ACGÖZ

Sözün əsli aşgözdür. Elə ac sözü də kəlməsinin dəyişmiş formasıdır. Acgöz (aşgöz) yeməkdən doymayana, həmişə yem (aş) arxasına boylanana deyirlər. Az aşın duzu deyil, Nə tökərsən aşına..., Ayranaşı, qatıqaşı, aşpaz, aşxana kimi onlarla söz sübut edir ki, təkcə “plov” yox, ümumiyyətlə, “yem”, “xörək” demək olub. Qazan yerinə, aşac, yemək yerinə, aşlamaq işlədilməsi türk xalqlarında çox yayılıb.  

AC-YALAVAC
ACI
OBASTAN VİKİ
Acgöz alqoritm
Acgöz alqoritm (ing.greedy algorithm, ru.жадный алгоритм) — hər bir mərhələdə lokal optimal qərarlar (həllər) qəbul edən və son həllin də optimal olacağı gümanına əsaslanan alqoritm. == Məsələ == Hər hansı dövlərin pul sistemi dəyəri a1 = 1 < a2 < … < an olan qəpiklərdən ibarətdir. S məbləğini mümkün qədər az sayda qəpiklə vermək tələb olunur. Bu məsələnin həllinin acgöz alqoritmi belə olacaq. Dəyəri an olan qəpiklərdən maksimal mümkün olan sayda götürülür: xn = S/an. Eyni qayda ilə kiçik nominallı neçə qəpik lazım olduğu müəyyən olunur və proses belə davam etdirilir. Bu məsələ üçün acgöz alqoritm həmişə optimal həlli vermir. Məsələn, 1, 5 və 7 qəpik vasitəsilə 24 məbləğini acgöz alqoritm belə xırdalayar: 7 qəp. – 3 ədəd, 1 qəp. – 3 ədəd.

Значение слова в других словарях