YABAN

is. [ fars. ] Çöl, biyaban, insan yaşamayan yer.
…Yabana hürən köpəklərin xırxırı, hürüşü kəsmə-kəsmə eşidilirdi. S.M.Qənizadə.

◊ Ağzını yabana qoymaq – boş-boş, hərzəhərzə danışmaq, ağzına gələni danışmaq.
Sözüm yabana – söhbət əsnasında “sözüm sənə dəyməsin”, “sözüm sənə aid deyil” mənasında deyilən ifadə.
Sözüm yabana, arvadım qəzetləri gətirdi: aldım, baxdım. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YABAN çöl — biyaban
YABALIQ
YABANÇI

Digər lüğətlərdə