2017 Voleybol üzrə qadınlararası Avropa Çempionatı
2017 Voleybol üzrə qadınlararası Avropa Çempionatı voleybol üzrə sayca 30-cu Avropa Çempionatı idi, onun təşkilatçısı Avropada voleybola nəzarət edən Avropa Voleybol Konfederasiyası idi. Turnir 2017-ci il sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycan və Gürcüstanda keçirilmişdir.
Finalda Serbiya Hollandiya millisinə qalib gələrək, ikinci dəfə bu titula yiyələnmişdir. 3-cü yer uğrunda qarşılaşmada Azərbaycan Türkiyəyə məğlub olmuşdur. Serbiya millisinin üzvü Tiyana Boşkoviç turnrin ən dəyərli oyunçusu seçilmişdir.
== İştirakçılar ==
Turnirdə 16 yığma komandalar iştirak edirdilər: 2 ev sahibi (Azərbaycan və Gürcüstan), əvvəlki Avropa çempionatının yekunlarına əsasən vəsiqə qazanmış 5 komanda (Rusiya, Hollandiya, Serbiya, Türkiyə və Almaniya), seçmə mərhələsinin ikinci raundunun 6 qalibi (İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus), həmçinin üçüncü raundun üç qalibi (Çexiya, Ukrayna və Macarıstan).
== Təsnifat mərhələsi ==
== Turnirin formatı ==
Turniri iki müxtəlif mərhələlərdə keçirilirdi. Birinci mərhələdə 16 iştirakçı komandalar hər birində dörd komanda olan dörd qrupa bölündü. Komandaların qrup mövqelərini təyin etmək üçün hər qrupda dairəvi sistem tətbiq olunmuşdur (aşağda verilən meyarlara əsasən). Hər qrupun üç ən yaxşı komandaları (cəmi 12 komanda eliyir) ikinci mərhələyə keçirlər: qrup qalibləri dörddə bir finalla, ikinci və üçüncü yeri tutanlar isə pley-off mərhələsi ilə iştiraklarını davam etdirilər.