ÇOXDAN – İNDİ Bu yuxunu biz çoxdan eşitmişik (C.Cabbarlı); Görəsən indi də qarğı danışarmı, ona əfsanə desək (R
ÇOXLU – AZ Məhsuldarlığı artırmaq, çoxlu var qazanmaq haqqında az iş görmüşük (Ə.Vəliyev)
ÇOXLUQ – AZLIQ Məhsulun çoxluğu, azlığı bizdən asılıdır (M.İbrahimov)
ÇOXMƏNALI – TƏKMƏNALI Sözlər təkmənalı və ya çoxmənalı olur. “Müasir Azərbaycan dili”
ÇOXU – AZI Gecənin çoxu gedib azı qalmışdı (S.Qədirzadə)
ÇÖKƏK – DÜZ Öz yurdlarına, gözəl Borçalı çökəyinə qayıdırlar (F.Kərimzadə); Dağında, düzündə bitməyəydi qaratikan kolu (R
ÇÖKMƏK – QALXMAQ Kürün üstünə qaranlıq çökmüşdü (İ.Şıxlı); Bulud göyə qalxmışdı (İ.Şıxlı)
ÇÖKÜK – QABARIQ Çökük ovurduna bax, gör üzün nə vəziyyətə düşür. Supərisi qızılı saçları ilə qabarıq sinəsini örtdü (“Azərbaycan”)
ÇÖL – İÇ Çölüm özgəni yandırır, içim özümü (Anar). ÇÖL – İÇƏRİ Çölün aləmi yandırır, içərin özünü (Ə
ÇÖRƏKLİ – QƏDDAR Gözəllikləri səbəbinə onları çörəkli adamlar almışlar (M.S.Ordubadi); Qəddar, qaniçən adamdır (M
ÇUXUR – DÜZ Mən özümü çuxur bir yerə verib dayandım (M.Talıbov); Dərə əlvan, çəmən əlvan, düz əlvan.
ÇÜRÜK – SAF Xəstənin yastığı yanında bir tərəfi çürük nar gördüm (Mir Cəlal); Boşqablara böyük, saf, şirin narlar, sarı armud, üzüm qalanmışdı (Mir Cə
ÇÜRÜMƏK – SAFLAŞMAQ Deməli, biz çürümüşük, hə? (M.İbrahimov); Bu nəcib hisslər daim təkmilləşmədə, gözəlləşmədə, saflaşmadadır (Mir Cəlal)
DABANBASARAQ – YAVAŞ Atları dabanbasaraq çapdılar (İ.Şıxlı); Adamlar küçədə yavaş hərəkət edirdilər
DADANMAQ – YADIRĞAMAQ Görünür, tülkü toyuqlara dadanıb. Nahaq yerə adam hərbi qulluqdan-zaddan yadırğayır (Ə
DADANMIŞ – TAMARZI Tamarzıdan kəs, dadanmışa ver (Ata. sözü)
DADLANMAQ – ACILAŞMAQ Qar dağa çıxar, dadlanar (Ata. sözü); İstidən kərə çox tez acılaşır (“İzahlı lüğət”)
DADLI – ACI Onun balı çox dadlıdır (S.S.Axundov); Mümkün deyil ki, kişi sənə görə, sənə acı söz deməyə (N
DADSIZ – ŞİRİN Dadsız ömrü nə eylərdim? Əzəldən (Ə.Cavad); O gözlərini yumacaq dərin və şirin bir xəyala dalmışdı (S
DADSIZLIQ – ŞİRİNLİK Xörəyin dadsızlığı iştah küsdürür. Dilində də qəribə bir şirinlik var (S.Qədirzadə)
DAĞ – DƏRƏ Dağ dərəyə, dərə dağa bağlıdır (H.Hüseynzadə). DAĞ – DÜZ Dağlar açar sinəsini selilə; Düzlər yayır mahnısını yelilə (H
DAĞILIŞMAQ – YIĞIŞMAQ Biz dağılışmaq üçün sizi gözləyirdik (C.Cabbarlı); Bütün Təbriz tamaşalarına yığışmışdı (M
DAĞILMAQ – QURULMAQ Pozuldu çayların bəndi, bərəsi; Dağıldı yuvası bulaqların da (H.Hüseynzadə); Yenə axar çaylar üzrə dəmir körpü qurulacaq; Yenə sah
DAĞINIQ – YIĞCAM Fikrim dağınıqdır (C.Əmirov); Fikrini oxucuya yığcam şəkildə çatdıra bilmişdir
DAĞINIQLIQ – YIĞCAMLIQ Əsərdə fikir dağınıqlığı var. Əsərdə yığcamlıq yoxdur
DAĞITMAQ – QURMAQ Onun oyuncaqlarını dağıdar və sındırar, bəzən də özünü döyüb qaçardı (A.Şaiq); İgid yoldaşları bir neçə möhkəm tiri çəkib bir-birinə
DAĞLI – DƏRƏLİ Bizim yerlər dağlı-dərəlidir (“Jurnalist”). DAĞLI – ŞAD Övlad sarıdan Murad kişinin ürəyi əvvəl də dağlı idi (Mir Cəlal); Qadın hər qüs
