TÖHFƏ

is. [ ər. ] Hədiyyə, bəxşiş, ərməğan, pay.
[Məhəmməd:] Bizim eşqimizdən bir xatirətək; Bu kiçik töhfəni alasan gərək. B.Vahabzadə.

// Məc. mənada. [Kərəm:] Fələk mənim ilə inad eylədi; Qəm ilə hicrandır töhfən, söylədi. “Əsli və Kərəm”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TÖHFƏ töhfə bax hədiyyə
  • TÖHFƏ hədiyyə — bəxşiş — pay — peşkəş — sovqat
TOZYIĞAN
TÖHMƏT

Digər lüğətlərdə