Ada feilimiz olub və 2 mənada işlədilib:
1. Ad vermək.
2. Ad eləmək. Adaxlı 2-ci məna ilə bağlıdır, “oğlanla qızı bir-birinə ad eləmək” (nişanlamaq) deməkdir. Ada felindən adaq ismi, ondan isə adaxlı sifəti əmələ gəlib. İzahlı lüğətdə adax sözünün “nişan” mənası öz əksini tapıb. Türkmən dilində “ad qoymaq” mənasında ad taxmaq ifadəsi də işlədilir. Adaxlı bununla bağlıdır (ad taxmaq, ad eləmək).