Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Əli Əsğər Əli oğlu
Fəxrəddin Əli
Fəxrəddin Əli Vəli oğlu (10 may 1938, Nüvədi, Meğri rayonu – 8 fevral 2022, Bakı) — Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam. == Həyatı == Fəxrəddin Əli Vəli oğlu 10 may 1938-ci ildə Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində doğulub. 1952-ci ildə yeddiillik kənd məktəbini bitirdikdən sonra Ordubad şəhəri Pedaqoji Məktəbində təhsilini davam etdirib. Əmək fəaliyyətinə İmişli rayonunun Cəfəri kənd orta məktəbində müəllim kimi başlayıb. 1958-ci ildə Bakı Rəssamlıq Məktəbinə, oranı bitirib hərbi xidməti başa vurduqdan sonra isə Rəssamlıq İnstitutuna daxil olub. 1969-cu ildə institutu bitirən gənc rəssamın "Babək" qobeleni diplom işi Moskva XTN sərgisində qızıl medala layiq görülüb. 8 fevral 2022-ci ildə axşam saatlarında vəfat edib. == Rəssamlıq fəaliyyəti == 1970-ci ildə "Həyatın gözəlliyi" adlı tablo ilə respublika sərgisində iştirak edib. Onlarla yağlı boya ilə çəkilmiş əsərləri respublikada və xarici ölkələrdə nümayiş etdirilib. M.Şəhriyarın "Heydərbabaya salam", "Dədə Qorqud", Nizami Gəncəvinin "Xəmsə"si, Saib Təbrizinin "Mehr və müştəri", Nəsrəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və b.
Hz. Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Həsən Əli
Həsənəli — Azərbaycanda kişi adı. Bu adı olan tanınmış insanlar Həsənəli Qaraqoyunlu — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğlu. Həsənəli xan Ziyadlı-Qacar — İrəvan xanı Həsənəli bəy Əsgərxanov — şair, polis pristavı, "Georgi" xaçı kavaleri. Həsənəli bəy Vəlibəyov — Qarabağda quberniya katibi, dövlət məmuru. Həsənəli xan Qaradaği — görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq.
Həzrət Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Həzrəti Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Kürd Əli
Kürdalı, Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Abaran çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Kürd Əli, lakin həmin vaxta aid ermənicə mənbədə Kurdali kimidir. Kəndin adı ya Əli adlı bir kürd (feodalın), ya da "Kürd eli", yə’ni "Kürd tayfası" mə’nasındadır. == Əhalisi == Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Leyla Əli
Leyla Əli (30 dekabr 1977) — təqaüdçü Amerikalı peşəkar boksçudur. O, Məhəmməd Əli, əfsanəvi Amerika boksçusunun üçüncü həyat yoldaşı Veronika Porş Əlidən qızıdır. == Həyatı == == İstinadlar == == Qaynaqlar == http://www.eastsideboxing.com/news.php?p=522&more=1 http://forums.doghouseboxing.com/lofiversion/index.php/t112741.html Arxivləşdirilib 2011-07-25 at the Wayback Machine http://www.womenboxing.com/news062204commentsaliwolfe.htm Arxivləşdirilib 2006-11-12 at the Wayback Machine http://www.wban.org/biog/awolfe.htm Arxivləşdirilib 2015-05-07 at the Wayback Machine http://www.talkingboxing.com/interviews/2005/vondawardinterview.html http://www.imdb.com/name/nm0000738/bio http://www.netglimse.com/celebs/pages/laila_ali/index.shtml Arxivləşdirilib 2010-11-18 at the Wayback Machine http://findarticles.com/p/articles/mi_m1355/is_21_95/ai_54727854/ Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine http://proxy.mbc.edu:2380/hottopics/lnacademic/? http://proxy.mbc.edu:2572/entry/blackfirsts/boxing http://www.amazon.com/REACH-FINDING-STRENGTH-SPIRIT-PERSONAL/dp/0786887362 NetGlimse.com (2009). Laila Ali — Biography . Retrieved October 8, 2010 from http://www.netglimse.com/celebs/pages/laila_ali/index.shtml Arxivləşdirilib 2010-11-18 at the Wayback Machine CBS Interactive (2010). Laila Ali FOLLOWS BOXING CAREER OF LEGENDARY FATHER MUHAMMAD ALI. Retrieved October 10, 2010 from http://findarticles.com/p/articles/mi_m1355/is_21_95/ai_54727854/ Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine Andrew Rooney. (2003). Years of Minutes. New York: Essay Productions.
Mirzə Əli
Mirzə Əli (təq. 1510, Təbriz – ən geci 1576) — illüminator, rəssam. Mirzə Əli 1510-cu ildə Təbrizdə doğulub. 1576-cı ildə vəfat edib. Welch, S. C. Persian Paintings: Five Royal Safavid Manuscripts of the Sixteenth Century. N-Y. 1976 Dickson M.B./Welch S.C. The Houghton Shahnameh. vol. 1—2, Cambridge, Mass. 1981.
Məhəmməd Əli
Məhəmməd Əli (ing. Muhammad Ali; doğum adı Kassius Marsellus Kley, ing. Cassius Marcellus Clay) — boks tarixçiləri, idman mütəxəssisləri, keçmiş və indiki boksçular və boks azarkeşləri tərəfindən "Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən, ağır çəkidə çıxış etmiş afro-amerikan və irland əsilli əfsanəvi peşəkar ABŞ boksçusu. Dünya Boks Federasiyasının rəsmi səhifəsində bu sözlər yazılmışdır:"Səs birliyi ilə Məhəmməd Əli bütün zamanların gəlmiş keçmiş və gələcək ən böyük boksçusudur". Həmçinin, Məhəmməd Əli dünyada ikonlaşmış xarakterdir. İnsan hüquqları müdafiəçisi və ABŞ-də ilk İslam Təşkilatının liderlərindən biri olmuşdur, eyni zamanda şairdir. O, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olmuşdur. TIME jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır. Məşhur BBC kanalının apardığı sorğulara və araşdırmalara əsasən Məhəmməd Əli Adolf Hitler, Albert Eynşteyn və Makedoniyalı İsgəndər kimi şəxsiyyətləri geridə qoyaraq bəşər tarixinin ən çox tanınan və bilinən insanı seçilmişdir. Belə ki, Məhəmməd Əlini dünyanın ən inkişaf etmiş ölkələrindən, Afrikanın ən geridə qalmış yerlərinədək hər kəs tanıyır və sevir.
Pir Əli
Pirəli (Urmiya)
Qabar Əli
Qabarəli — İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. 1830-cu ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Əsli Kabar eli yə'ni Kabar tayfası. Mənşəcə Xəzərlərin Kabar (Kəbər) tayfasının adını əks etdirir. Azərbaycanda Kəbirli və Kəlbəcər rayonunda Havarlı (Qabarlıdan təhrif) kənd adları ilə mənşəcə eynidir.
