Azərbaycan dilinin izahlı lüğəti

PAXLAVA

is.
1. Yayılmış xəmir qatları arasına döyülmüş badam (fındıq, qoz və s.) ləpəsi ilə şəkər tozu tökülən və romb şəklində kəsilərək bişirilən Şərq şirniyyatı. [Varlılar] bayrama xüsusi şəkərçörəyi, badamçörəyi, paxlava və sair bu kimi şirniyyat bişirib hazırlardılar. H.Sarabski.
2. Paxlava (romb) şəklində naxışları olan. [Kişinin] qırxılmış başında paxlava çəkili ağ araqçın vardır. H.Sarabski.

Həmin söz digər lüğətlərdə: