Asya Manafova
Asya Sərdar qızı Manafova (3 yanvar 1941, Qusar) — Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi
== Həyatı ==
Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri (1995 ildən). Azərb. Dövlət Neft və Kimya İn-tunu (1964), Moskvadakı İctimai Elmlər Akademiyasını (1979) bitirmişdir. Əmək fəaliyyətinə 1959 ildən başlamış, 1965 ildən Azərb. EA Elmi-Tədqiqat "Olefinlər" İn-tunda, təcrübə zavodunda, 1969 ildən Qusar şəhər sanitar-epidemioloji stansiyasında kimyaçı-mühəndis, laboratoriya müdiri, 1974 ildən Azərb. KP Qusar RK-nın katibi, 1979 ildən Azərb. KP MK-da məsul işçi, 1981 ildən Masallı Rayon İcraiyyə Komitəsinin sədri, 1990 ildən Azərb. KP Qusar RK-nın birinci katibi, Rayon Sovetinin sədri, İcra Hakimiyyətinin başçısı, 1992 ildə Azərb. Resp. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Şöbə rəisi işləmişdir.