AĞLAĞAN – GÜLƏYƏN Ağlağan uşaqları Nazimə sanki əfsun ilə ələ alır, sakit edirdi (Mir Cəlal); Çox güləyəndir
AĞLAMAQ – GÜLMƏK Ellərin dərdinə könül bağladım; Səninlə bir gülüb birgə ağladım (M.Rahim)
AĞLAMSINMAQ – GÜLÜMSÜNMƏK Ağlamsındı bir az “dərdli”, “gileyli” (M.Rahim); Yadigar qayğısız halda gülümsünürdü (Ə
AĞLAR – GÜLƏR Gahdan gülər, gahdan ağlar fikrimiz; Qanad açar, qanad bağlar fikrimiz (H.Hüseynzadə)
AĞLAYAN – GÜLƏN Ağabala çox ağlayan uşaq idi (Çəmənzəminli); Görürəm bəşərin gülən gününü! (S.Vurğun)
AĞLAYIŞ – GÜLÜŞ Kişilərdə yersiz gülüşlər nə qədər çoxsa, qadın və qızlarda da yersiz ağlayış və qısqanışlar da həddindən artıqdır (M
AĞRI – SAZLIQ Birdən Sabir doğruldu, bədənində şiddətli bir ağrı hiss edərək üz-gözünü turşutdu (M.Hüseyn); Müalicədən gələndən sonra onun sazlığı göz
AĞRIMAQ – SAKİTLƏŞMƏK Sevil, nə üçün belə solğunsan, yaxsa bir yerin ağrıyır? (C.Cabbarlı); Gülşən ona toxtaqlıq verirdisə də, Xanpəri sakitləşmirdi (
AĞYAĞIZ – QARAYAĞIZ Nazim uşaqlıqdan ağyağız idi. İdarə başçısı orta yaşlı, qarayağız, utancaq bir adam idi (Mir Cəlal)
AĞYANIZ – QARAYANIZ Təranə ağyanız göyçək bir qızdır. Lazar ortaboylu, qarayanız, bozgöz bir oğlandı (S
AĞZIAÇIQ – AĞZIBAĞLI Nuru babanın nağılına qulaq asanların bir qismi ağzıaçıq, bir qismi isə ağzıbağlı oturmuşdu
AĞZIBÜTÖV – AĞZIBOŞ Mən istərdim ki, sən ağzıboş olmayasan. Mən çox ağzıbütöv adamam (F.Kərimzadə)
AĞZIDAĞINIQ – AĞZIBÜTÖV A kişi, bilirəm hansı ağzıdağınıq naçalnikə məni nişan veribdir (M.F.Axundzadə); Mənim ağzıbütöv, sözünün üstündə duran adamda
AĞZIDOLU – TƏMKİNLİ Mənimlə niyə belə ağzıdolu danışırsan? O indi də birinci dəfə gördüyü kimi sakit və təmkinli idi (M
AĞZIÜSTƏ – ARXASIÜSTƏ Mütəkkəni sinəsinin altına qoyub ağzıüstə uzandı (İ.Şıxlı); O, göy otun üstündə arxasıüstə uzanıb yuxuya getdi (“Ulduz”)
AĞZIYUXARI – AĞZIAŞAĞI De, polis gətir, mərəkə sür ağzıyuxarı Sibir meşələrinə (Mir Cəlal); Mən evə gələndə o ağzıaşağı gedirdi
AH – VAY Ah, mən onun səadəti üçün nələr etməzdim (M.S.Ordubadi); Vay, yad kişinin səsi gəlir, vay, indicə qapıdan içəri girəcəkdir
AHƏSTƏ – TEZ Ona yazığı gəlirmiş kimi ahəstə dilləndi (S.Vurğun); Səttar tez atı tövləyə çəkdi (A.Makulu)
AHIL – CAVAN Neçə nəfər ahıl və cavan qadınlar arxalarında səhəngləri gəlib səhnədən keçmək istəyirlər (Ə
AXICI – SÖNÜK Bütün müdərrislərimiz ondakı səlis, axıcı natiqlik məharətinə qibtə edirdilər (İ.Əfəndiyev); Onun nitqi çox sönük, cansıxıcı idi
AXIR – ƏVVƏL Hər şeyin əvvəli, axırı olur (R.Rza)
AXIRKI – ƏVVƏLKİ Mən məsləhət görürəm, nə qədər ki, gec deyil, biz bu işdən çəkilək, çünki axırkı biabırçılıqdansa, əvvəlki biabırçılıq yaxşıdır (Ə
AXMAQ – DAYANMAQ Axır şırıltıyla köpüklü çaylar (S.Vurğun); Gözündə qalmadı xalqın diləyi; Dayandı qan seli, səmum küləyi (O
AXŞAM – GÜNDÜZ Axşam aya baxar, gündüz günəşə; Ondan ətirlənər nərgiz, bənövşə (H.Hüseynzadə). AXŞAM – SABAH Axşamın xeyrindən sabahın şəri yaxşıdır (
