CÖNGƏ – DÜYƏ İndi inəyin yerinə düyə bağlarsan, öküzün yerinə cöngə (“Aşıq Ələsgər dastanı”)
CÜCƏRMƏK – QURUMAQ Çiyid gec cücərir (Ə.Vəliyev); Cücərən ağaclar da quruyur
CÜRBƏCÜR – EYNİ Cürbəcür həvəslər bürüyür varlığımı (M.İbrahimov); Əsərdə eyni hadisələr təsvir olunur
CÜRƏT – QORXU Kiminin üzündə şadlıq və cürət, kimisində qorxu və heyrət görünürdü (S.S.Axundov)
CÜRƏTLƏNMƏK – QORXMAQ Ərinin inadkarlığı Nəvazişi də cürətləndirdi (S.Qədirzadə); Qorxma, bu saat ev yiyəsi çıxar (Mir Cəlal)
CÜRƏTLİ – QORXAQ Mən səni görmüşəm söz sərkərdəsi; Alovlu, qüdrətli, cürətli, mətin (X.Rza); Dərəyə enmə, qorxaq! Qorxaq həllənc daşıdır; Kim ona təpi
CÜSSƏLİ – SISQA Məsrurə üzünü yanındakı cüssəli oğlana tutaraq qısıla-qısıla dilləndi (S.Qədirzadə); Suçular əkini dərin şırımla və sısqa axınla suvar
CÜT – TƏK Onlardan dördü təkdir: ənsə, əsas, alın və xəlbir sümüyü. İkisi isə cütdür: təpə sümüyü, gicgah sümüyü (S
CÜZİ – XEYLİ Qırx il külüng çalıb bir cüzi pul əlimə salmışam (S.S.Axundov); İndi həkim olsaydı, bir parça pambıqdan ötrü əpteyə göndərib məndən xeyli
ÇAĞ – XƏSTƏ O zaman isə Rüstəmin çağ vaxtı idi (M.İbrahimov); Anam xəstədir, müsyö, vəziyyəti çox ağırdır (S
ÇAĞA – BÖYÜK Xalisə çağanın əskisini yuyanda birini orada unudubdur, get onu gətir, gəl (S.S.Axundov); Qəməri güldürdüyün yetər, bir az da səndən böyü
ÇAĞIRIŞ – ƏMR Mayanın gözlərində incə və mehriban duyğular, təlaş dolu xoş bir intizar və çağırış vardı (M
ÇAXNAŞMA – SAKİTLİK Çaxnaşma düşdü (M.Süleymanlı); Ətrafda sakitlikdir (S.Qədirzadə)
ÇAXNAŞMAQ – SAKİTLƏŞMƏK İzdiham çaxnaşdı (S.Vəliyev); Nəhayət, sakitləşdi (M.İbrahimov)
ÇAL – QARA Seyrək, çal saçlarını da azacıq isladıb, arxaya darayırdı (S.Qədirzadə); Mariana yəqin ki bunu duyub, qara, sıx kirpiklərini aşağı endirdi
ÇALA – DÜZ Çox çətinliklə Məmişi çaladan çıxartdılar (M.Talıbov); Düzdə oturdular (M.Hüseyn)
ÇALIŞQAN – TƏNBƏL Çox gözəl! Yaşasın çalışqan kənd qadınları (Ə.Haqverdiyev); Tənbəl adam fikirli olar (Ata
ÇALIŞMAQ – VEYLLƏNMƏK Biz çalışmalıyıq ki, ayrı-ayrı adamların əvəzinə ümumi camaat varlansın, kolxoz dövlətlənsin (Ə
ÇAŞBAŞ – TOXTAQ Çaşbaş qaldı (“Azərbaycan”); Gülşənin manqası iki günə qurtarmağı qət etdiyi halda bu arvad çox toxtaq danışırdı (Ə
ÇAŞMAQ – TOXTAMAQ Rantik bir anlığa çaşdı (C.Əmirov); Cahangir hərbi toxtadıb ortalığa təslim məsələsini atmışdı (S
ÇEVİK – ÖLÜVAY Hərəkətləri çevik, yerişi quş kimi yüngül idi (İ.Şıxlı); Mənim ölüvay adamdan xoşum gəlmir (İ
ÇEVİKLİK – ÖLÜVAYLIQ Onun yerişində, hərəkətlərində əvvəlki zirəklik, çeviklik yox idi (C.Məmmədov); Onun ölüvaylığıdır ki, biz əzab çəkirik (“Azərbay
ÇƏKİLMƏK – QABARMAQ Dəniz gah qabarır, gah da çəkilir
ÇƏKİŞMƏK – BARIŞMAQ Sözləri düz gəlmədi, çəkişdilər. Barışdı nə qədər ayrı düşənlər (C.Novruz). ÇƏKİŞMƏK – BƏRKİŞMƏK Çəkişməsən, bərkişməzsən (Ata
ÇƏKMƏK – BURAXMAQ Uğur cilovu çəkdi (M.Süleymanzadə); Atın başını buraxdı
