-cı ilin iyun ayında Həbibət konqresinin keçirilməsi ilə xidmətə açıq elan edlmişdir. Əsas bina olaraq Lütfü Kırdar Mərkəzi 2.000 nəfərlik Anadolu Auditoriyası, Mərmərə Salonu, iki Topqapı Salonu, üç Dolmabaxça Salonu, Qalata Salonu, Xaliç Salonu, üç Sultan iclas otağı, üç Barbaros iclas otağı, dörd Levənt iclas otağı və VIP otaqlardan ibarətdir.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (İstanbul)

Lütfü Məmmədbəyli
Məmmədbəyov Lütfi Şahbaz oğlu — Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti (1991). == Həyatı == Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib. == Fəaliyyəti == Lütfi Məmmədbəyov 1947-ci ildə Teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik etmişdir. O, 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirmişdir. Lütfi Məmmədbəyov 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb.
Lütfü Məmmədbəyov

Lütfəli Abdullayev
Lütfəli Əmir oğlu Abdullayev (9 (22) mart 1914, Nuxa – 9 dekabr 1973, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1960), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, milli xalq oyun-tamaşalarının gülüş estetikasını bacarıq və həssalıqla mənimsəmiş, vəziyyət komediyalarında oynamağı xoşlayan, məsxərə hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən obrazın komik xarakterini açmaq üçün istifadə edən aktyor. == Həyatı == Lütfəli Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində (indiki Şəki) doğulub. Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və vodevillərdə oynayıb. 1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuş, səsinin oxu ölçü-quruluşunu cilalayıb müəyyən qəlibə salmışdır. Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib.
Lütfəli Babayev
Lütvəli Babəli oğlu Babayev (30 yanvar 1959, Qaravəlli, Zərdab rayonu) — 2007–2019-cu illərdə Zərdab rayon, 2005–2007-ci illərdə Mingəçevir şəhər icra hakimiyyətinin başçısı. == Həyatı == 1959-cu il yanvarın 30-da Zərdab rayonunun Qaravəlli kəndində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1986-cı ildə həmin institutun ümumi texniki fənlər müəllimi ixtisasını bitirmişdir. 1977-ci ilin yanvar ayından 1977-ci ilin may ayınadək Mingəçevir Şəhər Yol tikinti maşınları zavodunda ikinci dərəcəli fəhlə işləmişdir. 1977-ci ilin may ayından 1979-cu ilin iyun ayınadək Çita şəhərində Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1979-cu ilin iyun ayından 1981-ci ilin noyabr ayınadək Qafqaz enerjiquraşdırma trestində çilingər işləmişdir. 1981-ci ilin noyabr ayından 1987-ci ilin avqust ayınadək Azərenerji Tikinti Tresti Mənzil İstismar Sahəsində tərbiyəçi işləmişdir. 1987-ci ilin avqust ayından 1990-cı ilin sentyabr ayınadək Mingəçevir şəhər 7 saylı orta məktəbdə müəllim, 1990-cı ilin sentyabr ayından 1991-ci ilin sentyabr ayınadək Mingəçevir şəhər 12 saylı orta məktəbdə direktor müavini, 1991-ci ilin sentyabr ayından 1993-cü ilin yanvar ayınadək Mingəçevir şəhər 17 saylı orta məktəbdə direktor müavini, 1993-cü ilin yanvar ayından 1993-cü ilin dekabr ayınadək Mingəçevir şəhər 11 saylı orta məktəbdə direktor vəzifəsində işləmişdir. Ailəlidir. İki qızı və bir oğlu var.
