1. Vaxt vermə; bir işin görülməsi, yaxud vəd olunan bir şeyin yerinə yetirilməsi üçün verilən vaxt, müddət; icazəli vaxt.
[Mahmud bəy:] Əşi, möhlət nədir, iş işdən keçib; Səlim bəy kişidir, möhkəm and içib.
// Ümumiyyətlə, bir işi görmək üçün tələb olunan vaxt, müddət.
Gərək [pasport] çıxardam, bu da bir-iki həftə möhlət istəyir.
[Vəzir:] Əmir sağ olsun, sən Zeyddən qırx gün möhlət istə, bəlkə bu qırx günün ərzində bir əlac tapaq!
□ Möhlət almaq – bir işi yerinə yetirmək üçün vaxt almaq.
[Sara bibi:] Mən də on beş gün möhlət alıb gəlmişəm.
Möhlət vermək – 1) bir işin müəyyən müddətdə yerinə yetirilməsi üçün vaxt vermək;
2) fürsət vermək, vaxt vermək, imkan vermək.
Göz yumub aləmdən, istərdim açam rüxsarinə; Canım aldın, göz yumub açınca möhlət vermədin.
[Əbdürrəhman bəy:] Arvad, sən atanın goru, ikicə dəqiqə mənə möhlət ver, gedəcəyəm.
[Hacı Saleh:] Sənin beş min manatını hazır etmişəm, ancaq altı yüzünə bir həftə möhlət ver.
2. rəs. Bir işi müəyyən vaxta qədər təxir etmə. Orduya çağırışdan möhlət haqqında əmr.