QABAQDA

zərf
1. İrəlidə, qabaq tərəfdə. Qabaqda oturmaq.
□ Qabaqda gedən1) irəlidə gedən;
2) məc. yol göstərən, başçılıq edən, rəhbərlik edən.
Qabaqda getmək1) hamıdan irəlidə getmək;
2) məc. rəhbərlik etmək, yol göstərmək.
2. Gələcəkdə, irəlidə. Qabaqda işlərimiz çoxdur. Qabaqda böyük məsələlər var.
3. Cəm şəklində yerlik halında: qabaqlarda – keçmişdə, keçmiş zamanlarda, əvvəllərdə. [Məşədi İbad:]
…arvad ərindən nə qədər kötək yesə bir o qədər ərin çox istəyər.
Mən bunu qabaqlarda çox təcrübə eyləmişəm. Ü.Hacıbəyov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QABAQDA irəlidə — əvvəldə
  • QABAQDA irəlidə — gələcəkdə
QABAQCILLIQ
QABAQDAKI

Digər lüğətlərdə