LABORATÓRİYA

[ lat. laboratorium – işləmək]
1. Elmi və ya texniki təcrübələr, tədqiqat üçün xüsusi təchiz olunmuş bina, otaq; belə təcrübə, tədqiqat aparılan müəssisə. Kimya laboratoriyası. Fizika laboratoriyası.
– Laboratoriyadan Firuzənin səsi eşidildi. C.Cabbarlı.
Surxay bəzən qızı kimya laboratoriyasında yalqız tapırdı. İ.Əfəndiyev.

2. məc. Yaradıcılıq işi ilə məşğul olan sənətkarın fəaliyyət sahəsi. Yazıçının yaradıcılıq laboratoriyası.

Etimologiya

  • LABORATORİYA Latın mənşəlidir, “işləmə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
LABORANTLIQ
LABÜD

Digər lüğətlərdə