AFƏRİN – LƏNƏT Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq... (S.S.Axundov); Atana lənət, ay Salman, bir tülkü sənə tay ola bilməz, gör sözü
AĞ – QARA Ağ köynəyin boynuna; Qara ləkə düşərdi (H.Hüseynzadə)
AĞA – NÖKƏR Ağa borc eylər, nökər xərc (Ata. sözü)
AĞALIQ – NÖKƏRÇİLİK Hər əli silah tutan aləmə ağalıq etmək istəyirdi (Mir Cəlal); Eh, nökərçilik də bir kişilik deyil, vallah, hamballıq bunun yanında
AĞAPPAQ – QAPQARA Qara gözlərin ağı süd kimi ağappaq, qarası kömür kimi qapqara (G.Hüseynoğlu)
AĞARMAQ – BOZARMAQ Ağ dumanlar ağarır qaşlarda (S.Vurğun); Rəngi bozarmışdır, baxışları sərt (S.Vurğun)
AĞARTMAQ – QARALTMAQ Verdiyev məruzəsinin üzünü on bir dəfə ağartdı, yenə ürəyi qızmadı (Mir Cəlal); Bir eşqin şimşəyi çaxdı başımda; Yerimdə kömürtək
AĞBƏNİZ – QARABƏNİZ Ağbəniz... oğlan uşağı çəpiş kimi səkidən atılıb qapıya tərəf gəldi (Mir Cəlal); Qarabəniz kişiyə bir az artıq diqqət yetirdi (C
AĞCİYƏR – CƏSARƏTLİ Əslində isə həddən artıq qorxaq, ağciyər idi (M.Talıbov); Yusif xasiyyətcə yumşaq olsa da, cəsarətli idi, heç bir şeydən qorxmazdı
AĞCİYƏRLİK – CƏSURLUQ Qulam, ağciyərlikdən ağ saç olmaq yaxşıdır (Ə.Əbülhəsən); Oğul, heç vaxt cəsurluğu yaddan çıxartma
AĞGÖZ – CƏSARƏTLİ İgid də qorxarmı? Ağgözə bir bax (S.Rüstəm); Deməli, şərait bizdən tələb edir ki, həm ağıllı tərpənək, həm də cəsarətli! (M
AĞI – ŞİRİN Şərabın yox, gətir ağı, qulağın niyə kar olmuş? (Nəbati); Nə şirindir, nə coşqundur azadlıq duyğuları (H
AĞILLI – AXMAQ Tərlan ağıllı oğlunun hər kəlməsindən xoşlanırdı (M.Hüseyn); Eh, sən nə axmaq adam imişsən (C
AĞILLILIQ – DƏLİLİK Əli öz ağıllılığı ilə hamını heyran edərdi. Ağıl olmayan yerdə cəsarət dəlilikdir (M
AĞILSIZ – DÜŞÜNCƏLİ Böyük və ortancıl qardaş kiçik qardaşlarının bu ağılsız hərəkətinə heyrət edirdilər (A
AĞIR – YUMŞAQ Əhməd kişinin xasiyyəti çox ağırdır. Belə adama gərək özü kimi yumşaq və iddiasız arvad tapasan (M
AĞIRLAŞMAQ – YÜNGÜLLƏŞMƏK Soyuqda oturduqca, özünə gəldikcə vücudu ağırlaşır, kürəkləri sancır (Mir Cəlal); Amma elə ki, anam danışdı, elə bil mənim ü
AĞIRLIQ – YÜNGÜLLÜK Gülüşcan, mən böyük ağırlıq içindəyəm, hər günüm bir cəhənnəm əzabıdır (C.Cabbarlı); Bu yüngüllük Gülərə də təsir etdi (İ
AĞIRTAXTALI – BOŞBOĞAZ Mehdiqulu ağırtaxtalı bir oğlandı, hələm-hələm canına isti keçməzdi (Mir Cəlal); Boşboğaz arvad ərini qabaqladı (M
AĞIRTƏBİƏTLİ – CIRTQOZ Nurəddin anasından sonra birdən-birə dəyişir, ağırtəbiətli bir uşaq olur (S.S
AĞIZDOLUSU – HƏVƏSSİZ Biz onların yaradıcılığından ağızdolusu danışmalıyıq (M.Rahim); Son vaxtlar iclaslarda çox həvəssiz danışardı
AĞIZLAŞMAQ – BARIŞMAQ Mən ömrümdə söyüşməmişəm. Birisi ilə ağızlaşmamışam (Mir Cəlal); Xosrov deyirdi ki, gəlsin barışaq; Qan kimi qaynayıb biz də qar
AĞKÖYNƏK – CÜRƏTLİ Vahid elə uşaqlıqdan ağköynəkdir. Bununla belə cürətli uşaq, yolu tapıb meşədən çıxmaqdan ümidini kəsmirdi (S
AĞLADAN – GÜLDÜRƏN Ağladan yanında otur, güldürən yanında yox (C.Əlibəyov)
AĞLAĞAN – GÜLƏYƏN Ağlağan uşaqları Nazimə sanki əfsun ilə ələ alır, sakit edirdi (Mir Cəlal); Çox güləyəndir