Qara Əli
Qara Əli (türk. Kara Ali) — Osmanlı İmperiyasında yaşamış ən məşhur cəllad. Qara Əlinin yeniyetməlik və gənclik illəri haqqında məlumat yoxdur. XVII əsrin ortalarında yaşadığı və dövrünün ən məşhur cəlladı olduğu məlumdur. Qara Əli özündən əvvəl Osmanlı İmperiyasında cəlladbaşı olmuş cəllad Süleymanın yanında şagird vəzifəsində çalışmışdır. Həmin dövrdə yaşamış cəlladlar bir qayda olaraq qaraçılardan seçilirdi. Qara Əlinin də əslən qaraçı olduğu ehtimal edilir. Qara Əlinin görünüşü haqqında osmanlı mənbələridə bir sıra qeydlər vardır. Onun iri bədənli olduğu söylənilir. Edam zamanı istifadə etdiyi alətləri üstündə gəzirdiyi və Osmanlı sarayında xidmətçilərin görkəminə görə ondan qorxduqları qeyd edilmişdir.
Qul Əli
Qul Əli (tatar. قل علی, Кол Гали, Qol Ğali, çuvaş Кул Али, 1183, İdil Bulqar xanlığı – 1236 və ya 1234, Bilyarsk, Tatarıstan) — XIII əsr şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. Şair Əlinin şəxsiyyəti, doğulduğu və yaşadığı yer haqqında dəqiq məlumat yoxdur. Şair Qisseyi-Yusif adlı əsərinin sonunda özü haqqında belə yazır "Bunu düzən zəif bəndə, adı Əli Yarlığağıl, əya rəhim, asi qul Yigirmi dörd rəqəm içrə saldı yılı Rəhmətindən mehribanlıq umar imdi." Bu misralardan şairin adının Əli olduğu aydın olur. Lakin təxəllüsü və harda doğulması bilinmir. Diqqətsizlik səbəbindən şair yanlışlıqla "Qul Əli" adlandırılıb. Bu səhv fikir şairin xatırlanan bəndindəki "asi quli", yəni "günahkar bəndəni" ifadələrinə istinadən söylənilib. Əslində buradakı "Qul" elementi sənətkarın ləqəbi və ya təxəllüsü, daha doğrusu, ad-titul komponenti olmayıb Allahın "bəndəsi, qulu" mənasındadır. Digər tərəfdən ədəbiyyatşünaslıqda onun milli mənsubiyyəti, yaşadığı ədəbi mühit və məkan barədə fərqli mülahizələr mövcuddur. Məsələn, "Qisseyi-Yusif"i tədqiqatçı alimlərdən X. Fleyşeir tatar-oğuz, M, Xautsma, H. Həziz Orta Asiya, K. Brokkelman qədim osmanlı, M. F. Köprülüzadə, Е. Bertels və Əmir Nəcib Xarəzm, Ş. Mərcani, B. Yafarov, Y. Aqişev və X. Usm""anov bulqar, B. Perc tatar abidəsi hesab edirlər.
Qurban Əli
Qurban Əli (bilinmir – 1550, Nargin adası, Abşeron rayonu) — Şirvanşah şahzadəsi. Haqqında çox məlumat yoxdur. Abdulla xan tezliklə Şirvanlıların yeni bir üsyanını yatırmalı oldu. Şirvan zadəganları Mehrabın qohumu Qurbanəlinin başçılığı ilə üsyan qaldıraraq, Xəzər dənizi adalarından birindəki Derov kəndinə qaçdılar. Abdulla xan çoxlu qızılbaş döyüşçüsü ilə üzərək adaya çatmış, onlara hücum edərək Qurbanəlinin və üsyançıların əksəriyyətini öldürmüş, onların mallarını ələ keçirib Şamaxıya qayıtmışdır.
Əziz Əli
Əziz Əli (15 sentyabr 1980-ci ildə anadan olub) 2008- ci il Olimpiadasına son döyüşdə Basti Samir tərəfindən nokauta düşməsinə baxmayaraq, 2- ci AİBA Afrika 2008 Olimpiya Təsnifat Turnirində yüngül çəkidə vəsiqə qazanmış keniyalı həvəskar boksçudur . O, olimpiadada türkiyəli Bəhram Müzəffərlə ilk görüşündə 3:8 hesabı ilə uduzub .
Əli Məlikov
Əli Əbdülrəhman
Əli Əbdülrəhman (rus. Eliyê Ebdilrehman; 1920, Van ili – 1994) — kürd əsilli SSRİ yazıçısı. Əli Əbdülrəhman 1920-ci ildə Türkiyənin Van ilində anadan olmuşdur. Dövrün Türkiyə hökumətinin təzyiqi ilə ailəsi ilə birlikdə Qafqaza köçmək məcburiyyətində qalmışdır. O, 1933-cü ildə Ermənistana köçmüş və Üçkilsə rayonunun Həsənli kəndində məskunlaşmışdır. Əbdülrəhman Kürd Dili Müəllimləri İnstitutuna daxil olmuş, 1937-ci ildə oranı bitirmişdir. O, İrəvan Universitetində təhsil almışdır. Əbdülrəhman Bakı Pedoqoji İnstitutunda müəllim kimi çalımışdır. O, 1941-ci ildə Böyük Vətən müharibəsinin başlaması ilə cəbhəyə getmişdir. Əbdülrəhman Rumıniya, Polşa, Çexoslovakiya, Ukrayna və Belarus ərazisində nasistlərə qarşı döyüşmüşdür.
Əli Məhəmmədov
Əli Səməd oğlu Məhəmmədov (Məmmədov) (1900, Lənkəran, Lənkəran qəzası – 7 yanvar 1938, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq maliyyə komissarı (1931–1932), Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi və Azərbaycan SSR xalq daxili işlər komissarı (1926–1929), Gəncə Qəza İcraiyyə Komitəsinin sədri (1922–1926), Lənkəran Qəza İnqilab Komitəsinin sədri (1920). Siyasi repressiyaya uğramışdır. Əli Səməd oğlu Məhəmmədov 1900-cü ildə Bakı quberniyasının Lənkəran şəhərində sənətkar ailəsində anadan olmuşdur. Buradakı dördsinifli məktəbi bitirmişdir. 1917-ci ildə Lənkəran qəzasında inqilabi fəaliyyət göstərmiş, 1919-cu ildə bolşeviklər partiyasına daxil olmuşdur. Muğan Sovet Respublikası qurulduqdan sonra Qırmızı qvardiya dəstələri tərkibində əksinqilabçılara qarşı vuruşmuşdur. 1920-ci ilin yanvar ayında fəaliyyətini bərpa etmiş Lənkəran gizli qəza partiya komitəsinin tərkibinə seçilmiş, Azərbaycan Kommunist Partiyasının birinci qurultayının nümayəndəsi olmuş və həmin qurultayda çıxış etmişdir. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Lənkəran Qəza İnqilab Komitəsinin sədri seçilmiş, həmin ilin oktyabr ayında Azərbaycan K(b)P tərəfindən Moskvadakı Yakov Sverdlov adına Kommunist Universitetində oxumağa göndərilmişdir. Əli Məhəmmədov təhsilini bitirdikdən sonra Bakıya qayıtmış və 1921-ci ilin sentyabr ayında də Azərbaycan K(b)P MK təlimatçısı təyin edilmiş, sonra isə Azərbaycan K(b)P Lənkəran Qəza Komitəsinin katibi vəzifəsində çalışmışdır. O, 1922–1926-cı illərdə Gəncə Qəza İcraiyyə Komitəsinin sədri, 1926–1929-cu illərdə Azərbaycan SSR xalq daxili işlər komissarı və Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Şirvan (Göyçay) Mahal İcraiyyə Komitəsinin sədri, Ağdam Rayon İcraiyyə Komitəsinin sədri, 1931–1932-ci illərdə Azərbaycan SSR xalq maliyyə komissarı, Qutqaşen Rayon İcraiyyə Komitəsinin sədri və Taxıl Tədarükü İdarəsi Azərbaycan kantorunun müvəkkili vəzifələrində işləmişdir.