DAĞLIQ – DƏRƏLİK Vaxtilə dərətəpəlik olan yuxarı dağlıq hissə indi gülçiçəyə bəzənmişdir. Uçurum, dərəlik, sıldırım qayalıq yerlərdən keçirdim (A
DAXİLƏN – ZAHİRƏN Novruzəli və usta Zeynallar daxilən çox təmiz və xoşxasiyyət adamlardır (M.İbrahimov); Səməd zahirən, doğrudan da, mürgüləyən adama
DAXİLİ – XARİCİ Daxili xəstəlik mütəxəssisi lazımdır (Çəmənzəminli); Sizin xarici görünüşünüz barəsində (C
DAİMA – ARABİR Dünyada istedad, hər böyük hünər; Daima vərdişlə inkişaf edir (A.Şaiq); Arabir çevrilib yan-yörəsinə baxır (S
DAİMİ – MÜVƏQQƏTİ Yalan müvəqqətidir, doğruluqsa daimidir (S.Rüstəm)
DAL – ƏVVƏL Kəndə çatdığı üçün İkram söhbətin dalını eşidə bilmədi (Ə.Əbülhəsən); Söhbətin əvvəlini xatırlaya bilmədi
DAL-DALI – İRƏLİ Dildar dal-dalı çəkilib qapını örtdü (Ə.Vəliyev); Sal daşının dibindən irəliyə bir qoşalülə çıxmışdır (M
DALAŞQAN – DİNC Mahmud uşaqlıq dövründə olduğu kimi, daha nadinc deyil və dalaşqan deyildir (A.Makulu); Şəki xanı Hacı Əbdülqədir də dinc durmurdu (Çə
DALAŞQANLIQ – DİNCLİK Əhməd dalaşqanlıqda ad çıxarmışdır. Məcid dinclik vermirdi (M.S.Ordubadi)
DALĞALI – SAKİT Qarşımda dalğalı dərin bir ümman; Ümmanı sarsıdır bir acı tufan... (M.Müşfiq); Dərindir, qorxuludur sakit axan lal sular (B
DALĞIN – ŞAD Mənim qəhrəmanımsa görünür xeyli dalğın (S.Rüstəm); Əzizlə Gülsabah da bu səhər çox şad görünürdü (Ə
DALĞINLIQ – ŞADLIQ Kölgə düşmüş əsmər üzə o dalğınlıq çox yaraşır (M.Dilbazi); Muradın evində böyük şadlıqdır (Ə
DALINCA – QABAĞINCA Ülkərin dalınca Aygün də qalxdı; Əmirxan bu dəfə Əlyara baxdı (S.Vurğun); Elə sənin qabağınca çıxdı bayıra
DAMAQLI – QARAQABAQ Tanış faytonçumuz var, ancaq bu gün xəstədir. Bir damaqlı oğlandır (Mir Cəlal); O, qaraqabaq adam kimi tanınmışdır
DAMBAT – TƏVAZÖKAR Əli kişinin iki oğlu vardır; biri dambat, o biri təvazökardır
DAMBATLIQ – TƏVAZÖKARLIQ Dambatlığından partlayır. Onların bəziləri sadəlik və təvazökarlıq kimi sifətləri itirmişlər (Ə
DAMĞALI – TƏMİZ Sən onda səhv eləmisən ki, belə bir damğalı nəsildən özünə dost seçmisən (İ.Hüseynov); O, qızın təmiz məhəbbətinə özünü layiq bilmirdi
DAMLAMAQ – BURAXMAQ Biz onun adamlarından birini tutub damlamışıq (M.Hüseyn); Qatar Culfa burnundan fitini buraxdı (M
DANIŞQAN – QARADİNMƏZ Qərənfil Cavadova çox danışqandır (Ə.Vəliyev); Usta qaradinməz kişiydi, haraya isə tələsirdi (Ə
DANIŞQANLIQ – QARADİNMƏZLİK Danışqanlığıma görə qınasan da, sənə bir neçə şey də deməyə məcburam (Ə.Əbülhəsən); Onun qaradinməzliyi nəşəmizi pozdu
DANIŞMAQ – DİNLƏMƏK Danış bir-bir, dinləyim; Kaman kimi inləyim (S.Rüstəm). DANIŞMAQ – SUSMAQ Kişi var nə dinər, nə də danışar; Qoyar el yolunda ürəyi
DANLAQ – TƏRİF Bir də danlağından qaralmaz qanım (S.Rüstəm); Məndə qüdrət yoxdur qələm çalmağa; Tərif eyləməyə ancaq birini (Ə
DANLAMAQ – TƏRİFLƏMƏK Nə istəyirsən, nə? Bilirəm, yenə deyəcəksən ki, səhv edirsən, yenə məni danlayacaqsan (C