AVTOMOBİL
AVTORİTET
OBASTAN VİKİ
Avtoreferat
Avtoreferat – [lat. refero – bildirmək] 1)elmi əsərlərin, məsələn, dissertasiyaların müəllif tərəfindən yazılmış xülasəsi; 2)elmi-tədqiqat əsərlərinin (məsələn, namizədlik, doktorluq dissertasiyasının) qısa məzmununun müəllif tərəfindən əlyazma hüququnda ifadə edilməsindən ibarət elmi iş (risalə). Avtoreferat Ali Attestasiya Komissiyasının (AAK-ın) müəyyən etdiyi elmi-texniki tələblərə uyğun yerinə yetirilməlidir. Belə ki, onun həcmi (necə çap vərəqindən olması), forması və məzmunu AAK-ın təsdiq edilmiş əsasnaməsi ilə müəyyən edilir; 3)bir elmi əsərin müəllifinin özü tərəfindən yazılmış xülasəsi. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Avtoritar
Avtoritarizm, avtoritarlıq — latın dilində təşəbbüsçü, müəllif, bani, yaradıcı və s. mənaları verən avtoritarlıq qeyri-demokratik rejimləri və onlara uyğun olan siyasi şüur formalarını ifadə etmək üçün işlədilir. Avtoritarizm nəzəriyyəsi XIX əsrin başlanğıcında J.de Mentr və L.de Bonald kimi ulturamühafizəkar nəzəriyyəçilər tərəfindən işlənib hazırlanmışdır (Fransa inqilabına və sosialist hərakatına cavab olaraq). Avtoritar rejimdə tək bir şəxsin (tiranın, fürerin, despotun) heç bir hüquqla məhdudlaşmayan hakimiyyəti hökm sürür. Avtoritarizm şəraitində qanun-qayda yox səviyyəsində olur, vətəndaşların, ictimai təşkilatların, bütövlükdə xalqın hüquq və azadlıqları məhdudlaşdırılır. == Həmçinin bax == İnternet senzurası == Xarici keçidlər == Not The End Of History? Democracy vs Authoritarianism Debated Growth of Authoritarianism in America Are we entering the age of the autocrat?
Avtoritarizm

