UCALIQ

is.
1. Yüksəklik, hündürlük. Dağın ucalığı. Boyun ucalığı. Tavanın ucalığı.
– Siz öləsiz, elədi, bax, odu, Hacı Namazalı özüdü, papağının ucalığı burdan da görsənir. C.Məmmədquluzadə.

// Ətraf sahəyə nisbətən daha hündür olan sahə, yer; təpə.
Ölçüsüz ucalıqda; Qorxunc bir külək qopar; Kəsərdi yollarını qanadlarımın. R.Rza.

2. məc. Yüksək ictimai mövqe, vəziyyət.
Əzalar isə süst olub indi qocalıqdan; Bir dadrəsim yox, görməzmisən əhvalımı, düşdüm ucalıqdan. M.Ə.Sabir.
[Səkinə:] Yox, Rüstəm, sən heç şeyə aldanma, nə elə ucalığını istəyirəm ki, əl çatmasın, nə də elə yıxılmağını ki, ayaqlar altına düşəsən. M.İbrahimov.

3. məc. Mənəvi yüksəklik, təmizlik, nəciblik, alicənablıq; şərəf.
İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm.
[Tahir] yenə də bu xüsusda düşünür, Lətifənin mənəvi ucalığı ilə fəxr eləyirdi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UCALIQ hörmət — nüfuz
  • UCALIQ kurluq — bərklik
  • UCALIQ hündürlük — yüksəklik — qəlbilik

Antonimlər (əks mənalı sözlər)

  • UCALIQ UCALIQ – BALACALIQ Dostunun boyca ucalığına həsəd apardı (“Azərbaycan”); Səməd öz boyunun balacalığından birinci dəfə heyifsiləndi (M
UCALDILMAQ
UCALMA

Digər lüğətlərdə