AĞLAMAQ – GÜLMƏK Ellərin dərdinə könül bağladım; Səninlə bir gülüb birgə ağladım (M.Rahim)
AĞLAMSINMAQ – GÜLÜMSÜNMƏK Ağlamsındı bir az “dərdli”, “gileyli” (M.Rahim); Yadigar qayğısız halda gülümsünürdü (Ə
AĞLAR – GÜLƏR Gahdan gülər, gahdan ağlar fikrimiz; Qanad açar, qanad bağlar fikrimiz (H.Hüseynzadə)
AĞLAYAN – GÜLƏN Ağabala çox ağlayan uşaq idi (Çəmənzəminli); Görürəm bəşərin gülən gününü! (S.Vurğun)
AĞLAYIŞ – GÜLÜŞ Kişilərdə yersiz gülüşlər nə qədər çoxsa, qadın və qızlarda da yersiz ağlayış və qısqanışlar da həddindən artıqdır (M
AĞRI – SAZLIQ Birdən Sabir doğruldu, bədənində şiddətli bir ağrı hiss edərək üz-gözünü turşutdu (M.Hüseyn); Müalicədən gələndən sonra onun sazlığı göz
AĞRIMAQ – SAKİTLƏŞMƏK Sevil, nə üçün belə solğunsan, yaxsa bir yerin ağrıyır? (C.Cabbarlı); Gülşən ona toxtaqlıq verirdisə də, Xanpəri sakitləşmirdi (
AĞYAĞIZ – QARAYAĞIZ Nazim uşaqlıqdan ağyağız idi. İdarə başçısı orta yaşlı, qarayağız, utancaq bir adam idi (Mir Cəlal)
AĞYANIZ – QARAYANIZ Təranə ağyanız göyçək bir qızdır. Lazar ortaboylu, qarayanız, bozgöz bir oğlandı (S
AĞZIAÇIQ – AĞZIBAĞLI Nuru babanın nağılına qulaq asanların bir qismi ağzıaçıq, bir qismi isə ağzıbağlı oturmuşdu
AĞZIBÜTÖV – AĞZIBOŞ Mən istərdim ki, sən ağzıboş olmayasan. Mən çox ağzıbütöv adamam (F.Kərimzadə)
AĞZIDAĞINIQ – AĞZIBÜTÖV A kişi, bilirəm hansı ağzıdağınıq naçalnikə məni nişan veribdir (M.F.Axundzadə); Mənim ağzıbütöv, sözünün üstündə duran adamda
AĞZIDOLU – TƏMKİNLİ Mənimlə niyə belə ağzıdolu danışırsan? O indi də birinci dəfə gördüyü kimi sakit və təmkinli idi (M
AĞZIÜSTƏ – ARXASIÜSTƏ Mütəkkəni sinəsinin altına qoyub ağzıüstə uzandı (İ.Şıxlı); O, göy otun üstündə arxasıüstə uzanıb yuxuya getdi (“Ulduz”)
AĞZIYUXARI – AĞZIAŞAĞI De, polis gətir, mərəkə sür ağzıyuxarı Sibir meşələrinə (Mir Cəlal); Mən evə gələndə o ağzıaşağı gedirdi
AH – VAY Ah, mən onun səadəti üçün nələr etməzdim (M.S.Ordubadi); Vay, yad kişinin səsi gəlir, vay, indicə qapıdan içəri girəcəkdir
AHƏSTƏ – TEZ Ona yazığı gəlirmiş kimi ahəstə dilləndi (S.Vurğun); Səttar tez atı tövləyə çəkdi (A.Makulu)
AHIL – CAVAN Neçə nəfər ahıl və cavan qadınlar arxalarında səhəngləri gəlib səhnədən keçmək istəyirlər (Ə
AXICI – SÖNÜK Bütün müdərrislərimiz ondakı səlis, axıcı natiqlik məharətinə qibtə edirdilər (İ.Əfəndiyev); Onun nitqi çox sönük, cansıxıcı idi
AXIR – ƏVVƏL Hər şeyin əvvəli, axırı olur (R.Rza)
AXIRKI – ƏVVƏLKİ Mən məsləhət görürəm, nə qədər ki, gec deyil, biz bu işdən çəkilək, çünki axırkı biabırçılıqdansa, əvvəlki biabırçılıq yaxşıdır (Ə
AXMAQ – DAYANMAQ Axır şırıltıyla köpüklü çaylar (S.Vurğun); Gözündə qalmadı xalqın diləyi; Dayandı qan seli, səmum küləyi (O
AXŞAM – GÜNDÜZ Axşam aya baxar, gündüz günəşə; Ondan ətirlənər nərgiz, bənövşə (H.Hüseynzadə). AXŞAM – SABAH Axşamın xeyrindən sabahın şəri yaxşıdır (
AXŞAMÇAĞI – SƏHƏRÇAĞI Axşamçağı Canpoladın qapısı vuruldu (M.S.Ordubadi); Sığırçınlar səhərçağı gələr, budaqlara qonub səslənər, baharın müjdəsini gət
AXŞAMLIQ – SƏHƏRLİK Gözlərimdən tökülür üç axşamlıq yuxusu (S.Vurğun); Bir səhərlik işimiz qalıb