AÇMAQ1

Sinonimi yazmaq feili olub. M.Kaşğaridə “Ər dügün yazdı” cümləsi “kişi dü­yünü açdı” mənasında işlədilib. Yazılmaq sözü ruscaya быть развязанным kimi tərcümə edilib. Məncə, açmaq feili həmin yazmaq kəlməsinin dəyişmiş formasıdır. Elə yaz (bahar) sözü də təbiətin oyanması, çiçəklərin açılması ilə bağlıdır. Yaz (bahar), yaşıl sözləri ilə qohumdur, ikinci sözdəki (yaşıl) -ıl şəkilçisi məhz feilə ar­tırılıb, sonra söz substantivləşib. “Nəmli” mənasında yaşıq kəlməsi də mənbə­lərdə öz əksini tapıb. Yazyaşıl eyni kökə malik sözlərdir.  

Güllə açıldı, atəş açıldı kimi cümlələrdə sözünün əsli atmaq feili ilə bağ­lıdır. İndi həm , həm də at paralel işlədilir: güllə at, atəş aç və s. Beşatılanbeşaçılan sözləri paralel işlədilir. Tarixi baxımdan atmaq feili açmaq felindən qə­dimdir və ikinci söz birincinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

AÇIQCA
AD GÜNÜ

Значение слова в других словарях