YABA

is. Ot, saman və başqa bu kimi şeyləri toplayıb atmaq, qaldırmaq, habelə başqa işlər üçün uzun saplı, iki və yaxud daha da artıq dişi olan kənd təsərrüfat aləti. Dəmir yaba. – Bostana girən porsuq yabanı qəbul eylər. ( Ata. sözü ).
[Bəxtiyar] …özünə bir yaba da ala biləcəkdi. S.Hüseyn.
Qızların, oğlanların, qoca və qadınların … əlindəki dəyənəklər, taxta qırıqları, yabalar, bellər işə düşdü. M.Hüseyn.

// Rəqəmlərlə – yabanın götürə biləcəyi miqdarı bildirir. İki yaba ot.
– Yeganə giriş yoluna [Əlləzoğlu] qəsdən su buraxıb, bir yaba tikan qoyubmuş ki, cuvar adlaya bilməsin. İ.Hüseynov.

◊ Yaba ilə dovğa içmək – faydası, səmərəsi olmayan işlə məşğul olmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YABA YABA (ot, küləş və başqa bu kimi şeyləri toplamaq, qaldırmaq və s. üçün işlənən alət) Əllərində tüfənglər, əllərində yabalar; Ana vətən uğrunda bizim

Etimologiya

  • YABA Qədimdə ağacın kiçik budaqlarına (dingələrə), iki dişi olan haça şeylərin hamısınayaba deyiblər. Oxun ucluğu haça olanda ona da yaba adı verilib
YA
YABACIQ

Digər lüğətlərdə