AXŞAMÇAĞI – SƏHƏRÇAĞI Axşamçağı Canpoladın qapısı vuruldu (M.S.Ordubadi); Sığırçınlar səhərçağı gələr, budaqlara qonub səslənər, baharın müjdəsini gət
AXŞAMLIQ – SƏHƏRLİK Gözlərimdən tökülür üç axşamlıq yuxusu (S.Vurğun); Bir səhərlik işimiz qalıb
AXŞAMÜSTÜ – SƏHƏR-SƏHƏR Axşamüstü Bahadır kəndə hamıdan gec qayıtdı (S.Rəhimov); Səhər-səhər qoy bir gözümü açım, sonra qabağımı kəs! (M
AXTARMAQ – TAPMAQ Hər kəs öz yerini axtarır, tapır və əyləşirdi (S.Rəhimov)
AİLƏLİ – SUBAY Xeyr, qardaş, mən çox ailəli adamlarla qohum ola bilmərəm, məndən əl çək, darıxıram (C
AKTİV – PASSİV Gündəlikdə işlənən, tələbatı ödəyən sözlər aktiv, az işlədilən, köhnəlmiş sözlər passivdir
AKTİVLƏŞMƏK – PASSİVLƏŞMƏK İş adamı passivləşdirmir, əksinə aktivləşdirir
AKTİVLİK – PASSİVLİK Passivlik ətalətdir, aktivlik isə gümrahlıqdır
AQİL – DƏLİ Yusif şah aqil idi (M.F.Axundzadə); Kəndimizdə də bir igid tapılmır ki, bu dəlini ipə-sapa gətirə (M
AL – SOLĞUN Zümrüd göydə günəş yandı; Al şəfəqə yer boyandı (S.Vurğun); Onun solğun yanağı qızarmağa başlayırdı (S
ALACAQ – VERƏCƏK Alacağına qırğıdır, verəcəyinə qarğa (Ata. sözü)
ALACAQLI – VERƏCƏKLİ Alacaqlı ikən verəcəkli olduq (Ata. sözü)
ALACALANMAQ – İŞIQLANMAQ Verdiyevin gözü alacalandı, dili söz tutmadı (Mir Cəlal); Gəlin ürəyimdə bir şam yandırın; Dünyanı yenidən işıqlandırın! (S
ALAN – SATAN Alanın gözü satanın əlində olar (Ata. sözü)
ALÇAQ – ALİCƏNAB Bu cür alçaq və rəhmsiz adamlara bir dəqiqə olsa da, həyat haramdır (M.S.Ordubadi); Çox alicənab, nəcib insandır (Anar)
ALÇAQBOY – HÜNDÜRBOY Kərbəlayı Qulu alçaqboylu bir kişi idi (Çəmənzəminli); Baba keşiş hündürboy, enlikürək, şumal bir adam idi (Elçin)
ALÇAQDAN – UCADAN Maya sanki ucadan və acıqla soruşdu (M.İbrahimov); Bu zaman əncümənin üzvlərindən bir neçəsi papiros çəkir, bir-biri ilə alçaqdan da
ALÇAQLI – UCALI Alçaqlı, ucalı dağlar görmüşəm (Aşıq Alı)
ALÇAQLIQ – HÜNDÜRLÜK Ağacın alçaqlığı gediş-gəlişə maneçilik törədir. Min üç yüz hündürlüyündə olan bu gözəl şəhərdə dağ havası ilə aran günəşi birləş
ALÇALDAN – UCALDAN Onu alçaldan da, ucaldan da biz (T.Bayram)
ALÇALMAQ – UCALMAQ Sən ucala bilsən, alçalacaq dağ (S.Sərxanlı). ALÇALMAQ – YÜKSƏLMƏK Axı mən o qədər də alçalmamışam ki, yüksələ bilməyəm (Ə
ALÇALTMAQ – QALDIRMAQ Qızın təmiz və pak məhəbbətini alçaltdılar (“Ulduz”); Onun təhqir olunmasına yol vermədilər, mənliyini qaldırdılar
ALICI – SATICI Satıcılar tərifləyir, alıcılar müştəri gözü ilə bir çox nöqsanlar tapır və pisləyirdilər (S
ALICILIQ – SATICILIQ Əhalinin alıcılıq qabiliyyəti yüksəlmişdir. O, satıcılığa gəlir mənbəyi kimi baxırdı
ALINMAZ – SATILMAZ Alınmaz, satılmaz dünya neməti; Elin hörmətini qazanandadır (H.Hüseynzadə)
ALIŞMAQ – SÖNMƏK Ümid onun gözündə; Gah alışır, gah da sönür (B.Vahabzadə). ALIŞMAQ – TƏRGİTMƏK Gülsənəm ilə Maro bir-birinə alışırdılar (S