Əli Rəhimzadə
Əli Rəhimzadə (23 noyabr 1997, Maşxan, Astara rayonu) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Əli Rəhimzadə 2016-cı ildə Belarusda A. Medvedin xatirəsinə həsr olunan beynəlxalq turnirdə 20-ci, Rumıniyada gənclər arasında Avropa Çempionatında 10-cu, Azərbaycan H. Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində isə 5-ci pillələrin sahibi oldu. 2017-ci ildə Əli Rəhimzadə əvvəlcə Sombatxey şəhərində (Macarıstan) U23 Avropa Çempionatının bürünc, sonra isə Dortmund şəhərində (Almaniya) gənclər arasında Dünya Çempionatının qızıl medallarına sahib olan Əli Rəhimzadə Finlandiyada gənclər arasında Dünya Çempionatını 10-cu, Polşada U23 Dünya Çempionatını isə 12-ci pillədə başa vurdu. 2018-ci ildə Tbilisi şəhərində G. Kartozia — V. Balavadze Turnirində 18-ci pillənin, İstanbul şəhərində Yaşar Doğu Turnirində gümüş medalın, Saxa vilayətində D. Korin Turnirində isə 12-ci pillənin sahibi olan Əli Rəhimzadə noyabrda Rumıniyanın Buxarest şəhərində baş tutan U23 Dünya Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu. 2019-cu ildə beynəlxalq turnirlərdə ciddi uğura imza ata bilməyən Əli Rəhimzadə Kirmanşah şəhərində Taxti Cup beynəlxalq turnirini 8-ci, İstanbul şəhərində Yaşar Doğu Turnirini isə 5-ci pillədə başa vurdu. Əli Rəhimzadə 2020-ci ilin yanvarında İstanbul şəhərində Yaşar Doğu Turnirinin qalibi oldu. Fevralda isə Əli Rəhimzadə Avropa Çempionatlarında debüt elədi. İtaliyanın Roma şəhərində baş tutan turnirin bürünc medal uğrunda görüşündə Macarıstan nümayəndəsi İsmayıl Musuğayeva qalib gəldi və Avropa Çempionatının bürünc medalına sahib oldu. Daha sonra Əli Rəhimzadə 2021-ci ilin fevralda Kiyev şəhərində beynəlxalq turnirin qalibi oldu. Apreldə isə Əli Rəhimzadə Avropa Çempionatında mübarizə apardı.
Əli İsayev
Əli İsayev (18 dekabr 1983, Mahaçqala) — Azərbaycanı təmsil edən sərbəst güləşçi, 2009-cu il Avropa Çempionatının qalibi. Əli İsayev 2005 və 2006-cı illərdə Rusiya Çempionatlarının bürünc medallarına sahib oldu. Rusiya yığmasının heyətində Dünya və Avropa Çempionatlarında, həmçinin nüfuzlu beynəlxalq turnirlərdə çıxış edə bilməyən Əli İsayev 2007-ci ildə Azərbaycan Güləş Federasiyası tərəfindən Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2007-ci ilin aprelində Bolqarıstanda Avropa Çempionatında beşinci pilləyə sahib olan Əli İsayev sentyabrda Azərbaycanda Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Əli İsayev 2008-ci ildə Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatını gümüş medalla başa vurdu. Apreldə isə o, İsveçrədə Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. İyunda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi olan Əli İsayev avqustda Azərbaycanı olimpiada da təmsil elədi. Əli İsayev olimpiadanın 1/8 final mərhələsində 2004-cü il Afina Olimpiadasının qalibi Özbəkistan nümayəndəsi Artur Taymazov ilə üz-üzə gəldi. Həmin görüşün birinci hissəsində Əli İsayev rəqibinə 0:2 hesabı ilə məğlub oldu. Görüşün növbəti hissəsi gərgin idman mübarizəsi şəraitində baş tutsa da, nəticədə Əli İsayev rəqibinə 4:5 hesabı ilə məğlub oldu.
Yar Əli
Yar Əli vəya Yâr Əli Barani (Farsca : یار علی) Qara Məhəmməd'in oğlu Qaraqoyunlu hökmdarı Qara Yusifin qardaşı və (1396-1403) illəri arasında Qaraqoyunluların Mosul Hakimidir. Qara Məhəmmədin 4 oğlu var idi, Yar Əli , Misir Xoca , Qara Yusif , Bayram bəy qardaşı Bayram bəy atası Qara Məhəmməd ilə birlikdə döyüşdə öldürülmüşdür. Yar Əli Qara Yusif'in Ərciş döyüşü daxil olmaqla 1403-cü ilə qədər olan bütün hərbi yürüşlərində iştirak etmişdir. Yar Əli'də qardaşı Qara Yusif kimi cəsarətli idi , Odur ki Əmir Teymurun ən güclü sərkərdələrindən olan Atlamışı məhz o əsir almışdı. Əsir alınan Atlamış Misir dövləti tərəfindən həpsə atıldı. Qara Yusif 1396-cı ildə Mosul şəhərini Teymurilərdən alaraq qardaşı Yar Əli'yə verdi.Daha öncə bu şəhəri Berdi Xoca oğlu Yar Əli tərəfindən idarə olunurdu və bu bəydə Əmir Teymura bağlılıq bildirmişdi. Qara Yusifin az saylı qoşunu ilə böyük Teymuri qoşunu arasındaki müharibədə Yar Əli'də Qaraqoyunlu ordusunda idi.Qara Yusif ilk gələn 30 minlik orduyu məğlub etsədə ikinci gələn 100 min orduya məğlub oldu.
