ALINMAQ1

Tarixən balanı öz anasını əmməyə öyrətməyə “aldırmaq” (alışdırmaq) demişik. İndi də iş alınmadı (baş tutmadı) deyirik. Tərbiyədə alışdırma metodu mövcuddur. Almaq sözünün qədim mənalarından biri “öyrətmək, adət etdirmək, baş tutmaq” deməkdir. Söz elə indiki al (götür, qəbul et) kəlməsi ilə eynidir. Söhbətimiz alınmadı o deməkdir ki, “bir-birimizin fikrini qəbul edə bilmədik”. 

Adam namünasib bir sözü, fikri öz ünvanına qəbul etdikdə pərt olur. Buna alınmaq deyilir. Sözün kökü “qırmızı” mənasını verən al kəlməsindən iba­rət­dir. Bərk-i-mək modeli üzrə al-ı feli düzəlib, sonra həmin söz qayıdış şəklində (al-ı-ın-maq) işlədilib. Allanmaq(al, qırmızı boyanmaq) sözü də alınmaq kəlməsi ilə kökdaşdır. “Filankəsin sifəti allandı” (qızardı) cümləsində də allanmaq “qırmızı” mənası ilə bağlıdır. Rus dilində işlədilən алый sifəti də buradan törəyib. 

ALIN YAZISI
ALIŞQAN

Значение слова в других словарях

воскури́ться гальвано́метр искуше́ние куросле́п опроща́ть отлома́ть пельме́шек померза́ть утонча́ться антитоталитари́стский вара́кушка для поря́дка катара́кт попу́тчик смычо́к тон сикл холобудка American Standard Version canister fowl-run prurient Vertumnus выщелочить конденсат