TABE

is. [ ər. ] Başqasının tabeliyində, hökm və iradəsi altında olan, ondan asılı olan, onsuz heç bir şey edə bilməyən, tabe olan.
// sif. Tabe olan, asılı olan, tabeliyə əsaslanan. Tabe dövlətlər.
// İs. mənasında. Xidmət üzrə özündən böyüyə tabe olan vəzifəli şəxs. Müdirin öz tabeləri ilə rəftarı gözəldir.
□ Tabe etmək – asılı etmək, itaəti altına almaq, öz iradəsinə uyğun olaraq hərəkət etməyə məcbur etmək, ram etmək.
[Səməd bəy] hamını öz fikrinə, öz arzusuna tabe etmək istərdi. Çəmənzəminli.
[Elçin:] …Başsız axan suları özümüzə tabe etsək də, hələlik göylərə gücümüz çatmır. Z.Xəlil.

Tabe olmaq – birinin və ya bir şeyin hökmü altına düşmək, onun iradəsi ilə hərəkət etməyə məcbur olmaq, razı olmaq, itaət etmək, boyun əymək.
[Gəray:] Beləliklə, o tabe olsa bizə; Şübhəsiz, baş əyər hər əmrimizə… A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TABE TABE [Rəbi:] İnsan gücə tabedir (C.Cabbarlı); ASILI Kamil öz-özünə: O, ancaq özünü öyür; yüksək vəzifəli, asılı olduğu, bir də “yerli” dediyi adamları
  • TABE asılı
  • TABE dinc — sakit

Antonimlər (əks mənalı sözlər)

  • TABE TABE – MÜSTƏQİL Saysız ulduzlar; nəhayətsiz fəza; insan iradəsinə tabe deyil (R.Rza); Uç, Səhər, müstəqil həyatın gözəl! Qırılmaq bilməyən qanadın göz

Etimologiya

  • TABE Ərəbcədir, təbəə sözü ilə kökdaşdır. Tab sözü də var, farscadır, “dözüm” mə­nasını əks etdirir. Mahtab tipli sözlərdə isə tab (farsca: tabidən) “isti”
TABAŞİRLİ
TABEİYYƏT

Digər lüğətlərdə