Bala Əli
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Vüqar Əli
Əliyev Vüqar Əli oğlu ( ) Azərbaycan Respublikasının əməkdar rəssamı Vüqar Əliyev, 16 mart 1970-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, 1985-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olub, 89-cu ildə oranı bitirmişdir. 1991–97-ci illərdə – A. Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Sənaye qrafikası fakültəsinin tələbəsi olmuşdur. Yaradıcılığının əsas prinsipi insanlara gözəllik bəxş etməkdir. 2019-cu ildə I thank the creators of the site and for the active promotion of art in the world. Adi Lasri, İsrael virtual fəxri fərmanı verilib. 2019-cu ildə ANNİA Azəraycan Nar İstehsal və İxracatçıları Assosiasiyası ildönümü münasibətilə Fəxri Üzv medalı və fəxri fərman mükafatlarına layiq görülüb. 10.10.2019 tarixində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının 3 ili münasibətilə bu Assosiasiyanin fəxri üzvlüyünə saçilmə mərasimi olub. 2019-cu ildə ADMİU, Elvin Quliyevin Lahıc haqqında filminə çəkilmişdir. 2023-cü il, mart ayında Dünya Rəssamları Akademiyasının həqiqi üzvülüyünə seçilib.11 dekabr 2023-cü il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi.
Əlincə
Əlincə qalası — Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində yerləşən tarixi memarlıq abidəsi. Əlincə (Culfa) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Əlincə (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Əminə
Əminə (ərəb. أمينة‎) — qadınlara verilmiş bir ərəbcə addır.
Əminə Cabbar
Əminə Ayyar qızı Cabbar (krımtat. Emine Ayar qızı Ceppar) və ya Əminə Ayyarovna Cabbarova (ukr. Еміне Айярівна Джапа́рова; 5 may 1983, Krasnodar) — Krım tatarı mənşəli Ukrayna siyasi və dövlət xadimi, jurnalisti, Ukrayna Xarici İşlər nazirinin birinci müavini. Əminə Ayyar qızı Cabbar 5 may 1983-cü ildə SSRİ-nin bir hissəsi olan RSFSR-nin Krasnodar şəhərində bir Krım tatarı ailəsində anadan olmuşdur. O, orta təhsilini Krımda almışdır. Cabbar 2000-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər ixtisasına daxil olmuşdur. O, ABŞ Dövlət Departamentində və Ukrayna Ali Radasında təcrübə keçmişdir. Cabbar 2006-cı ildə beynəlxalq politoloq və ingilis dilindən tərcüməçi diplomlarını fərqlənmə diplomu ilə almışdır. Cabbar 2005-ci ildə ABŞ Dövlət Departamentinin "Beynəlxalq Ziyarətçi Liderlik Proqramı" və "Gənclər üçün Alternativ" proqramlarında iştirak etmişdir. O, həmin il Ali Rada sədrinin birinci müavini Katibliyində keçirilən "Gənclər Alternativi" təcrübəsində iştirak etmişdir.
Mirzə Əli Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Naci əl-Əli
Naci əl-Əli (ərəb. ناجي سليم العلي ‎; təq. 1937 – 29 avqust 1987, London) — Fələstinli karikaturist. Ərəb ölkələrinin apardığı siyasəti və İsraili tənqid edən karikaturaları ilə məşhurlaşmışdır. Fələstinli və ərəb siyasi xadimləri ilə bağlı sərt üslublu karikaturaları ilə tanınan Naci əl-Əli fəaliyyəti dövründə topamda 40.000 dən çox karikatura çəkmişdir. Naci əl-Əli daha çox Hanzala adlı karikatura personajının yaradıcısı kimi xatırlanır. Hanzala qısa zamanda məşhurlaşaraq, Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevrilmişdir. Naci əl-Əli Londonda işlədiyi və Küveytə aid olan Əl-Qabas qəzetinin ofisindən çıxarkən silahlı hücuma məruz qalmış və ağır yaralanmışdır. Sui-qəsd cəhdi 1987-ci ilin 22 iyun tarixində baş vermişdi. Karikaturist üzündən ağır yaralandığından 5 həftə reanimasiyada saxlanılsada həmin ilin 29 avqust tarixində vəfat etmişdir.
Əli Əl Qrari
Əli Əl Qrari (31 yanvar 1997) — Liviyalı oxatan. Əli Əl Qrari Liviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Əli Əl Qrari birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Bredi Ellison ilə üz-üzə gəldi. Həmin görüşdə Əli Əl Qrari rəqibinə 0:6 hesabı ilə uduzdu.
Əli əl-Əkbər
Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين‎‎) — İmam Hüseyn və Ümmü Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.
Əli əl-Əsğər
Əli əl-Əsğər (ərəb. ‎عبدالله بن حسین علی الأصغر‎‎) — İmam Hüseynin (ə) kiçik oğlu. Kərbəla döyüşündə şəhid olmuş ən azyaşlı şəhid. Əli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur. Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz.
Mirzə Əli Xan Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Əlilə (Germi)
Əlilə (fars. اليله‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 430 nəfər yaşayır (90 ailə).
Əlincə (Culfa)
Əlincə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xangah kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlincə adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Əhalisi 694 nəfərdir.
Əlincə (Xudabəndə)
Əlincə (fars. النچه‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 371 nəfər yaşayır (72 ailə).
Əlincə (cəmiyyət)
Əlincə — 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-cı ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək, elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Əlincə (Əsədabad)
Əlincə (fars. النجه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 117 nəfər yaşayır (41 ailə).
Əlincə Cəmiyyəti
Əlincə — 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-cı ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək, elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Əlincə FK
Əlincə FK və ya rəsmi adı ilə Əlincə Futbol Klubu — Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində yer alan, Azərbaycan futbol klubudur. Klubun tarixi 2010-cu ildən başlayır. Əlincə klubu hazırda Azərbaycan Region Liqasıın Naxçıvan zonasında çıxış edir. "Əlincə" futbol klubu 2010-cu il aprelin 5-də "Bağçalı Evlər" MTK-nın rəhbəri Hacı Məhərrəm Novruzov tərəfindən təsis edilib. Adının mənası Naxçıvandakı Əlincə qalası ilə bağlıdır. Klubun akademiyası Masazır kəndi, Novxanı şossesi ərazisində yerləşir. Rəhbərliyin diqqət və qayğısı nəticəsində klubun bazası genişləndirilmiş, AFFA-nın bayrağı altında keçirilən çempionatlarda iştirak üçün lisenziya almışdır. Yarandığı ilk günlərdə 12 futbolçu ilə fəaliyyət göstərən klub, tədricən futbolçu və məşqçi heyətinin çoxaldılması ilə əlaqədar yeni stadionlar inşa etmişdir. Həmçinin futbolçular, məşqçilər heyətinin daimi yaşaması üçün ən müasir standartlara cavab verən baza tikilmişdir. 2011–2012, 2012–2013 və 2013–2014-cü il mövsümlərində AFFA-nın bayrağı altında keçirilən müvafiq çempionatlarda U-14, U-15 və U-16 komandaları iştirak etmişdir.
Əlincə dağı
Əlincə — Azərbaycanda yerləşən dağ zirvəsidir (hündürlüyü 1821,4 m). Naxçıvanın Culfa rayonu ərazisində, Əlincəçayın sağ sahilində və Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin şərq yamacında zirvədir. Hündürlüyü 1810 m-dən 1821,4 m-ə qədər dəyişir. Dağın cənub-şərq yamacında Xanəgah kəndi var, dağın zirvəsində isə orta əsrlərə aid Əlincə qalası yerləşir. Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi ellipsvari sıldırım yamaclı yüksəklikdir. Çay yatağına nisbətən 380 m yüksəkdə qərar tutmuşdur və təkrarolunmaz sıldırımlı qayalıq landşaft əmələ gətirir. Dağ lakkolitlərdən ibarətdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzində izlənilən eyniadlı antiklinalın maqmatık kütlə ilə yarılmış şimal-qərb periklinal hissəsində yerləşir.