Lütfəli Məlikaslanov
Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov (1913, Tuğ, Şuşa qəzası – 1996) — texnika elmləri doktoru, professor. == Həyatı == ● Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov 21 yanvar 1913-cü ildə Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyasının Tuğ kəndində qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsində anadan olmuşdur. ● 1938-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. "Molotovneft" trestinin neft hasilatı şöbəsində usta, şöbə müdiri işləmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. ● 1945-ci ildən - VNİİTB-nin neft-mədən şöbəsinin rəhbəri olmuşdur. ● 1948-ci ildən AzETNÇİ-da işləməyə başlamış. ● 1953-cü ildə isə "Neft hasilatının texnikası və texnologiyası" laboratoriyasının rəhbəri təyin edilmiş və eyni zamanda AzSİ-da pedaqoji fəaliyyət göstərmişdir. ● 1956-cı ildə "Kollektorların neftverimi mexanizmində aralıq zonanın rolunun tədqiqi" mövzusunda namizədlik. ● 1965-ci ildə isə "Layların neftveriminin artırılması məsələləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Lütfəli Nuriyev
Lütfəli Cahangir oğlu Nuriyev (15 may 1916, Yelizavetpol – 9 dekabr 1984) — "Bakı Metropliteni QSC"-in ilk rəisi (1966–1976) == Həyatı == Lütfəli Cahangir oğlu Nuriyev 1916-cı ildə Gəncə şəhərində Qarabağ bəylərindən olan Cahangir xan Nurubəyovun ailəsində anadan olub. Tbilisi Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunu hərəkətin təşkili ixtisası üzrə bitirib. Lütfəli Cahangir oğlu Nuriyev 1984-cü il dekabr ayının 9-u vəfat edib. == Fəaliyyəti == Əmək fəaliyyətinə Taqanroq stansiyası rəisinin müavini kimi başlayıb. Sonralar "Biləcəri" stansiyasının rəis müavini, Azərbaycan dəmiryolunun operativ dispetçer bölməsində böyük dispetçer, Azərbaycan Dəmir yolunda hərəkət xidmətinin rəisi, 1963–1966-cı illərdə Zaqafqaziya Dəmiryol İdarəsi rəisinin müavini vəzifələrində çalışıb. 1966-cı ildə Azərbaycan KP MK plenumunun qərarı ilə metropolitenin buraxılışına bir il qalmış Bakı metropoliteninin ilk rəisi vəzifəsinə təyin edilib. 1976-cı ilin may ayına kimi bu vəzifədə çalışıb. Bu müddətdə "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib.
Lütfəli Sultan
Lütfəli Sultan (tam adı:Lütfləli Sultan Kəngərli) — XIX əsrin əvvəllərində Kəngəril tayfasının rəisi == Haqqında == Kəlbəli xan Kəngərlinin oğlu, Ehsan xan, Şeyxəli (Şixəli) bəy və Nəzərəli bəy Kəngərlinin qardaşıdır. 1806-cı ildə Naxçıvan hakimi olan atasının əmri ilə Kəngərli süvarilərini ruslara və osmanlılara qarşı vuruşmaq üçün səfərbər etmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 290. ISBN 5-8066-1468-9.
Lütfəli Sultanov
Lütfəli bəy Mirzə bəy oğlu Sultanov (1895–1937) — Azərbaycan Milli Mərkəzinin üzvü. == Həyatı == Lütfəli Sultanov 1895-ci ildə anadan olub. Lütfəli bəy Mirzə bəy oğlu Sultanov çar və ADR ordusunda zabit olmuşdu. Həbs ediləndə Bakı şəhərinin müvəqqəti komendantı vəzifəsini icra edirdi.
