PADŞAHLIQ

is. köhn.
1. Padşah vəzifəsi; şahlıq.
Məlik Çoban çox ədalətlə padşahlıq etməyə, camaatla yaxşı rəftar etməyə başladı. (Nağıl).

2. Padşah tərəfindən idarə olunan dövlət quruluşu; şahlıq, imperatorluq. Padşahlığı yıxmaq.
– Xəlifədən gələn nümayəndələr də Qızıl Arslanın padşahlığı qəbul etməsini təklif edirdilər. M.S.Ordubadi.

3. Bir padşahın hakimiyyəti altında olan ərazi, ölkə, məmləkət. Padşahlığı idarə etmək.
4. Padşaha mənsub, padşah hökumətinə məxsus; dövləti.
[Vəli bəy:] Padşahlıq dumasının vəkili olmaq xatalı işdir. S.S.Axundov.
[Ağa Məhəmməd şah Qacar:] Rəiyyət məhəbbəti qazanmaq padşahlığın ilk vəzifəsidir. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PADŞAHLIQ PADŞAHLIQ [Mirzə Yəhya:] Yox, Qurban, yox, padşahlıq mənim əlimdən gəlməz (A.Şaiq); ÇARİZM ..General formasında çəkilmiş Hacının şəklində isə Bakı mil
PADŞAH
PADŞAHPƏRƏST

Digər lüğətlərdə