QABAQLAMAQ

f.
1. Bir hadisənin baş verməsinə mane olmaq üçün qabaqcadan tədbir görmək, baş verməyə qoymamaq, qabağını almaq. Hadisələri qabaqlamaq.
– Firidun sərtibi qabaqlamaq üçün addımlarını itiləşdirdi. M.İbrahimov.

2. Qabağını kəsmək, qabağında dayanıb getməyə qoymamaq.
Cahan istəyir getsin, Soltan bəy tez qabaqlayır. Ü.Hacıbəyov.
Qədir … özünü görməməzliyə vurub, yandan ötmək istədi.
Sona onu qabaqladı. Ə.Əbülhəsən.

3. Başqasının etmək istədiyi bir işi ondan qabaq görmək, yaxud söyləmək istədiyi bir şeyi ondan qabaq söyləmək. Mən deyəcəkdim, lakin o məni qabaqladı.
– Qazı istəyirdi ki, ağzını açıb bir söz desin, amma Qasıməli qabaqladı. C.Məmmədquluzadə.
Gözəl ayağa durub Həbibin yanına gəlmək, onun sağ əlinə diqqətlə baxmaq fikrinə düşəndə, Həbib onu qabaqladı. Ə.Vəliyev.

4. Ötmək, keçmək. Budur, aşağıdan üçüncü dolayıdan başıyuxarı iki atlı çapışır.
Görək bunların hansı qabaqlayacaq. C.Məmmədquluzadə.

5. Qabağına salmaq. Nəzarətçilərdən biri oğrunu qabaqlayıb gətirdi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QABAQLAMAQ ötmək — keçmək
QABAQLAMA
QABAQLANMA

Digər lüğətlərdə

бре́нный гулливе́р дабо́вый неу́зкий пури́стски саддуке́янка фирма́ч цве́тик эрзя́нский алба́нка минорите́т ортогене́з подъ... приве́шивание ры́бка кирень Enos Freda Gerald get by hulling kick-sorter sighting-shot tan-liquor unsincere