Avtoritarlıq

Avtoritet
Avtoritet — cəmiyyət həyatının gedişi prosesində ayrı-ayrı şəxslər, qruplar, yaxud təşkilatların nüfuzunun qazanılması və itirilməsidir.
Avtorizasiya
Avtorizasiya — Bank işində elektron sənədi, kartoçkanı, yaxud özünü təqdim edən şəxsin səlahiyyətlərinin və ya müəllifliyinin təsdiq edilməsi. Adətən elektron sənədlərin avtorizasiyası, maqnitli və ya prosessorla kartoçkaların və bank sisteminin xüsusi istifadəçilərinin bilavasitə onların fiziki parametrlərinə görə avtorizasiyası fərqləndirilir. Avtorizasiya - kompüter şəbəkələrində icazələrin idarə edilməsi subyektlərin (istifadəçi və proseslərin) obyektlər (informasiya və digər kompüter resursları) üzərində yetinə yetirə biləcəyi əməliyyatları müəyyən etməyə və onlara nəzarət etməyə imkan verir. İcazələrin məntiqi idarə edilməsi (icazələrin fiziki idarə edilməsindən fərqli olaraq) proqram vasitələri ilə realizə olunur. Məsələnin formal qoyuluşu belədir. Subyektlər məcmusu və obyektlər toplusu var. İcazələrin məntiqi idarə olunması hər bir (subyekt, obyekt) cütü üçün yolverilən (mümkün) əməliyyatlar çoxluğunu müəyyən etməkdən və qoyulmuş qaydaların yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir. (Subyekt, obyekt) münasibətini cədvəl şəklində təsvir etmək olar. Cədvəlin sətirlərində subyektlər, sütunlarında obyektlər sadalanır. Sətir və sütunların kəsişdiyi xanalarda verilən icazə növləri və əlavə şərtlər (məsələn, vaxt və hərəkətin məkanı) yazılır.
Avtorizə tərcümə
Avtorizə tərcümə — müəllif tərəfindən bəyənilmiş və ya onun razılı ilə edilmiş tərcümə. Müxtəlif ölkələrin qanunvericiliyində bu sahə haqqında fərqli-fərqli hissələr var.
Avtorotasiya
Avtorotasiya (avto… lat. rotatio – fırlanma ) – 1) helikopter və ya avtojirin iş rejimi; onların daşıyıcı vintinin sürətli hava axınının təsiri altında fırlanması. Uçan aparatların güc qurğusu imtina etdikdə (və ya mühərrikin işi dayandırıldıqda) aparat enməyə başlayan zaman daşıyıcı vint avtorotasiya rejiminə keçir. Bu vaxt uçan aparatlarının potensial enerjisinin azalması nəticəsində vintin fırlanması (qaldırıcı qüvvənin yaranması) üçün lazım gələn enerji alınır. Avtorotasiya rejimində daşıyıcı vintin qaldırıcı qüvvəsi, demək olar ki, uçan aparatlarının ağırlıq qüvvəsinə bərabər olur; vintin valındakı fırlanma momenti isə sıfra yaxınlaşır. Bu vəziyyət mühərriki işləməyən avtojir və ya helikopterə az mailliklə, ehmalca və təhlükəsiz enməyə imkan yaradır. 2) Uçuş zamanı qaz — turbin mühərrikinin rotorunun sürətli hava basqısının təsiri altında (yanma kamerasındakı yanacaq yanmadan) fırlanması. 3) Təyyarənin hava vintinin güc qurğusu uçuş zamanı imtina etdikdə (və ya işi dayandırıldıqda) vintin sürətli hava axınının təsiri altında fırlanması. Avtorotasiya uçuş zamanı böyük aerodinamik müqavimət yaratdığından, təyyarə uçuşda olarkən bu rejim əlverişsizdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
İlk qitələrarası avtoralli
Avtomobil icad edildiyi andan etibarən yarış həvəskarlarının diqqətini cəlb edib. Xırda miqyaslı yarışlar hələ 19-cu əsrin sonlarından başlayıb. 1907-ci ildə isə artıq birinci qitələrarası ralliyə start verildi. Fransanın "Le Matin" qəzetinin təşkil etdiyi ralli 10 iyun 1907-ci ildə Pekindən start götürür. İştirakçılar 16000 kilometr yol qət edərək Parisə yetişməli idilər. Yarışmanın qalibi Prins Ssipion Borqes "İtala" markalı avtomobildə səfəri 44 günə tamamlayır və 10 avqustda Parisə çatır. Corc Kormie isə "De Dion Bouton" markalı avtomobillə 64 günə gəlib çatır. Eyni markalı avtomobillə gələn Viktor Kolmie təyinat yerinə rəqibindən bir neçə saat fərqlə yetişərək üçüncü olur. İndi də qalib avtomobilləri nəzərdə keçirək. İtala şirkəti 1903-cü ildə Torino şəhərində qurulub.
Əbdurrəhman Avtorxanov
Əbdurrəhman Qenazoviç Avtorxanov (25 oktyabr 1908, 1908 və ya 1910, Çeçenistan – 24 aprel 1997 və ya 1997, Münxen) — Sovetoloq, yazıçı, publisist və ictimai xadim, siyasi elmlər doktoru, SSRİ Yazıçılar İttifaqının üzvü (Böyük Vətən müharibəsindən əvvəl), dissident. Avtorxanov İkinci Dünya müharibəsi illərində Almaniya tərəfinə əsir düşmüş, Nasistlərin himayə etdiyi Şimali Qafqaz Milli Komitəsinə qoşulmuşdur, kollaborationist "Qəzavat" qəzetinin baş redaktoru idi. Çeçen-İnquş MSSRnın fəxri vətəndaşı. Gəncliyində partiya elitasına daxil olmuşdu. 1937-ci ildə həbs olundu, lakin iki dəfə məhkəmə tərəfindən bəraət aldı. Müharibədən sonra o, Amerika Hərbi Akademiyasının professoru və onun Elmi Şurasının sədri idi. SSRİ tarixi və onun idarəetmə sisteminə dair bir sıra kitabların müəllifidir. == Həyatı == Əbdurrəhman Avtorxanovun ilk illəri doğulduğu Nijni Naur (indiki Nadterek rayonu) kəndində keçib. Xatirələrinə görə 1909-cu ilin ortaları ilə 1910-cu ilin ortaları arasında anadan olmuşdur. 85.
Avtoritar kapitalizm
Avtoritar kapitalizm, yaxud qeyri-liberal kapitalizm — kapitalist bazar iqtisadiyyatının avtoritar hökumətlə birgə mövcud olduğu iqtisadi sistem. Dövlətin ticari fəaliyyəti öz öhdəliyinə götürdüyü dövlət kapitalizmi ilə üst-üstə düşən avtoritar kapitalizmə özəl mülkiyyət və bazar ilə yanaşı fikir ayrılıqlarının və söz azadlığının məhdudlaşdırılması, habelə seçkilərin olmaması, yaxud hegemon partiya sistemi ilə keçirilən seçkilər aiddir.
Kriminal avtoritet
Kriminal avtoritet, həmçinin cinayət bossu, don və ya xaç atası — cinayət təşkilatına rəhbərlik edən şəxs. == Təsviri == Tipik olaraq, kriminal avtoritet təşkilatın digər üzvləri üzərində tam nəzarətə malikdir. Hiyləgərlik, strateji düşüncə və şəxsi cəsarət, mətanət və amansızlıq səbəbindən ondan qorxulur və ona hörmət edilir. Bu, kriminal avtoritetlərə müvəffəqiyyətlə təşkilata rəhbərlik etməyə və cinayət fəaliyyətində uğurlu olmağa imkan verir. == Keçmiş SSRİ == SSRİ və postsovet məkanında dünya kriminal təcrübəsində analoqu olmayan özünəməxsus kriminal aləm iyerarxiyasını formalaşdırılmışdır. Onun əsasını "qanuni oğru" ("oğrular" və ya "qanunçular") düşüncəsi təşkil edir. "Qanuni oğrular" institutu 1930-cu illərdə formalaşmış və ciddi məcəllənin (oğru qanunu), habelə müstəsna məxfiliyin mövcudluğu ilə səciyyələnirdi. Bir çox digər cinayətkar icmalardan fərqli olaraq, qanuni oğruların aydın özəyi və rəhbərliyi, daimi fəaliyyət göstərən filialları yoxdur. Onlar "oğru" ənənələrinin sərt çərçivəsi ilə birləşən iştirakçıların formal olaraq tam bərabərliyi əsasında fəaliyyət göstərirlər. Bu icmanın rəhbər orqanı təşkilati qərarlar, o cümlədən cinayət dünyasına yazılı müraciətlər şəklində qəbul edən "sxodka"dır.

Digər lüğətlərdə