ARABESK

  Təkallahlılığı qəbul etmiş qədim yəhudilər bütpərəstliyin istənilən təzahürünə qarşı idilər. Ona görə də bütlərə sitayişin qadağan olunması yəhudi dininin ən əsas qanununa çevrildi. Amma iş bununla bitmədi. Sonradan sitayiş obyektinə çevrilmək ehtimalı olmasın deyə insan və heyvan şəkilləri çəkmək qadağan olundu.

  İslamda bu qadağa qeyd-şərtsiz idi: şəkil çəkmək, ümumiyyətlə, islama zidd idi. Bu dinə ilk etiqad edən ərəblərin canlı varlıqları təsvir etmək imkanları olmadığı üçün onlar abstrakt ornamentlər yaratmağa başladılar. Ərəb əlifbasının özündə hərflər sanki bir-birinə hörülür. Ərəblər bundan ornament yaratmağın bir üsulu kimi istifadə edir, lazım olanda hərfləri incə və nəfis naxışlarla bəzəyirdilər.

    Əlbəttə, ornamentin həndəsi modellərindən ərəblərə qədər də istifadə olunmuşdu. Qədim Yunanıstanın incəsənətində buna çox nümunələr var. İntibah dövründə rəssamlar yenidən qədim yunan sənətinə müraciət etdilər. Onlar eyni zamanda ərəb naxışlarından da istifadə etməyə başladırlar. Məhz bu səbəbdən İntibah dövrünün rəssamlarının həmin əsərləri arabesk adı ilə tarixə düşüb.

    Tədricən özündə hər hansı bir mücərrədlik və ya ornament ehtiva edən digər sənət nümunələrini də belə adlandırmağa başladılar; məsələn, XIX əsrin ortalarında abstrakt melodiya əsasında yaradılan musiqi əsərləri, baletdə xüsusi ifadəli dramatik rəqslər də arabesk adlandırıldı. (Ayzek Azimov. Sözlərin tarixi)

ARABA
ARAQ
OBASTAN VİKİ
Arabesk
== Balet == Arabesk (balet) — klassik rəqsin əsas duruşlardan biri. == Memarlıq == Arabesk (incəsənət) — dekorativ-tətbiqi sənətin bütün sahələrində istifadə edilən yarpağa bənzər bir və ya iki qanadlı naxış elementi. == Musiqi == === Janr və kompozisiya === İki arabesk — Klod Debüssinin cüt piano əsəri. Arabesk (Şuman) — Robert Şumanın piano əsəri. Arabesk musiqi — Türkiyədə oriyantal tipli xalq musiqisi janrı. === Xadimlər === Arabesque (qrup) — 1970-ci illərin avro disko musiqi qrupu. Arabesque (repper) — Kanada hip-hop musiqiçisi. == Televiziya və kino == Arabesk (film, 1966) — ABŞ filmi. Arabesk (film, 1988) — Türkiyə filmi. Arabesque TV — ərəbdilli telekanal.
Arabesk (balet)
Arabesk ya Arabesk duruşu (it. arabesco — ərəb) — klassik rəqsin əsas duruşlardan biri. Bu zaman əllər allongeé vəzittətində, işlək ayaqlar dizlərdən və topuqdan tarım açılmiş şəkildə, biri döşəməyə barmaqlar üzərində dirənmiş, digəri isə arxaya açılmış, ifadəli nəzərlər uzaqlarad dikilmiş olur.
Arabesk (incəsənət)
İslimi — Yaxın Şərq, o cümlədən Azərbaycan dekorativ-tətbiqi sənətinin bütün sahələrində istifadə edilən yarpağa bənzər bir və ya iki qanadlı naxış elementidir. İslimi ornament sənətində doldurucu və həm də bağlayıcı elementlərdən hesab edilir. İslimi elementləri formasına görə mürəkkəb olub, xalçaların arasahəsində və haşiyə qurşaqlarında geniş tətbiq olunur. Ən çox Cənubi Azərbaycan xalçalarında yayılmışdır. İsliminin ən yayılmış formaları bunlardır: Sadə islimilər; Qanadlı islimilər; Haçalı islimilər; Hörmə islimilər; Butalı islimilər; İslimibəndlik.
Arabesk musiqi
Arabesk — Türkiyədə oriyantal tipli xalq musiqisi janrı. 1960-cı illərdə Orxan Akdəniz, Əhməd Sezgin, Abdulla Yücə kimi bəzi müğənnilər ərəblərdən alaraq türk mahnıları üçün istifadə etmişlər. Arabeskin məşhur ifaçılarından İbrahim Tatlısəs, Orxan Gəncəbay, Əmrah, Mahsun Qırmızıgül, Azer Bülbül , Fərdi Tayfur, Müslüm Gürsəs və başqalarını misal göstərmək olar.
Arabesk musiqisi

Arabeska
İslimi — Yaxın Şərq, o cümlədən Azərbaycan dekorativ-tətbiqi sənətinin bütün sahələrində istifadə edilən yarpağa bənzər bir və ya iki qanadlı naxış elementidir. İslimi ornament sənətində doldurucu və həm də bağlayıcı elementlərdən hesab edilir. İslimi elementləri formasına görə mürəkkəb olub, xalçaların arasahəsində və haşiyə qurşaqlarında geniş tətbiq olunur. Ən çox Cənubi Azərbaycan xalçalarında yayılmışdır. İsliminin ən yayılmış formaları bunlardır: Sadə islimilər; Qanadlı islimilər; Haçalı islimilər; Hörmə islimilər; Butalı islimilər; İslimibəndlik.

Значение слова в других словарях