Əlincə ekstruzivi
Əlincə ekstruzivi İlandağ ekstruzivindən 5,5 km şimal-qərbdə, Əlincə çayının sağ sahilində, Xanagah kəndinin yaxınlığında çay yatağına nisbətən 380 m (mütləq hündürlüyü 1811,9 m) yüksəkdə qərar tutmuşdur. O özlüyündə aralarında milli qəhrəman Babəkin istehkam məntəqələrindən biri sayılan qədim Əlincə və ya Ərəncik qalasının (Ərlər, yəni qəhrəmanlar qalası) yerləşdiyi üç ayrı-ayrı zirvəli dik konusdan ibarətdir. Submeridional istiqamətli ellips formalı bu ekstruziv günbəzin bünövrəsinin sahəsi 1,3 kv.km-ə çatır. Orta eosen çöküntü qatını yaran bu ekstruziv günbəz cəhrayı-boz rəngli andezit-dasitlərdən təşkil olunmuşdur.
Əlincə nahiyəsi
XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan sancağının tərkibinə daxil olan nahiyələrdən biri də Əlincə nahiyəsi idi. Nahiyənin mərkəzi Əlincə qalasında yerləşmişdir. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, bir çox müəlliflərin XIV əsrin sonundan etibarən Əlincə qalasının öz əvvəlki əhəmiyyətini itirməsi fikri ilə razılaşmaq olmaz. Çünki hələ Sultan Süleymanın Qızılbaş dövləti ərazilərinə 1534-cü ildə gerçəkləşmiş yürüşü zamanı Osmanlı ordusuna rəhbərlik edən iki qüdrətli sərkərdədən biri olan Xosrov paşa məhz çoxminlik Osmanlı qoşunu ilə Əlincə qalası üzərinə göndərilmişdir . Əlincə nahiyəsi şimal-qərbdən Dərəşahbuz, şimal-şərqdən Sisyan, şərqdən Azadciran, cənubdan Dərəşam, qərbdən Naxçıvan nahiyəsi ilə həmsərhəd olmuşdur. Ərazisi, təqribən, 703 kvadratkilometr olmuşdur. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s.
Əlincə qalası
Əlincəqala, Əlincə-qala və ya Əlincə qalası — Azərbaycan Respublikası, Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində yerləşən tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindən biridir. Bəzi tədqiqatçıların fikrincə, Əlincə qalası eranın əvvəllərində inşa edilmiş, eramızın V əsrində bərpa edilmişdir. Qala Əlincə dağının zirvəsində yerləşir. XVII əsr türk səyyahı Övliya Çələbi Əlincə qalasından bəhs edərək onun Qütbəddin tərəfindən inşa edildiyini göstərir. Ehtimal ki, müəllif burada rum-səlcuq hökmdarlarından biri və 1188–1192-ci illərdə hakimiyyətdə olmuş Qütbəddin II Məlikşahı nəzərdə tutmuşdur. Professor Mehmed Fuad Köprülü Əlincə qalasının Səlcuqlar dövrünə aid olduğunu qeyd edir. Bu fikirlə, eyni zamanda, "Azərbaycanın türkləşməsi tarixinə ümumi bir baxış" adlı məqalənin müəllifi Faruk Sümər də razılaşır. Lakin müasir türk tədqiqatçılarından biri olan Fəxrəddin Kırzıoğlu "köhnə və sərt" bir istehkam olaraq adlandırdığı Əlincə qalasının Əşkanilər dövründə Erancaq adı ilə məşhur olduğunu göstərir. Ümumiyyətlə, mənbələrdən məlum olur ki, qala VIII əsrdən əvvəl mövcud olmuşdur. Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincə qalasının istər hərbi-strateji, istərsə də iqtisadi və siyasi mövqeyi xeyli artmışdı.
Əlincə zərbxanası
Əlincə zərbxanası — Naxçıvan Muxtar Respublikası Culfa rayonunda orta əsrlərə aid zərbxana. Culfa rayonunun Xanəgah kəndinin şərqində, Əlincəçayın sağ sahilində yerləşən Əlincə qalasında fəaliyyət göstərən zərbxana. Güclü müdafiə qabiliyyətinə malik olduğundan müharibələr zamanı hökmdar ailələrinin siğındığı, dövlət xəzinələrinin saxlanıldığı Əlincəqalada həm də müxtəlif dövrlərdə Azərbaycan feodal hakimlərinin adından sikkələr kəsilmişdir. XIV-XVI əsrin əvvəllərində Əlincə zərbxanasnıda Elxanilərin və Teymurilərin adından gümüş dirhəmlər kəsildiyi məlumdur. Tapılmış sikkə nümunələri sübut edir ki, burada Cəlairi sultanlarının adından da müxtəlif nominallı sikkələr zərb olunmuşdur.
Əminə Ağazadə
Əminə Həmid qızı Ağazadə (26 mart 1980, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı; Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü;MDB Parlament Assambleyasının Hüquq Komissiyasının sədr müavini, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü. Əminə Ağazadə 26 mart 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur, azərbaycanlıdır. 1986-cı ildə Bakı şəhər 20 №li orta məktəbinə qəbul olunmuş, 1997-ci ildə həmin məktəbi bitirmişdir. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə təhsilimi fərqlənmə diplomu ilə bitirib, ali peşə istiqaməti üzrə bakalavr dərəcəsini almışdır. 2001-ci ildə Bakı Dövlət Universitetinin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisaslaşması üzrə magistraturaya daxil olmuş, 2003-cü ildə Bakı Dövlət Universitetinin magistraturanı fərqlənmə diplomu ilə bitirib, magistr dərəcəsini almışdır. Ailəlidir, bir övladı var. 2002-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Prokurorluq orqanlarında ilk dəfə keçirilən müsabiqədə iştirak etmişdir. Test və söhbət mərhəlsindən ibarət müsabiqədə yüksək bal toplayaraq 27 dekabr 2002-ci il tarixində Bakı şəhəri Sabunçu rayon prokurorluğuna stajor-müstəntiq vəzifəsinə təyin olunmuşdur. 2004-cü ilin fevral ayında bir illik stajorluq müddətini başa çatdırdıqdan sonra uğurla attestasiyadan keçərək, Baş Prokurorluğun Ali Attestasiya Komissiyası tərəfindən bir il sınaq muddəti ilə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin olunmuşdur. 2005-ci ilin avqust ayından Baş Prokurorluğun Beynəlxalq əlaqələr şöbəsinə ezam olunmuşdur.
