TRİBÚNA

[ fr. tribune, əsli lat. tribunal]
1. Stadionlarda, meydançalarda camaat, tamaşaçılar və ya parad qəbul edənlər, nümayişi təbrik edənlər və b. üçün düzəldilmiş hündür sıralı yerlər. Mərkəzi tribuna.
– Firidun və Kürd Əhməd özlərini ikinci mərtəbədə bir evin balkonunda düzəlmiş tribunaya çatdırmağa cəhd edirlər. M.İbrahimov.

2. Xitabət kürsüsü.
Əynində hərbi köynəyi olan ortayaşlı bir adam tribunaya qalxdı. Ə.Sadıq.

// məc. Siyasətçilərin, publisistlərin və b.-nın ictimai fəaliyyətlərinin həyata keçirildiyi yer, mühit. Ədəbi tribuna.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TRİBUNA tribuna bax kürsü 1
  • TRİBUNA kürsü
TRİBÚN
TRİBUNÁL

Digər lüğətlərdə