TƏBƏQƏ₁

is. [ ər. ]
1. Bir şeyin başqa bir şeyin üstünü örtən kütləsi və ya hissəsi; qat, lay. Buz təbəqəsi. Hava təbəqəsi.
– Qarın nazik təbəqəsi qırova bənzəyirdi. M.Hüseyn.
Havaya qatı bozumtul toz təbəqəsi qalxırdı. Ə.Əbülhəsən.

2. Adamların, əhalinin, cəmiyyətin öz ictimai, mədəni və s. əlamətlərinə görə yekcins olan hissəsi. Əməkçilərin qabaqcıl təbəqəsi. Yoxsul təbəqə.
[Məmməd:] …Qızım Nərgizxanımı varlı yerə ərə vermə, çünki o təbəqə çox nanəcib olur. Aşıq Qərib”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏBƏQƏ təbəqə bax 1. silk; 2. qat 1
  • TƏBƏQƏ silk — zümrə
  • TƏBƏQƏ qat — lay
TƏBƏQƏ₂
TƏBƏQƏLƏŞMƏ

Digər lüğətlərdə