TABLÓ

[ fr. tableau]
1. rəss. Şəkil, rəsm, iri şəkil.
Güldanın üzərində Bağdad həyatının cürbəcür tabloları var idi. M.S.Ordubadi.
Səttar Bəhlulzadənin ilk yaradıcılıq sərgisində 180-dən yuxarı tablo və etüd toplanmışdır. (Qəzetlərdən).

2. xüs. Nəzarət altında olan obyektlərin vəziyyətini göstərmək üçün üzərində işıq və ya elektromaqnit göstəricilər olan siqnal (işarə) lövhəsi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TABLO tablo bat şəkil 1
TABLI
TÁBOR

Digər lüğətlərdə