SİMSAR

(Cəlilabad, Gəncə, Goranboy, Göyçay, Kəlbəcər, Kürdəmir, Qazax, Qəbələ, Mingəçevir, Salyan, Şəki, Zaqatala)
qohum. – Elə bir simsarım yoxdu ku, bərkə düşəndə əlimnən tussun (Qazax); – Bir simsarım yoxdu ma: köməy eləsin (Goranboy); – Əhmədlə Məmməd simsardılar (Qəbələ); – Ho bizə simsar adam döyü (Zaqatala); – O bizim simsardı (Gəncə); – Abdıl bizə simsar adamdı (Göyçay); – Bı məhlənin adamları hamı bir-birilə simsardı (Kürdəmir); – Simsar ha döy olar muna (Gədəbəy); – Qədir bizə simsardı (Şəki)
SİMLƏMƏK
SİNAV

Digər lüğətlərdə