Lütfəli bəy Azər
Azər Bəydili (7 fevral 1722, İsfahan, Səfəvilər – 1781, Qum, Zəndlər sülaləsi) — türkmanmənşəli Azərbaycan və İran antoloqu (təzkirəçi) və şairi. O, əsasən İran hökmdarı Kərim xan Zəndə (1751–1779) həsr etdiyi, 850-yə yaxın farsdilli şairdən ibarət "Atəşkədəyi Azər" (Azərin od məbədi) bioqrafik antologiyası ilə tanınır. Farsşünaslıq üzrə akademik Y.T.P. de Bryuin fars dilində yazılmış bu əsəri "XVIII əsrin ən mühüm farsdilli antologiyası" hesab edir. Azər erkən farsdilli poeziyanın üslub standartlarını diriltməyə çalışan "bazqəşti ədəbi" (ədəbi dönüş) hərəkatının aparıcı simalarından biri olmuşdur. == Həyatı == Azər 7 fevral 1722-ci ildə Səfəvilər dövlətinin paytaxtı İsfahan şəhərində, xaos və qeyri-sabitliyin olduğu bir dövrdə anadan olmuşdur. Onun doğulduğu ildə Səfəvilər dövləti parçalanmanın son mərhələsinə qədəm qoymuş və üsyankar əfqan Hotakilər İsfahana çatmışdır. Bu səbəbdən Azər və ailəsi İsfahandan Qum şəhərinə köçmək məcburiyyətində qalmışdır; onların burada mülkləri var idi və o, 14 il burada yaşamışdır. Azərin ailəsi türkman Şamlı tayfasının Bəydili boyundan idi. Onun əcdadları və Şamlı tayfasının digər nümayəndələri XV əsrdə, Əmir Teymurun hakimiyyətinin son illərində Suriyadan İrana köçərək İsfahanda məskunlaşmış, burada İran hökmdarlarına xidmət etmişlər. Azərin bir çox qohumu Səfəvilər dövlətinin son illərində və sonrakı Nadir şah hakimiyyəti dövründə (1736–1747-ci illərdə hakimiyyətdə olmuşdur) görkəmli diplomat və bürokrat olmuşdur.
Lütfəli bəy Behbudov
Behbudov Lütfəli bəy Rəhim bəy oğlu (1877, Şuşa – 1918) — mühəndis, Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının üzvü. == Həyatı == Lütfəli bəy Behbudov 1877-ci ildə Şuşa qəzasının Bayat kəndində anadan olmuşdu. Bəzi mənbələrdə onun adı Niftalı bəy kimi də qeyd edilir. Sankt-Peterburq şəhərində Dağ-Mədən Akademiyasını bitirmişdi. 1903-cü ildən Hacı Zeynalabdin Tağıyevin şirkətində mühəndis, sonra müdir işləmişdi. 1911-ci ildə Hacıyla arası dəymiş, məhkəməyə müraciət etmişdi. Hacı Zeynalabdin onun acığına bütün qarabağlıları işdən çıxarmışdı. Əbdürrəhim bəy Haqverdiyev tərcüməyi-halında yazır: 1911-ci sənədə "Tağıyev-Behbudov" keyfiyyətindən dolayı qulluqdan olan qarabağlıları və o cümlədən məni paraxodstvadan xaric etdilər (Bu xüsusda əlimdə indi də sənəd var). Lütfəli bəy 1911-ci ildə "Kürətan" adlı aksioner cəmiyyət yaradıb ona başçılıq etmişdi. Zaqafqaziya Seymində poçt-teleqraf naziri işləmişdi.
Lütfəli bəy Sultanov
Lütfəli bəy Mirzə bəy oğlu Sultanov (1895–1937) — Azərbaycan Milli Mərkəzinin üzvü. == Həyatı == Lütfəli Sultanov 1895-ci ildə anadan olub. Lütfəli bəy Mirzə bəy oğlu Sultanov çar və ADR ordusunda zabit olmuşdu. Həbs ediləndə Bakı şəhərinin müvəqqəti komendantı vəzifəsini icra edirdi.
