Məhsul toplandıqdan sonra yerdə qalan tərəvəz, meyvə və s.; tərəvəzin, meyvənin ən axırda dəriləni. (“Koroğlu” dastanının lüğəti) Biçirlər yağıların b
Sahədə son məhsulu toplamaq, bostanda heç nə qoymamaq. Dialektlərdə oralamax şəklində işlənir. Sənubərəm, aslan kimi, Qəmlərim var, dastan kimi
Biçindən, yığımdan sonra yerdə qalanını toplamaq. (“Koroğlu” dastanının lüğəti)
Bax: ürcah.
Bax: ürcah. Yüklənibdi qəflə, qatır, ulaxlar, Suyu sərin, daşı mərcan bulaxlar, Ha çağırıram, heç eşitmir qulaxlar, Axır çağda urcah oldum kara mən
Talan, qarət. (“Kitabi-Dədə Qorqud” leksikası)
Vurmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)
Yuxarı, ayağa (durmaq). (“Kitabi-Dədə Qorqud” leksikası)
Ruh sözünün təhrifidir. Az vaxt, 15 dəqiqə; hörmət, təmtəraq mənaları da var. Abü ataş, xakü baddan xalq oldu, Urufdu ki, dördü beşdən asıldı
Çalınmaq, vurulmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)
Bax: rüsxət. (“Koroğlu” dastanının lüğəti) Meydana girərəm cannan, Urusxat almışam xannan, Qıraram, tökərəm yannan, Dərə-təpələr leş olsun!
Döyüşmək, vuruşmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)
Hörmət, sayğı; nüfuz, etibar. (“Koroğlu” dastanının lüğəti) Keçəl Həmzə sayılmayan, urvatı olmayan bir adam idi
Ağıllı, zəkalı, fərasətli, ədəbli, tərbiyəli. Dərviş olan baxmaz pusta, Uslu olan olar usta, Güvənmə bivəfa dosta, Bivəfadan imdad olmaz
Sanmaq, ummaq. (“Kitabi-Dədə Qorqud” leksikası)
Bu (işarə əvəzliyi). (“Kitabi-Dədə Qorqud” leksikası)
Nökər. (“Kitabi-Dədə Qorqud” leksikası)
Bax: ufanmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)
Yüyən. (“Kitabi-Dədə Qorqud” leksikası)
Yuxu. (“Kitabi-Dədə Qorqud” leksikası)
Qapılmaq, aludə olmaq. (“Koroğlu” dastanının lüğəti) Fikrinizdə nə qoyubsuz? Qeyri yollara uyubsuz, Görünür məndən doyubsuz? Doymayan beləmi əyləni?
Uyumaq, südün uyunması. (“Kitabi-Dədə Qorqud” leksikası)
Keyləşmək. (“Koroğlu” dastanının lüğəti)
Keylik. (“Koroğlu” dastanının lüğəti) Baxdı ki, canının uyuşuğu açılır. (“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ
Uzun, uzaq, uyğun. (“Kitabi-Dədə Qorqud” leksikası)
Bax: üz. (“Koroğlu” dastanının lüğəti)
Uzun olmaq, böyümək, uzanmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)
Bax: uzuncaydaq. (“Koroğlu” dastanının lüğəti)
Caydaq, çox uzun, uzundraz, uzun və arıq. (“Koroğlu” dastanının lüğəti) Dastanda ayaqları uzun və arıq olan at haqqında işlənir
Üçüncü dəfədə. (“Kitabi-Dədə Qorqud” leksikası)
Üyütmək. (“Kitabi-Dədə Qorqud” leksikası)
Bir-biri ilə əlaqəsi olmaq, yaxınlıq etmək, əlaqə yaratmaq, ünsiyyətdə olmaq.
Qarşılıqlı, xoş münasibət, yaxınlıq, əlaqə. Başqası ilə ülfət eləmək ona cəza kimi gəlirdi. (“Leyli və Məcnun”)
Paylaşmaq, payı bölüşdürmək. (“Kitabi-Dədə Qorqud” leksikası)
1. Böyük dəniz, dərya. 2. Məcazi mənada: hədsiz, həddən artıq, sonsuz, çox. (“Koroğlu” dastanının lüğəti) Elə ah çəkdi ki, əgər bu ahın alovu, odu ols
Səs, səda. (“Koroğlu” dastanının lüğəti) Qarşı yatan qarlı dağlar, Dağlar, səndə qarım qaldı. Əlim çatmaz, ünüm yetməz, Dal budaqda narım qaldı
Çox uzaq, əlçatmaz. (“Koroğlu” dastanının lüğəti)
Bax: rübənd. (“Koroğlu” dastanının lüğəti) Hürü xanım ürbəndi saldı üzünə. Qara ipək ürbənd qırmızı yanaqları elə qucaqladı, elə qucaqladı ki, elə bil
ürcah olmaq – rast gəlmək, təsadüf etmək. Sonra kağızı da götürüb yola düşdü. Çox getdi, az getdi, bir çobana ürcah oldu
İkiyaşar dişi at balası. (“Koroğlu” dastanının lüğəti) Atını qoyarsan burada. Minərsən mənim Alagöz ürgəmi
Bax: ürgə. (“Koroğlu” dastanının lüğəti)
Hürmək. (“Kitabi-Dədə Qorqud” leksikası)
Çılpaq. Canda bir sahirdi cahan içində, Yanarsan alovda, sazan içində. Bir baği-bağçada üryan içində Əgər sağ qalsan, iftixar olar
Çılpaq. (“Koroğlu” dastanının lüğəti) Kafir ərəb məni candan eylədi, Yaxdı kabab bağrım büryan eylədi, Əsbabımı soydu, üryan eylədi, Tez ol dedi, ədib
Tökmək. (“Koroğlu” dastanının lüğəti) Mahru xanım qələm, kağız götürüb ürəyindəkilərini, xotkardan eşitdiklərini üşələdi sətirlərə, müşəmbələyib verdi
Əndişəyə salmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)
Toplanmaq, yığışmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)
Aşiq sözünün cəmi. Səndə bu şivə nədir?! Zamana üşşağı, gözəl! Baxışın cəllad kimi, Qəmzələrin yağı, gözəl! (“Səlim şah”)
Bax: iştə. (“Kitabi-Dədə Qorqud” leksikası)
Qorxmaq, vahiməyə düşmək. (“Koroğlu” dastanının lüğəti) Koroğlunun hərbəsi onu qorxutdu, çox üşürgələndi