Əminə Babayeva
Babayeva Əminə Ağahüseyn qızı — Azərbaycanın tanınmış teatr və kino aktrisası. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycan Respublikasının Əməkdar Artisti (2019) Əminə Ağahüseyn qızı Babayeva 1950-ci ildə Bakı şəhərində anadan olub. Əminə Babayeva səhnə fəaliyyətini ilk illərdə görkəmli rejissor Lütfi Məmmədbəyovun rəhbərlik elədiyi Xalq Teatrında başlayıb. İlk gündən irili-xırdalı bir çox uğurlu tamaşalarda çıxış edib.1969-cu ildə görkəmli rejissor Tofiq Kazımovun dəvəti ildə Azərbaycan Dövlət Akademik Teatrından fəaliyyətə başlayıb. Teatrda ilk rolu X. Vahidin "Bağ qonşuları" tamaşasında Rəmziyyə obrazı olub. Teatrda işlədiyi ərzində o həm klassik həm də çağdaş Milli və əcnəbi dramaturqlarının pyeslərinin tamaşalarında dram obrazlarına səhnə həyatı verib. Ə. Babayeva 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif işi fakültəsini bitirib. Əminə Babayeva Azərbaycan televiziyasında müxtəlif proqramlarda, o cümlədən "Poeziya axşamı","Komediyalar axşamı","Hekayələr axşamı" adlı verlişlərdə mütamati olaraq çıxış ediridi. Oynadığı bir çox teatr tamaşalar və televiziya tamaşaları Qızıl Fondda saxlanılır. 1990-cı ildə Akademik Milli Dram Teatrının direktoru olmuş xalq artisti Hüseynağa Turabov tərəfindən teatrdan uzaqlaşdırılıb.10 il səhnədən ayrı düşən aktrisa 10-ildən sonra 2000-ci ildə İrəvan Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlamışdır daha sonra Bakı Bələdiyyə Teatrında az müddət çalışmışdır.10 il ərzində aktrisa "Əlvida" adlı 16 seriyalı bədii filmdə əsas obrazlardan birinə Ana roluna çəkilmişdir eləcədə bir neçə bədii filmlərdə rol almışdır.
Əminə Sədr
Bint əl-Huda əs-Sədr (ərəb. بنت الهدى الصدر‎) kimi tanınan Əminə Heydər əs-Sədr 1980-ci ildə Səddam Hüseyn rejimi tərəfindən qardaşı Ayətullah Seyid Məhəmməd Baqir əs-Sədrlə edam olunan iraqlı maarifçi və siyasi fəal. == Həyatı == Əminə Heydər əl-Sədr 1937-ci ildə anadan olub Kazımiyyə şəhərində qızlar üçün bir neçə dini məktəb yaratmışdır. Bint əl-Huda İraqın müsəlman qadınları arasında İslam şüurunun yaradılmasında mühüm rol oynamışdır. O, 1959-cu ildə İraqın Nəcəf şəhərinin dini ziyalıları tərəfindən çap edilən əl-Ədva adlı İslam jurnalında məqalələr yazmağa başlayanda o, iyirmi yaşında idi. O, 1977-ci ildə Səfər üsyanında iştirakı ilə də məşhur idi. Bint əl-Huda ciddi öyrənmə eşqi ilə böyüdü. O, tezliklə müsəlman qadınların əzabları və ölkəsində İslam ideologiyasına zərər verən böyük fəlakətlər kimi qəbul etdiyi şeylərdən xəbərdar oldu. 1980-ci ildə dini lider Ayətullah Seyid Məhəmməd Baqir əs-Sədr və onun bacısı Bint əl-Huda rejimə qarşı müxalifətdə aparıcı rol oynadıqları üçün Səddam Hüseyn rejimi tərəfindən həbs edilmiş, vəhşicəsinə işgəncələrə məruz qalmış və daha sonra edam edilmişdir. Rejim onun cəsədini heç vaxt qaytarmayıb, lakin onun dəfn olunduğu yerin Nəcəf Vadi-üs-Salamda olduğu bildirilir.
Elin Süleymanov
Elin Emin oğlu Süleymanov (1970, Bakı) — Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Los-Ancelesdəki sabiq Baş Konsulluğunun 1-ci Baş Konsulu. == Həyatı == Elin Süleymanov 1970-ci ildə Bakıda anadan olub. Bakı şəhəri 6 saylı məktəbdən təhsil alıb. O, 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olsa da, daha sonra tələbə mübadiləsi vasitəsilə Moskva Dövlət Universitetinin siyasi coğrafiya fakültəsində təhsilinə davam edib və 1992-ci ildə buradan məzun olub. 1992-ci ildə "Edmund S. Muskie adına məzunlar üçün təqaüd proqramı"nın açılış ilində ilk azərbaycanlı olaraq, proqramdan təqaüd haqqı qazanmağa nail olub. Bununla da, Ohayoda Toledo Universitetinin dövlət idarəetməsi fakültəsinin magistatura pilləsinə daxil olub və 1994-cü ildə oranı bitirib. Elin Süleymanov, həmçinin Massaçusets ştatında yerləşən Fletçer Hüquq və Diplomatiya Məktəbinin beynəxalq təhlükəsizlik və beynəlxalq hüquq ixtisasında təhsil alıb. O, burada təhsil alan ilk azərbaycanlı hesab edilir. Diplomatik xidmət orqanlarında fəaliyyətə başlamazdan əvvəl Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və 1995–1997-ci illər ərzində Praqada "Açıq Media Araşdırma İnstitutu"nda çalışmışdır. Elin Süleymanov həmçinin 1989-cu ildə bir neçə qrup yoldaşı və dostu ilə birlikdə Bakının "Atəşgah" intelektual oyun klubunun yaradılmasında iştirak edib.
Elin bayrağı (mahnı)
Elie Kartan
Elie Kartan (fr. Élie Joseph Cartan; 9 aprel 1869[…], Dolomyo, İzer (departament), Fransa – 6 may 1951[…], Paris, Sena[d], Fransa) — fransız riyaziyyatçısı. Bir fransız riyaziyatçısı olan Elie Kartan, 1869-cu ildə Dolomiyada anadan olmuşdur. 1912-ci ildə SorbonUniversitetində professor olmuşdur. 1924–1940-cı illərdə ali həndəsədən dərslər vermişdir. İşlərinin çoxu qruplar nəzəriyyəsinin analizi sahəsindədir. Arasıkəsilməz və sonsuz qrupların daxili ilə əlaqədar nəzəriyyəni və yeni dünyaların varlığı ilə əlaqədar ümumiləşdirmələr və kainat nəzəriyəsini hazırlamışdır. 1922-ci ildə ortaya çıxartdığı,heç əyri olmayan tamamilə paralel bir kainat anlayışı ən məşhur kəşflərdən sayılır.
Teline
Naz (lat. Genista) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Line
Line (azərb. Xətt‎) — Latviyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Triana Park "Line" mahnısı ilə Latviyanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı Triana Park qrupunun vokalisti Aqnese Rakovska, Kristaps Erqlis və Kristians Rakovskis tərəfindən bəstələnmişdir.
Dəli Alı
Dəli Alı (tam adı: Dəli Alı Məhərrəm oğlu, 1857, Annenfeld – 1917) — Azərbaycanın xalq qəhrəmanı. == Həyatı == Dəli Alı Məhərrəm oğlu 1857-ci ildə Şəmkirin Keçili kəndində anadan olub. Həyatının gənc çağlarından çobanlıq etməyə başlayıb. Alı və qardaşı Aslan Qovlarasarı kəndində çobanlıq edirdi. Çar məmuru Alının atası Məhərrəm kişini vergi ödəmədiyinə görə qətlə yetirir və bu səbəbdən Alı məmurdan atasının qisasını alır. Ondan sonra Alıgilin Keçilidə yaşamı çətinləşir və onlar Goranboyun Qarasuçu kəndinə köçürlər. Goranboyda yaşadıqları zaman Gəncənin Bağmanlar qəsəbəsindən olan İbrahim adlı bir nəfərin sürülərini otarırdılar. Yay qabağı Göyçənin Canəhmədli yaylağına heyvanları aparardılar. Göyçəyə gedəndə erməni pristavı onların qarşısını kəsir və atışma başlayır. Nəticədə Alı pristavı öldürür.
Eli
Eli — ad. Eli Vizel — Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı. Eli Dükommen — isveçrəli jurnalist, pasifist. Eli Puje — ABŞ aktrisası. Eli Qlader — Norveç rəssamı.
Elfrida Elinek
Elfride Yelinek (alm. Elfriede Jelinek‎; 20 oktyabr 1946[…])) — Avstriya yazıçısı, dramaturq, şair və ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı (2004), Henrix Böll mükafatı (1986), Georq Büxner mükafatı (1998), Henrix Heyne mükafatı (2002), Frans Kafka mükafatı (2004) laureatı. == Həyatı == Avstriya yazıçısı və dramaturqu Elfrida Yelinek ölkənin cənubunda, Sloveniya ilə sərhəddə yerləşən Ştıria torpağında, qarışıq yəhudi-çex ailəsində doğulmuşdu. Yazıçının soyadı da çex-slavyan mənşəlidir. "Yelinek" çex dilində "maral" mənasını ifadə edir. Atası kimyaçı idi. Məhz peşəsinə zərurət olduğuna görə Hitlerin hakimiyyəti dönəmində yəhudi soyqırımından – Holokostdan salamat qurtara bilmişdi. Yelinek ailəsinin bir çox üzvlərinin həyatına isə həbs düşərgələrində son qoyulmuşdu. Görünür, bütün bunlar təsirsiz ötüşməmiş və aradan illər keçəndən sonra atasının psixikasının pozulması ilə nəticələnmişdi. Müalicə nəticə verməmişdi.
Elina Bıstritskaya
Elina Bıstritskaya (4 aprel 1928, Kiyev – 26 aprel 2019, Moskva) — SSRİ-nin görkəmli teatr və kino aktrisası, pedaqoq, SSRİ xalq artisti (1978). == Həyatı == Elina Avraamovna Bıstritskaya 4 aprel 1928-ci ildə Kiyevdə anadan olub. Tibb Texnikumunda, bir müddət Pedaqoji İnstitutun filologiya fakültəsində, daha sonra Kiyev Dövlət Teatr Texnikumunda (1953) təhsil alıb. Vilnüs Rus Dram Teatrında (1953–1956), A.S.Puşkin adına Moskva Dram Teatrında (1956–1958), Malıy Teatrda (1958) çalışıb. 1979-cu ildən A.Lunaçarski adına GİTİS-də pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1950-ci ildən kinoya çəkilmişdir. 1980-ci ildən SSRİ Bədii Gimnastika Federasiyasının və SSRİ Teatr Xadimləri İttifaqının hərbi-vətənpərvərlik komissiyasına rəhbərlik edib. Ana və Uşağın Sağlamlığının Müdafiəsi Beynəlxalq Fondunun vitse prezidenti, "Stabil Rusiya" siyasi təşkilatının fəal üzvlərindən olmuşdur. "Mədəniyyət və İncəsənətə Dəstək" Fondunun təsisçisidir. SSRİ-nin (1978), Qazaxıstanın, Gürcüstanın və Rusiya Federasiyasının (1966) xalq artisti olmuşdur.
Elina Hacıyeva
Elina Hacıyevanın ölümü — Bakı şəhərində 162 saylı tam orta məktəbdə 14 yaşlı 8-ci sinif şagirdi Elina Ədalət qızı Hacıyevanın intihar hadisəsi. Elina Hacıyeva 2019-cu il aprelin 4-də saat 09:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Bu, onun 2-ci intihar cəhdi olub. Bu, 2015–2019-cu illərdə Azərbaycanda baş verən 10-cu məktəbli intihar hadisəsidir. == Zəmin == Elina Hacıyeva 6 aylıq olanda onun valideynləri boşanıb. Sonradan anası Sevil Hacıyeva ikinci dəfə ailə quraraq, bu izdivacdan da iki övladı olub. O, 1-ci sinifə Bakı şəhəri 49 nömrəli tam orta məktəbə gedib. 3 il orada oxuyub. Həmin məktəbin rus bölməsi bağlananda, bu bölmənin şagirdləri azərbaycandilli bölmələr arasında bölüşdürüləndə valideynləri Elinanı başqa məktəbə keçirməli olublar. 4-cü sinifdən başlayaraq Elina Bayılda Bakı şəhəri 203 nömrəli tam orta məktəbə getməyə başlayıb.
Elina Neçayeva
Elina Neçayeva (est. Elina Netšajeva, rus. Элина Нечаева; 10 noyabr 1991, Tallin) — rus mənşəli Estoniya sopranosu. O, "La Forza" mahnısı ilə Estoniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Elina Neçayeva 10 noyabr 1991-ci ildə Estoniyanın paytaxtı Tallin şəhərində rus ailəsində anadan olmuşdur. O, 2011-ci ildə Tallin Fransız Məktəbində təhsilini başa vurmuşdur. 2016-cı ildə Estoniya Musiqi və Teatr Akademiyasını klassik musiqi ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir. Estoniya televiziyasında Elina ilk dəfə 2009-cu ildə Eesti otsib superstaari musiqi yarışmasındakı iştirakı ilə görülmüşdür. Daha sonra ifaçı 2014-cü ildə Estoniyanın Klassikatähed yarışmasında iştirak etmiş və nəticə olaraq finaladək yüksələ bilmişdir. 2017-ci ildə Neçayeva Estoniyanın Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Eesti Laul milli seçim turuna aparıcılıq etmişdir.