Lütfəli bəy Sultanov (III)

Lütfəli xan Dağıstani
Lütfəli xan Dağıstani — yüksək rütbəli Səfəvi hərbi komandiri və ləzgi mənşəli məmur. 1718-1720-ci illərdə baş komandir (sepahsalar) və Fars bəylərbəyi olaraq 22 oktyabr 1717 - dekabr 1720 tarixlərində vəzifədə olmuşdur. Lütfəli xan Dağıstaninin 1717-ci ildə Farsa bəylərbəyi olaraq təyin edilməsi, ilk dəfə sonuncu vilayətin inzibati rəhbərliyinə ilk dəfə, bir əsrdən çox əvvəl Allahverdi xanın dövründə olduğu qədər yaxınlaşdı. Lütfəli xan Səfəvi baş vəziri Fətəli xan Dağıstaninin (1716-1720) qardaşı oğlu,həm də yeznəsi idi. Fətəli xanın çöküşü vaxtında Lütfəli xan tutuldu və həbsxanaya atıldı. == İstinadlar == == Ədəbiyyat == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 152–153. ISBN 978-1933823232.
Lütfəli xan Kosaəhmədli-Avşar
Lütfəli xan Babaəli bəy oğlu Kosaəhmədli-Avşar (?-?) — Avşarlar sülaləsi dönəmində sərkərdə. == Həyatı == Nadirqulu xan Qırxlı-Avşar əvvəlcə atasını, sonra isə əmisi Baburu o dünyaya yola saldı. Bundan sonra onun həyatının müəyyən dövrü Əbivərd hakimi Babaəli ilə bağlıdır. Məlumdur ki, Babaəli bəy İmamqulunun ölümündən sonra Nadirin dul qalmış anasına kəbin kəsdirib. Başqa sözlə deyilsə, Babaəli bəy Nadirin atalığına çevrildi. Bəzi tədqiqatçılar və tarixçilər Babaəli bəy Kosaəhmədli ilə Nadir arasında mürəkkəb münasibətlərin olduğunu qeyd edirlər. Əslində isə, belə deyildi. Nadirlə Babaəli bəy arasında səmimi münasibətlər formalaşmışdı. Sonradan Nadirin anasının Babaəli bəydən daha iki oğlu oldu. Onlardan birinin adı Fətəli idi.
Lütfəli xan Zənd
Lütfəli xan Zənd (1769-1794) — 1789–1794-cü illərdə hakimiyyətdə olmuş Zənd hakimi. == Həyatı == Hakimiyyət uğrunda Zəndlərlə uzun savaşlar aparan Ağaməhəmməd şah 1785-in yanvarından mühasirədə saxladığı Tehran qalası önündə müəyyən qədər qoşun saxlamaqla 1785-in martında Qum şəhərinə yürüş etdi və oranı tutdu. Elə o vaxt onun sərkərdəsi Məcnun xan da Tehranı aldı və şah bu kiçik şəhəri Əstərabaddan sonra ikinci paytaxta çevirdi (1785). İsfahanı tutaraq (2.1786) Zəndləri oradan qovan və 40 gün həmin şəhərdə qaldıqdan sonra Tehrana qayıdan Ağaməhəmməd şah 11 cəmadiyül-əvvəl 1200-də (12 mart 1786) Tehranda səltənət taxtına əyləşdi və elə o gün Tehranın şahlığın paytaxtı olmasına fərman verdi. (Mazandarandan sonra ikinci yol taxta əyləşən Ağaməhəmməd şah tacqoyma mərasimini bu dəfə düz 10 il gecikdirdi). 21 mart 1786-da Ağaməhəmməd şah Qacarın adına Aslan və Günəş (Şirü Xurşid) təsvirli qızıl sikkə kəsildi, onun adına xütbələr oxundu. Şah 1786-da özünü "İran şahı" adlandıran Cəfər xan Zənd üzərində parlaq qələbə qazandı. (Şiraza qaçan Cəfər xan orada sui-qəsdlə öldürüldü). Beləliklə, həmin il o, gündoğandan Bəstam və Şahrudu, günbatandan Gilan, Talış və Kirmanşahı, quzeydən İsfahan, Əstərabad və Mazandaranı bütünlüklə öz ağalığı altına keçirdi. Qardaşı Murtuzaqulu xan Qacarı Gilan və Əstərabad hakimi qoydu.

Digər lüğətlərdə