ÇƏLİMSİZ – KÖK Bakıdan gələn, çəlimsiz müstəntiqin biri bizi bəzi adamların yanında gözükölgəli etsin (T
ÇƏNLİ – AYDIN Qoynu gah aydın havalı, gah çənli, dumanlı (R.Rza)
ÇƏPƏKİ – DÜZ Yarməmməd çəpəki qovluğa baxdı (M.İbrahimov); Səməd çevrilib düz oturdu (M.İbrahimov)
ÇƏPİNƏ – DÜZÜNƏ ...Ona bir çəpinə baxdım (Mir Cəlal); Tərsinə yox, düzünə otur, qoy camaat səni görsün
ÇƏRƏNÇİ – QARADİNMƏZ Eh, nə çərənçi kişidir (A.Şaiq); Partizanlar xasiyyətcə müxtəlif adamlardır; gülərüz, qaradinməz, çoxdanışan (S
ÇƏRƏNÇİLİK – QARADİNMƏZLİK Çərənçilik nəyə gərək (M.İbrahimov); Onun qaradinməzliyi həmişə hamını əsəbiləşdirirdi (C
ÇƏTİN – RAHAT Ulduzlar sayrışanda; Qəlb qəlbə qarışanda; Çətin olur ayrılmaq; Göz-gözə alışanda (Bayatı); Qoy bir an ürəyim rahat döyünsün; Bu qədər i
ÇƏTİNLƏŞMƏK – ASANLAŞMAQ Düşünürdüm ki, oğlan qəflət qaçıb tramvaya minsə, işim çətinləşəcəkdir (C.Əmirov); Bəxtimizdən oğlanın özü bizim işimizi asan
ÇƏTİNLİK – ASANLIQ Çit bazarı kasadlaşmışdı, ya pul tərəfdən çətinlik çəkirsiniz? (Ə.Haqverdiyev); Düşmən gəldi, asanlıqla bildiyini elədi (Ə
ÇIXIQ – BATIQ Sinəsi batıq, sifəti saralıb, çiyinləri qalxıb (Ə.Haqverdiyev); Ayaz gördü ki, onun geniş alnındakı çıxıq, yanaqlarındakı nazik damarlar
ÇIXIŞ – GİRİŞ Kinoteatrın çıxış və giriş yerləri ayrıdır
ÇIXMAQ – GİRMƏK Zənən hamamı kimi biri girir, biri çıxır (C.Cabbarlı)
ÇILĞIN – SAKİT Külək çox sərt və çılğın idi (M.İbrahimov); Yanvar ayı olduğuna baxmayaraq, hava sakit və mülayim idi (M
ÇILĞINLIQ – DİNCLİK Adamlar dinclik və sakitlik istəyirlər, hərbi çılğınlıq istəmirlər
ÇILPAQ – GEYİMLİ Yalnız buna görə çılpağam çılpaq (S.Rüstəm); Qapı açıldı, cavan və təmiz geyimli bir oğlan içəri girdi (Mir Cəlal)
ÇİÇƏKLƏNMƏK – SOLMAQ Larisanın gülşəni yenə çiçəkləndi (M.Hüseyn); Baharın yaşıl gözəlliyi tez soldu, tez çəkildi (M
ÇİN – YALAN Mənim yuxum çin oldu. C.Bərgüşad. Xanım, hamısı yalandır (S.S.Axundov)
ÇİRKAB – TƏMİZLİK Xirtdəyə qədər çirkab içərisinə getdi (M.Talıbov); Beş adam gələndə heç olmasa bir təmizlik görsün (Mir Cəlal)
ÇİRKİN – SƏLİQƏLİ Tamam bir çox çirkin hərəkət və adətləri mənə tərk etdirdi (S.S.Axundov); O işində də səliqəli idi (C
ÇİRKLİ – TƏMİZ Polislər çarpayının üstünə yığılan çirkli paltarlara baxdıqda qadına dedi (S.Vəliyev); Yorğan-döşək təmizdir (C
ÇİRMƏKLİ – AÇIQ Tüstülü ocaq başında, qolları çirməkli; Paltar yuyur anam (R.Rza); Yaxası açıq oğlan yenə mızıldadı (Mir Cəlal)
ÇİRMƏLƏMƏK – AÇMAQ Qollarını işgüzar adamlar kimi dirsəyinədək çirmələmişdi (S.Qədirzadə); Köynəyinin qolunu açmışdı (“Azərbaycan”)
ÇOCUQ – YAŞLI Siz onu bacarmazsınız, siz hələ çocuqsunuz (C.Cabbarlı); Yaşlı adamdır, onu hər işə göndərməyin
ÇOXALMAQ – AZALMAQ İnsanın iş günü; azalsa da, çoxalsa da; İnsanlığın iş günü bitməyəcək (R.Rza)
ÇOXBİLMİŞ – MAĞMUN Yoldaş Aslan, mən bicəm, amma sən məndən də çoxbilmişsən (M.İbrahimov); O, Allahın mağmunudur (“Ulduz”)