Elina Svitolina
Elina Mixailovna Svitolina (ukr. Еліна Світоліна; 12 sentyabr 1994, Odessa, Ukrayna) - Ukraynalı peşəkar tennisçi; 16 WTA turnirinin qalibi (bunlardan 14-ü təkdir); təklikdə WTA-2018 Tour Finalın qalibi; keçmiş dünyanın üçüncü raketkası. Bütün Böyük Dəbilqə turnirlərində ən azı dörddə bir finalda oynamış tennisçi. Yeniyetmələrdə Böyük Dəbilqə tək turnirinin qalibi (French Open 2010); təklərdə Böyük Dəbilqə turnirinin finalçısı (Uimbledon 2012); cütlüklərdə Böyük Dəbilqə turnirinin finalçısı (Uimbledon 2010); gənclər sıralamasında dünyanın keçmiş birinci raketkası. == Ümumi məlumat == Elina Yelena və Mixail Svitolinaların ailəsində anadan olub; valideynləri onun böyük qardaşı Yulianı bir müddət peşəkar bir tennisçi kimi yetişdirmək istəyirdilər. Paralel olaraq Elinanı da bu idman növünə cəlb etmişdilər. Beş yaşından bəri ukraynalı tennislə məşğul olmağa başlamışdır. Sevimli örtük - torpaqdır. 2019-cu ilin sentyabr ayından etibarən fransız tennisçi Qael Monfils ilə görüşür. 2010-cu ildə, karyerasının yeniyetməlik çağında, Svitolina qızlar arasında Fransa Açıq Çempionatını qazana bildi.
Elise Norvood
Elise Norvood (18 iyun 1981, Sidney) — Avstraliyanı təmsil edən su poloçusu. Elise Norvood, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Elise Norvood, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Elize Reklü
Jan-Jak Elize Reklü (1830–1905) — Fransız səyyahı, tədqiqatçısı == Həyatı == Elize Reklü 1830-cü ildə Fransada kəndli ailəsində anadan olmuşdur. Anası kənd müəllimsə olduğundan ilkin təhsilini ev şəraitində almışdır. 12 yaşında ikən Elize Almaniyanın Neyvid şəhərinə oxumağa göndərilir. Gediş haqqı olmadığından alman dilində bir kəlmə belə bilməyən Elize Reklü Almaniyaya piyada yola düşməyə məcbur olur. Bu onun ilk, lakin plansız səyahəti olur. Neydendə yaşamaqla o, tez-tez şəhər ətrafına çıxar, Reyn çayının sahillərini gəzər, müxtəlif süxur və bitki nümunləri toplayardı. 848-ci ildə Fransada başlanan inqilab onun həyatında və dünya görüşündə böyük dəyişiklik yaratdı. 1849-cu ildə Reklü Almaniyada oxuyan böyük qardaşı ilə bərabər vətəni Fransaya səyahətə yola düşərkən insanların ağır həyat tərzini görməkdə onları istismarçılara qarşı mübarizədə fəal olmağa çağırır. Bu çağrışlar onun və qardaşının həbs olunmasına səbəb olur. Həsbdən azad olduqdan sonra Reklü Neyvid şəhərinə qayıdaraq fransız dilindən dərs deməyə başlayır.
Emine Önasya
Emine Önasya (türk. Emine Semiye Önasya 28 mart 1866, Konstantinopol – 1944, İstanbul) — Türk əsilli yazıçı və ilk feministlərdən biri. == Bioqrafiya == 28 mart 1866-cı ildə İstanbulda anadan olmuşdur. Əhməd Cövdət paşanın ikinci qızı və yazıçı Aliye Fatmanın bacısı idi. Emine Seminin anası Advie Rəbiyə xanım idi. Emine Semiye yeddi il Fransa və İsveçrədə psixologiya və sosiologiyanı öyrənir. Osmanlı İmperiyasının Avropada təhsil almış ilk müsəlman qadınlarından biri olur. 1882-ci ildən etibarən Emine Semiye İstanbulda, digər şəhərlərdə türk dili və ədəbiyyatından dərs deyir. Qızlar üçün bir məktəbdə müfəttiş və Şişli Eftal xəstəxanasında tibb bacısı işləmişdir. "Mütalaa" və "Hanımlara Mahsus Gazete" qəzetlərində dərc olunan təhsil və siyasətlə bağlı məqalələr yazır.
Epine-Şamplatrö
Epine-Şamplatrö (fr. Épinay-Champlâtreux) — Fransada bələdiyyə, İl-de-Frans regionunda yerləşir, Val-d'Uaz departamentinə aiddir, Sarsel rayonu Lüzarş kantonunun tərkib hissəsi sayılır. Əhalisi 75 nəfərdır (1999). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimalında, Serji bələdiyyəsinin 27 km şərqində yerləşir.
Euseius elinae
Euseius elinae (lat. Euseius elinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Für Elise
Für Elise— Əsasən, Für Elise kimi bilinir (Alman dilində: [fyːɐ̯ ʔeˈliːzə]), Azərbaycan dilində "Eliza üçün" kimi tərcümə olunur və Lüdviq Van Bethovenin ən məşhur bəstələrindən biridir. Adətən bir bagatelle kimi təsnif edilir, bəzən də Albumblatt adlanır. Əsər bəstəkarın həyatı boyunca yayınlanmamışdır və bəstəkarın ölümündən 40 il sonra Lüdviq Nohl tərəfindən üzə çıxaılıb. Mahnı təxminlərə görə adı Therese olan və Bethovenin evlənmək istədiyi xanım üçün 1810 - cu ildə yazılıb. Amma Therese onunla evlənmək istəməyib. == Tarix == Əsər 1867- ci ildə, Bethovenin vəfatından (1827 - ci il) 40 il sonra yayınlanıb. Əsəri kəşf edən Ludviq Nohl, orijinal imzalı, 27 aprel 1810 - cu il tarixli əlyazma (indi itib) olduğunu təsdiqlədi. Musiqi Nohlun Neue Briefe Beethovens (Bethovendən Yeni Məktublar) əsərinin bir parçası olaraq (səhifə 28-33) Stuttgartda Johann Friedrich Cotta tərəfindən çapa verilib. === Elizanın şəxsiyyəti === "Eliza"- nın kim olduğu dəqiq məlum deyil. Max Unger Ludviq Nohlun əsərin adını səhv tərcümə etdiyini və orijinal əsərin "Für Therese" olaraq adlandırıldığını və Therese Malfatti von Rohrenbach zu Dezzanın (1792–1851) şərəfinə yazdığını güman edir.
Teline candicans
Genista monspessulana (lat. Genista monspessulana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü.
Teline eriocarpa
Genista monspessulana (lat. Genista monspessulana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü.
Teline hillebrandii
Genista canariensis (lat. Genista canariensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. Avornela canariensis (L.) Raf. Cytisus canariensis (L.) Kuntze Telinaria canariensis (L.) C.Presl Teline canariensis (L.) Webb & Berthel.
Élie Abel Carrière
Eli-Abel Karryer (fr. Élie-Abel Carrière, 4 iyun 1818 – 17 avqust 1896) — fransız botaniki. Jardin fruitier – Fruits à pépins – Poires, 1845. Pépinières, 1855. Traité général des conifères ou description de toutes les espèces et variétés, Carriere, Elie Abel. París. 1855. Entretiens familiers sur l'horticulture, 1860. (Les) Arbres et la civilisation, Carriere, E. A. París. 1860.